13 May 2025 08:40
482
İQTİSADİYYAT
A- A+
Aşırı yağışlar imkan versə...

Aşırı yağışlar imkan versə...


Tovuz əkinçiləri bol məhsul gözləyirlər


Kəndlərdə təsərrüfat işlərinin qızğın çağıdır. Belə bir vaxtda tovuzlular da hər gün sabah obaşdan əkin sahələrinə çıxır, bir də gün batanda evlərinə dönürlər. Havaların yağmurlu keçməsinə baxmayaraq, əkinçilər payızda əlləri boş qalmamaq üçün var qüvvələri ilə çalışırlar.

Tovuzun aqrar sektorunda əkinçilik və heyvandarlıq aparıcı sahələr sayılır. Rayonda ən çox diqqət taxıl istehsalına yönəldilmişdir. Ötən mövsüm hər hektardan 33,3 sentner məhsul götürən fermerlər bu il əkin sahələrini bir qədər də artırmışlar. 12054 hektarda payızlıq taxıl səpilmişdir ki, onun da 10070 hektarı payızlıq buğda, 1984 hektarı payızlıq arpadır. Əkilmiş taxıl sahələrinin 7461 hektarı suvarılan, 4593 hektarı dəmyədir. 7325 hektarda birinci, 4714 hektarda ikinci vegetasiya suvarması aparılmışdır. Hazırda sahələrin suvarılması davam edir. Taxılçılar yetişmiş məhsula yüksək səviyyədə qulluq edirlər. Bu məqsədlə 9210 hektara yemləmə gübrəsi verilmişdir. Taxılın ziyanvericilərdən qorunması üçün də mübarizə tədbirləri aparılır. İndiyəcən 5230 hektarda belə tədbirlər görülmüşdür. 

Rayonda iqtisadi cəhətdən gəlirli olan üzümçülüyə də maraq az deyil. İlk növbədə yerli şəraitə uyğun, məhsuldar üzüm sortlarına üstünlük verilir. Hazırda rayonda 1150 hektar üzüm bağı vardır ki, onun da 1070 hektarı barverəndir. Bağbanlar keçən il həmin bağların hər hektarından 284 sentner məhsul götürmüşlər. Bu, əvvəlki ildəkindən xeyli çoxdur. Cari mövsüm üzüm sahələrinin 980 hektarında suvarma, 1020 hektarında cərgələrarası şum, 1105 hektarda xəstəlik və ziyanvericilərə qarşı mübarizə işləri aparılmışdır. Ümumiyyətlə, payız-qış mövsümündə bağlarda aparılan aqrotexniki tədbirlər onu deməyə əsas verir ki, bu il də tovuzlular yüksək məhsul əldə edə biləcəklər. 

Son illər ölkəmizdə kartofçuluğa maraq xeyli çoxalıb. Görünür, bu, həm də kartofun qiymətindəki bahalaşma ilə bağlıdır. Bu baxımdan, ölkədə kartofçuluğun daha çox inkişaf etdiyi Tovuz da istisna deyil. Keçən il rayon üzrə 5496 hektarda kartof əkən rayon sakinləri orta hesabla hər hektardan 298 sentner məhsul götürmüşlər. Faraş kartof istehsalına da böyük maraq var. Yəqin ki, bu faraş kartofun baha satılması ilə əlaqədardır. Hazırda rayonda kartof səpini davam edir. İndiyədək 3850 hektarda kartof əkilmişdir.

"Tovuz Aqrokompleks" MMC keçən il 102,3 hektarda "Marabel", "Kolomba", "Silvana", "Orkestra" və "Arizona" sortları əkmiş və bol məhsul götürmüşdür. Yeri gəlmişkən, qeyd edək ki, Tovuzun iri fermer təsərrüfatları yetişdirilmiş kartofu saxlamaq üçün müasir soyuducu anbarlar tikmişlər. 

Artıq 8-ci ildir ki, rayonda barama istehsal edilir. Bir neçə gündür ki, rayon sakinləri barama istehsalına başlamışlar. Artıq 20 kənddə 20 kümçüyə 40 qutu baramaqurdu paylanmışdır. Kümçülər deyirlər ki, yem sarıdan problemləri yoxdur.

Tovuz meyvə və giləmeyvəsinin özgə dadı olur. Bu sahə həm də gəlirlidir. Son məlumata görə, rayonda 1559,1 hektar bağ vardır. Həmin bağların hamısında budama aparılmış, 1279 hektarında suvarma, 1322,2 hektarında cərgələrarası şum və 1320,8 hektarında xəstəlik və zərərvericilərə qarşı mübarizə işləri görülmüşdür. Bütün bunlarsa bol məhsula hesablanıb, təbii ki, aşırı yağışlar imkan versə.  


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!