ATƏT PA-nın Minskdə keçirilən 26-cı illik sessiyasının yekunu ilə bağlı parlamentdə mətbuat konfransı olub
İyulun 11-də Milli Məclisdə ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı illik sessiyasının yekunu ilə bağlı mətbuat konfransı olub.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Milli Məclisin sədrinin müavini Bahar Muradova, deputatlar Azay Quliyev, Tahir Mirkişili iştirak ediblər.
Konfransı Milli Məclisin Mətbuat katibi Akif Nəsirov açıb.
Əvvəlcə Milli Məclis sədrinin müavini Bahar Muradova sessiyada Azərbaycan nümayəndə heyətinin fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin sentyabrda bölgəyə səfəri gözlənilir. Qarşıdakı müddətdə bu səfərin reallaşması üçün müvafiq tarix seçiləcək. ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi hər üç ölkəyə səfər edəcək.
Bahar Muradova bildirib ki, Minsk iclasında ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi Azərbaycan, Ermənistan və Gürcüstanın nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüb, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan insidentlə bağlı geniş fikir mübadiləsi aparılıb. Onun sentyabrda bölgəyə gözlənilən səfəri və bu səfərin proqramı, ora daxil ediləcək məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb. Sonra hər üç ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. İşçi qaydasında keçirilən görüşdə hər tərəf bu səfərlə bağlı öz mövqeyini bildirib.
Milli Məclisin sədr müavini bildirib ki, görüşdə tərəflər bu səfərin vacibliyini və belə səfərlərin daha tez-tez keçirilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev siyasi komitədə qəbul edilən qətnamə haqqında danışıb. Qeyd edib ki, biz ATƏT PA çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi uğrunda mübarizə aparırıq. Bununla bağlı kifayət qədər işlər görülüb. Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın iclaslarında Dağlıq Qarabağ məsələsini daim gündəmə gətirir və onunla bağlı çağırışlar edir. Budəfəki sessiyada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələ gündəmə gətirilib.
O bildirib ki, Azərbaycan nümayəndə heyətinin sessiyada Dağlıq Qarabağla əlaqədar çağırışı münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması ilə bağlı idi. ATƏT PA qəbul etdiyi qətnamədə Ermənistanın sui-istifadə etdiyi öz müqəddəratını təyinetmə prinsipinə açıq şəkildə qiymət verdi. Heç bir halda ölkələrin sərhədləri pozula, suverenliyi zədələnə bilməz. Hesab edirəm ki, çox mühüm sənəd oldu.
A.Quliyev, həmçinin bildirib ki, Sessiyada ATƏT-in Minsk qrupunun fəaliyyəti də ciddi tənqid olundu, onların nəticəsiz fəaliyyəti ilə bağlı təəssüflər ifadə edildi və bu gün danışıqlardan yayınan Ermənistanın danışıqlar masasına gəlməsi və nəticəyə söykənən danışıqlara başlanılması ilə bağlı fikirlər bildirildi. Həmçinin qaçqın və məcburi köçkünlərin doğma yurdlarına maneəsiz qayıtmaları ilə bağlı çağırışlar səsləndi. Hesab edirəm ki, ATƏT PA bu sessiyada öz missiyasını yerinə yetirə bildi. Əminik ki, ATƏT PA-nın bu mövqeyinin gələcəkdə də davam edəcəyinin şahidi olacağıq.
Azay Quliyev “İpək Yoluna Dəstək Qrupu”nun yaradılması barədə danışaraq qeyd edib ki, bu, Azərbaycan üçün önəmli bir layihədir və ölkəmizin ən böyük uğurlarından biridir. Azərbaycan qədim İpək Yolunun mərkəzində yerləşən, vaxtilə bu yolun işlək formaya gətirilməsinə və bütövlükdə Şərqlə Qərbin bir-birindən faydalanmasına töhfə verən ölkələrdən olub.
Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili müəllifi olduğu və ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı illik sessiyasının iclasında qəbul edilən “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” qətnamə layihəsindən danışıb. O, multikulturalizm dəyərlərinin dünyada xalqların və ölkələrin tərəqqisindəki rolundan danışaraq bu dəyərlərin siyasi, iqtisadi və demokratik inkişaf üçün qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!