16 Noyabr 2018 17:07
1083
Səhiyyə
A- A+

Atadan köçürülən böyrək gəncin həyatını xilas etdi


Yeddi dəfə uğursuz əməliyyat keçirən 19 yaşlı gəncə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) atasının böyrəyi uğurla transplantasiya edilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, bu barədə əməliyyatı icra edən RMDM-in böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan məlumat verib: "Uzun illərin hemodializ xəstəsi olan gənc pasiyentimiz müraciət etdiyi bütün mərkəzlərdə dəfələrlə əməliyyat keçirib. Buna baxmayaraq, nəticə uğursuz alınıb. Hətta hemodializə girməsi üçün xəstənin mərkəzi damarları da tromblaşıb. Xəstə klinikamıza müraciət etdikdə çox ağır vəziyyətdə və ümidsiz halda idi. İlk olaraq, xəstə və donor çox ciddi araşdırıldı. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarıldı. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra böyrəyin donordan alınması və resipiyentə köçürülməsi üzrə əməliyyatın, eyni zamanda, həyata keçirilməsinə qərar verildi. Xəstəyə və onun donoru olan atasına əməliyyatın riskləri ətraflı izah edildi. Əməliyyatın mürəkkəbliyi də yeddi dəfə uğursuz əməliyyat keçirməklə bağlı yaranmış anatomik problemlərin mövcudluğunda idi. Peşəkar cərrahi və nefroloji komandamızla bərabər bu əməliyyatı da uğurla icra etdik və hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir fəsad yaşanmayıb. Həm resipiyent, həm də donor eyni dərəcədə sağlam şəkildə evə yola salındı”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video