09 Aprel 2026 08:40
524
SİYASƏT
A- A+
Atəşkəs razılaşması davamlı sülhə transformasiya olunmalıdır

Atəşkəs razılaşması davamlı sülhə transformasiya olunmalıdır


ABŞ və İran arasında atəşkəs barədə razılığın əldə olunması müsbət haldır və bu, yalnız iki ölkə arasında gərginliyin azalması deyil, daha geniş regional və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə davam edən qarşılıqlı hücumlar Yaxın Şərqdə vəziyyəti kəskin şəkildə gərginləşdirərək regionu genişmiqyaslı qarşıdurma riskinə yaxınlaşdırmışdı. Belə bir ssenarinin reallaşması isə təkcə region ölkələri üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik və iqtisadi sabitlik üçün ciddi təhdidlər yarada bilərdi.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında deyib ki, münaqişənin dərinləşməsi yalnız hərbi müstəvidə deyil, həm də enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və beynəlxalq ticarət baxımından zəncirvari təsirlərə səbəb ola bilərdi. Xüsusilə Fars körfəzi regionunda sabitliyin pozulması qlobal enerji bazarlarında qeyri-müəyyənliyi artırmaqla yanaşı, strateji kommunikasiya xətlərinin təhlükəsizliyini də sual altına qoyurdu. Bu baxımdan atəşkəsin əldə olunması daha genişmiqyaslı böhranın qarşısının alınması istiqamətində vacib addım kimi qiymətləndirilməlidir. "Diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, münaqişənin gərgin mərhələsində bir sıra dövlətlər və beynəlxalq aktorlar vasitəçilik təşəbbüsləri ilə çıxış edərək vəziyyətin eskalasiyasının qarşısını almağa çalışdılar. Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrin diplomatik səyləri, eləcə də Çin və Pakistan tərəfindən irəli sürülən təşəbbüslər göstərdi ki, regional problemlərin həllində çoxtərəfli diplomatiya və koordinasiya olunmuş yanaşma həlledici rol oynayır. Bu təşəbbüslərin nəticə verməsi beynəlxalq münasibətlər sistemində dialoq və qarşılıqlı anlaşmanın hələ də effektiv alət olaraq qaldığını bir daha təsdiqlədi", - deyə deputat qeyd edib.

Sevinc Fətəliyevanın sözlərinə görə, əldə olunmuş atəşkəsin uzunmüddətli sülhə çevrilməsindən hələ danışmaq tezdir. Mövcud ziddiyyətlərin dərinliyi nəzərə alınarsa, davamlı sabitliyin təmin olunması üçün tərəflər arasında etimadın bərpası, institusional dialoqun qurulması və beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması vacib şərtlər kimi çıxış edir. Əks halda, atəşkəs yalnız müvəqqəti fasilə rolunu oynayar, gərginlik yenidən alovlana bilər.

Azərbaycanın mövqeyinin bu kontekstdə ardıcıl və prinsipial olaraq qaldığını deyən S.Fətəliyeva vurğulayıb ki, ölkəmiz həm regionumuzda, həm də daha geniş coğrafiyada sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarıdır: "Rəsmi Bakı ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayaraq, tərəflər arasında mövcud problemlərin həlli istiqamətində konstruktiv və nəticəyönümlü dialoqun tərəfdarıdır. Azərbaycanın xarici siyasətində balanslı yanaşma, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan münasibətlər sistemi prioritet təşkil edir. Bugünkü mürəkkəb geosiyasi şəraitdə bu cür yanaşma əhəmiyyətlidir. Çünki müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi komponentlə məhdudlaşmır, eyni zamanda iqtisadi sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin fasiləsiz fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycan da məhz bu prinsiplər əsasında regional əməkdaşlıq təşəbbüslərini dəstəkləyir və qarşıdurma deyil, əməkdaşlıq modelinin təşviqinə üstünlük verir".

Deputat sonda qeyd edib ki, ABŞ və İran arasında atəşkəsin əldə olunması müsbət tendensiya olmaqla yanaşı, daha geniş proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər. Bu mərhələdə əsas məsələ əldə olunmuş razılaşmanın davamlı sülhə transformasiyası və regionda yeni qarşıdurma risklərinin minimuma endirilməsidir. Bu isə yalnız dialoq, qarşılıqlı etimad və beynəlxalq hüququn aliliyinə əsaslanan yanaşma ilə mümkün ola bilər.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:53
16 Aprel

Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq genişləndirilir  

14:40
16 Aprel

Avarçəkmə üzrə “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq

14:36
16 Aprel

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətinə dron hücumu nəticəsində azı 2 nəfər ölüb  

14:26
16 Aprel

“Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

12:53
16 Aprel

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun qurulması sürətlə davam edir

12:42
16 Aprel

İstanbulda Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılış mərasimi olub

12:40
16 Aprel

Azərbaycandan təbii qaz ixracı 6 faizdən çox artıb

12:37
16 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:33
16 Aprel

Milli Məclisin sədri İstanbulda Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

12:01
16 Aprel

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:41
16 Aprel

Azərbaycan nefti 113 dollara satılıb

11:36
16 Aprel

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib 

11:16
16 Aprel

Çindən İrana mesaj: Hörmüz boğazından sərbəst və təhlükəsiz keçid təmin edilməlidir  

11:08
16 Aprel

Türkiyə ordusu BMT-nin Kiprdəki bufer zonasının genişləndirilməsinə imkan verməyib  

11:01
16 Aprel

Birinci rübdə ixrac edilən xam neft və neft məhsullarının həcmi 5 milyon tonu ötüb

10:58
16 Aprel

İran XİN: ABŞ-nin Hörmüz boğazını blokadaya alması atəşkəsin pozulmasına səbəb ola bilər  

10:50
16 Aprel

Dünyanın aparıcı dövlətlərinin mərkəzi bankları qızıl satışına başlayıblar

10:50
16 Aprel

Kahramanmaraşdakı liseydə silahlı hücumla bağlı terror aktı versiyası istisna edilib  

10:48
16 Aprel

Rusiya təxminən 6 min miqrantı ölkədən çıxaracaq

10:48
16 Aprel

Pentaqon: Kubada sadəcə bir sıra ehtiyat tədbirləri planlaşdırırıq

10:47
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!