24 Sentyabr 2025 13:56
800
İDMAN
A- A+
Aşağı büdcə ilə böyük uğur – “Qarabağ” FK Cənubi Qafqazın futbol lideridir 

Aşağı büdcə ilə böyük uğur – “Qarabağ” FK Cənubi Qafqazın futbol lideridir 

Media Təhlil Mərkəzi (MTM) UEFA-nın rəsmi internet ünvanından əldə etdiyi məlumatlar əsasında Azərbaycan klublarının Avropada ölkəmizi təmsil etməsi ilə bağlı təhlil aparıb.

AZƏRTAC həmin təhlili təqdim edir:

Aparılan təhlilə əsasən məlum olub ki, artıq 12 ildir, Ağdam şəhərini təmsil edən “Qarabağ” futbol klubu avrokubokların əsas mərhələsində iştirak edir. Cari mövsümdə də bu komanda 2017-ci ildəki uğurunu təkrarlayaraq, yenidən qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməyi bacarıb.

Müstəqillik dövründə Ağdam təmsilçisindən başqa, avrokubokların əsas mərhələsində çıxış etməyə nail olan daha iki klubumuz olub.

“Neftçi” ölkəmizi Azərbaycan tarixində avrokubokların əsas mərhələsinə təmsil edən ilk klub olub. 2012/2013-cü illər mövsümündə “ağ-qaralar” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Lakin qrup mərhələsində sonuncu pilləni tutaraq turnirdən kənarlaşıb. Bu nailiyyətdən sonra günümüzədək “Neftçi” avrokubokların əsas mərhələsində iştirak edə bilməyib.

Avrokuboklarda iştirak haqqı qazanan digər klubumuz isə 2 mövsüm ard-arda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı bacaran “Qəbələ” olub. Lakin bölgə təmsilçisi hər iki mövsümdə də qrupda sonuncu pilləni tutaraq turnirdən kənarlaşıb. Beləliklə, 2017-ci ildən cari ilədək “Qarabağ” FK ölkəmizi Avropa meydanlarında təmsil edən yeganə klub olub.

Qeyd olunduğu kimi, “Qarabağ” ölkə tarixində ilk dəfə 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq, adını futbol tarixinə yazdırıb. Qrupda sonuncu sıranı tutsa da, İspaniya nəhəngi sayılan “Atletiko” klubu ilə hər iki oyunda bərabərlik əldə etməsi Azərbaycan futbolu üçün böyük uğur olub.

Cari mövsümdə də UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirən “Qarabağ” yenidən tarix yazaraq bu mərhələdə qələbə qazanan ilk Azərbaycan klubu olub. Portuqaliyanın “Benfika” klubunu 3:2 hesabı ilə məğlub edən “Qarabağ” dünya gündəminə düşüb.

Qeyd edək ki, hazırkı reytinqlərə əsasən, “Qarabağ” Avropa klubları arasında 55-ci, “Benfika” isə 10-cu sırada yer alır.

Əlavə olaraq onu da bildirək ki, “Qarabağ”ın bazar dəyəri 24,83 milyon avro, “Benfika” klubunun bazar dəyəri isə 335,8 milyon avro təşkil edir.

“Qarabağ”ın rəqabət apardığı digər klublar və büdcələri ilə bağlı cədvəldən də göründüyü kimi, Ağdam təmsilçisi aşağı büdcə ilə Avropa nəhəngləri arasında yer almağı bacarıb. Hətta “Braqa”, “Seltik” və “Renn” kimi köklü klubları qabaqlaya bilib.

Xatırladaq ki, bu reytinq xalları klubların son 5 ildə avrokuboklarda göstərdiyi performansa əsasən hesablanır.

Toplanan rəsmi məlumatlar da sübut edir ki, “Qarabağ”ın bazar dəyəri digər klublardan kəskin şəkildə azdır. Lakin komanda az xərclə Avropada böyük uğurlar qazanmağı bacarır.

Daha dəqiq desək, Azərbaycan çempionu bu il vəsiqə qazandığı UEFA Çempionlar Liqasının liqa mərhələsində yer alan klublar arasında büdcəsinə görə yalnız Qazaxıstanın “Kairat” klubunu (12,73 milyon avro) qabaqlayır. Qalan 34 klubun hər birinin bazar dəyəri “Qarabağ”dan çoxdur.

Klubların bazar dəyəri dedikdə oyunçuların bazar qiymətinin toplamı nəzərdə tutulur. Klubların bazar dəyəri məlumatları “transfermarkt.com” saytından götürülüb.

Son 10 mövsümdə Avropa kuboklarında Azərbaycan klublarının qazandığı UEFA xallarına baxsaq, burada təbii olaraq “Qarabağ”ın böyük pay sahibi olduğunu görərik.

Ağdam təmsilçisi son 10 mövsümdə Avropa meydanlarında 58,000 xal toplayıb ki, bu da ümumi Azərbaycan klublarının qazandığı xalların 57,14%-ni təşkil edir.

Digər klubların bəziləri avrokubokların əsas mərhələsinə vəsiqə qazanmasalar da, təsnifat mərhələsində qazandığı xallar ilə “Qarabağ”ı izləyirlər.

Son 10 mövsümdə “Neftçi” 11,500 və “Qəbələ” 8,500 xal qazanaraq “Qarabağ”dan sonrakı iki pilləni tutub. “Sabah” və “Zirə” 10 mövsüm ərzində hərəyə 6,000 xal toplayaraq 4 və 5-ci sıranı bölüşürlər. “Sumqayıt” və “Şamaxı” hərəyə 4,000 xalla 6 və 7-ci pillələri paylaşır.

Digər klublarımız isə toplamda 3,500 xal toplayıb. Bunlar “Araz-Naxçıvan” (2,000), “Səbail” (1,000) və “Kəpəz” (0,500) komandalarıdır.

Cənubi Qafqaz ölkələrini təmsil edən klubların son 10 mövsümdəki statistikasına baxsaq, Azərbaycanın böyük fərqlə lider olduğunu görərik. Cari mövsüm də daxil olmaqla son 10 sezon ərzində Azərbaycan klubları Avropa kuboklarında 101,500 xal, Ermənistan klubları 55,750 xal, Gürcüstan klubları isə 46,000 xal toplayıb.

Bu illər ərzində Gürcüstan klubları arasında Avropa kuboklarının heç birinin əsas mərhələsinə vəsiqə qazanan klub olmayıb. Ermənistan klubları isə UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmağı bacarıb.

Azərbaycanı təmsil edən “Qarabağ” isə son 10 mövsüm ərzində Avropa kuboklarının hər üç turnirinin əsas mərhələsinə vəsiqə qazanmağı bacarıb.

Əlavə məlumat üçün bildirək ki, son 10 mövsüm ərzində “Qarabağ” Avropa kuboklarında 58,000 xal qazanmağı bacarıb. Bu isə Azərbaycan təmsilçisinin təkbaşına Ermənistan və Gürcüstan klublarından daha çox xal toplaması deməkdir. Göstəricilərə əsasən deyə bilərik ki, Avropada adını tanıtdıran “Qarabağ” Cənubi Qafqazın ən böyük komandasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!