14 Yanvar 2026 11:43
275
CƏMİYYƏT
A- A+
Aşağı Oratağda bir ailənin qürur dolu qayıdışı: “İlk qonağımız Prezident oldu” 

Aşağı Oratağda bir ailənin qürur dolu qayıdışı: “İlk qonağımız Prezident oldu” 


Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri Qarabağın hər bir guşəsində yeni həyatın başlanğıcına çevrilib. “Böyük Qayıdış” proqramı çərçivəsində müasir standartlara uyğun yenidən qurulan kəndlərimiz artıq öz doğma sakinlərini qəbul etməyə başlayıb. Bu qayıdış prosesi təkcə evlərin bərpası deyil, həm də onilliklər boyu yurd həsrəti çəkən insanların mənəvi bütövlüyünün təmin olunmasıdır. Dövlət tərəfindən yaradılan yüksək şərait keçmiş məcburi köçkünlərin öz ocaqlarında təhlükəsiz və rifah içində yaşamasını ən yüksək səviyyədə təmin edir. Xüsusilə strateji əhəmiyyətli Ağdərə rayonunda aparılan bərpa işləri də bölgənin gələcək inkişafında mühüm rol oynayır.

Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndinə səfər edib, kəndə köçmüş Rüstəmovlar ailəsinin evində olub, ailə üzvləri ilə söhbət edib.

Ailənin xanımı Nilufər Rüstəmova təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşərək deyib: “Prezidentimizin evimizdə ilk qonaq olması bizim sevincimizə sevinc qatdı. Hər insana qismət olmur. Böyük qürurdur. Fəxr edirik ki, belə Prezidentimiz var".

Nilufər xanım qeyd edib ki, Aşağı Oratağ kəndini tərk edəndə dörd yaşı olub. Bu gün isə ailəsi, uşaqları ilə birgə doğma yurda qayıdıb. “Çox şadam, böyük qürur və sevinc hissi keçirirəm. Buna görə Prezidentimizə təşəkkür edirəm, Allahdan şəhidlərimizə rəhmət, qazilərə isə cansağlığı diləyirəm”, - deyə o əlavə edib.

Ailənin başçısı Anar Rüstəmov da söhbətə qoşularaq, Prezident İlham Əliyevin yeni mənzildə yaradılmış şəraitlə yaxından tanış olmasını vətəndaşa göstərilən diqqət və qayğı kimi dəyərləndirib.

Sakinlərin öz evlərində dövlət başçısını qarşılaması və onlarla səmimi söhbətlər aparması dövlət-xalq birliyinin ən bariz təzahürüdür. Aşağı Oratağ kəndində Rüstəmovlar ailəsinin timsalında görünən bu sevinc, əslində bütün Qarabağa dönən soydaşlarımızın ortaq hissidir. İşğaldan azad olunmuş torpaqlarda yaradılan hər bir yeni imkan – müasir infrastrukturdan tutmuş sosial obyektlərə qədər – sakinlərə bəxş edilən böyük qayğının nəticəsidir. Bu tarixi qayıdış prosesi sürətləndikcə, hər bir kəndimizdə uşaq gülüşləri yenidən eşidilir və bu ərazilər ölkəmizin ən çiçəklənən guşələrinə çevrilir. Prezident İlham Əliyevin bu bölgələrə mütəmadi səfərləri isə bərpa işlərinin dövlətin hər zaman bir nömrəli prioritet sahəsi olduğunu bir daha təsdiqləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!