Astanada İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammiti keçirilir Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edir
Sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti işə başlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
Sonra birgə foto çəkdirildi.
İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammiti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub.
İƏT-in elm və texnologiya üzrə birinci Sammitində təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak edir.
Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Sammitin açılış sessiyasında çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev son zamanlar İslam ümmətinin çətin sınaqlarla üzləşdiyini, müsəlman ölkələrində ekstremist və terrorçu təşkilatların yayıldığını təəssüf hissi ilə qeyd edərək bildirdi ki, bundan daha çox İslam ölkələri əziyyət çəkir. Eyni zamanda, bu, Qərb ölkələrində islamafobiya meyillərinin, eləcə də müsəlmanlara qarşı zorakılığın artmasına səbəb olur. Myanmada müsəlmanlara qarşı yaşanan kütləvi zorakılıq hallarının İslam ölkələrində dərin narahatlıq doğurduğunu ifadə edən Qazaxıstan Prezidenti bu problemin dialoq yolu ilə BMT-nin əsas prinsipləri əsasında həll edilməsinin vacibliyini bildirdi. Prezident Nursultan Nazarbayev İslam ölkələrində elmin və texnologiyanın inkişaf etdirilməsi üçün beynəlxalq platformanın yaradılmasının və bu sahədə Qərb ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini qeyd etdi və bu baxımdan belə sammitlərin əhəmiyyətini vurğuladı. Nursultan Nazarbayev bu Sammitin İslam dünyasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini bildirdi.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn və digər dövlət başçıları çıxış etdilər.
Sammit işini davam etdirir.
Astana Sammiti İƏT ölkələri arasında elm, texnologiya, innovasiya və modernləşmə sahələrində əməkdaşlığı inkişaf etdirmək, İslam dünyasının potensialını genişləndirmək məqsədini daşıyır. Sammitin yekununda İslam dünyasının elmi və texnoloji inkişafı üçün siyasi dəstək prosesinin başlanmasını nəzərdə tutan Astana Bəyannaməsi qəbul ediləcək.
Sammitdə zəngin təbii resurslara malik olan müsəlman ölkələrində yoxsulluq, aclıq, işsizlik problemlərinə, eləcə də elm, təhsil, texnologiya sahələrində inkişaf məsələlərinə dair müzakirələr aparılacaq. Bununla yanaşı, müsəlman ölkələrində gənclərin üzləşdikləri problemlər, onların elm və təhsil sahələrinə daha geniş cəlb edilməsi, habelə zorakı ekstremizm, terrorizm ilə mübarizə məsələləri ətrafında da fikir mübadiləsi aparılacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fironun məzarının "öldürücü" sirri
05 May
Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər
05 May
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
Ağdam Ağsaqqallar Şurasının konfransı keçirilib
05 May
Gələcək mühəndislərlə sənaye müəssisələri arasında əlaqə yaradılır
05 May
Azərbaycanın zamanı qabaqlayan enerji siyasəti
05 May
FAO COP29-un yüksək səviyyədə keçməsi üçün Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib...
05 May
Azərbaycan COP29 çərçivəsində Şərqlə Qərb arasında körpü olacaq
05 May
Mina terroruna görə Ermənistan dünya birliyi tərəfindən qınanılmır
05 May
Regionun gündəliyi Azərbaycan tərəfindən müəyyənləşdirilir
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!