01 May 2024 22:32
610
CƏMİYYƏT
A- A+

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

 

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı (AİB) arasında uğurlu əməkdaşlıq həyata keçirilib, önəmli birgə layihələr icra olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu barədə AİB-in sektorlar qrupunun İnsan və Sosial İnkişaf sektoru ofisinin direktoru Sofia Şakilin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əmək və sosial müdafiə sahələrində aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib. Dövlət sosial xidmətlərinin, eləcə də məşğulluq xidmətlərinin rəqəmsal müstəvidə qurulması proqramının nailiyyətləri diqqətə çatdırılıb.

Görüşdə aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımlardan bəhs olunub. Peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsinə yönələn layihələr, işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri qeyd edilib. Aparılan islahatlar prosesində, habelə məşğuluq sahəsində AİB-lə əməkdaşlığın davam etdirilməsinə önəm verildiyi bildirilib.

Sofiya Şakil ölkəmizdə əmək bazarı, məşğulluq və sosial müdafiə sahələrində həyata keçirilən islahatların təqdirəlayiq olduğunu və əməkdaşlığın davamlı xarakter almasından məmnunluğunu ifadə edib.

Görüşdə məşğulluq proqramlarının icrası, karyera məsləhəti xidmətlərinin təşkilində bacarıqların müəyyən edilməsi ilə bağlı diaqnostik alətlərin hazırlanması, peşə hazırlığı mərkəzlərinin infrastrukturunun təkmilləşdirilməsi və s. istiqamətlərdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video