05 Sentyabr 2012 01:09
464
SİYASƏT
A- A+
ASALA erməni terror təşkilatı Azərbaycan diplomatlarını və xarici ölkələrdəki azərbaycanlıları ölümlə hədələyir

ASALA erməni terror təşkilatı Azərbaycan diplomatlarını və xarici ölkələrdəki azərbaycanlıları ölümlə hədələyir

 

Ermənistan və erməni diasporu Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunması ilə əlaqədar süni ajiotaj yaratmağa və beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə davam edir. Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələyirlər.

Məlum olduğu kimi, uzun illərdir Qərbdə və bir sıra Şərq ölkələrində kök salmış erməni terror təşkilatları zaman-zaman fəallaşmış, çoxsaylı insan tələfatına səbəb olan aksiyalar həyata keçirmiş və öz missiyasını yerinə yetirdikdən sonra qeyri-leqal şəraitdə fəaliyyətini davam etdirmişlər. Ötən əsrin 70-80-ci illərində bütün dünyada türk diplomatlarına, sonrakı dövrdə isə Azərbaycan vətəndaşlarına qarşı törədilmiş çoxsaylı terror aktları bu təşkilatların bədxah əməlinin nəticəsidir.

Sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilir və onların qətlə yetiriləcəyi bildirilir.

XXI əsrdə beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan dünya birliyi erməni terroru təhlükəsinə daha ciddi yanaşmalı, yaxın tarixdə baş vermiş çoxsaylı insan faciələrinin təkrarlanmasına yol verməməlidir.     

ASALA terror təşkilatından Azərbaycanın Macarıstanda və bir sıra digər ölkələrdəki səfirliklərinə daxil olmuş məktubun mətnini AzərTAc təqdim edir.

 

"Azəri və türk qatillər!

Ramil Səfərov adlı bir qatili sərbəst buraxaraq ermənilərə qarşı zəfər qazandığınızı zənn edirsiniz, yanılırsınız.

Erməni xalqı tarixin hər dönəmindən böyük acılardan keçmiş, ancaq hər zaman var olmağı bacarmışdır. Ermənistanı qərbdə Türkiyə, şərqdə Azərbaycan və müttəfiqləri olan sionistlər bir əhatəyə almışlar.

Ermənistana qarşı yürütdüyünüz siyasi, iqtisadi, əsgəri basqı daim fiasko ilə sonuclanmışdır. Bizim müqavimətimiz, şərəf və əzmimiz sayəsində, əhalimizin kiçik olmasına rəğmən, daim sizin pantürkist, erməni xalqını yoxetmə səylərinizi boşa çıxartmışdır.

Türk qatillərin keçən yüzilliyin sonunda həyata keçirtdikləri - türklərə yaraşan və 600 min erməninin qətli ilə nəticələnən soyqırımı bu gün də ermənilərin yaddaşında yaşayır. Biz bu soyqırımın intiqamını bu gün PKK-nın silahlı əməliyyatlarına dəstək və direktiv verərək artıqlaması ilə almaqdayıq. 

Hər gün türk leşlərinin sayını yüksəltməkdəyik, o vaxta qədər ki, ölmüş türklərin sayı 40 min deyil, 600 minə çatacaqdır.

Sizin qanlı, barbar, qonşu xalqlara qarşı olan sayğısızlığınız, nifrət və təcavüzkarlığınız, sizə 3 dəfə çox nifrət və intiqamla geri dönəcəkdir.

Sizi axıtdığınız məsum insanların qanında boğacağıq.

Xocalıda qətl etdiyimiz azəri leşləri hələ də iylənərkən, Qarabağ sərhədində azəri əsgərlərinin leşlərinin sayını artırmaqdayıq.

Diqqət, sizə bu mesajı göndəririk.

Çox yaxında bütün azəri diplomatik nümayəndəliyinin əməkdaşları bu günə qədər tətbiq etmədiyimiz bir üsulla öldürüləcəkdir.

 

Rəşad Səfərov - cəzan ölüm!

Eldar Əliyev - cəzan ölüm!

Anar İmanov - cəzan ölüm!

Lalə Səfərova - cəzan ölüm!

Hüseyn Cəfərov - cəzan ölüm!

Vüqar Əliyev - cəzan ölüm!

Gülnarə Məmmədova - cəzan ölüm!"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!