Argentinanın yeni prezidenti Xavyer Miley olub
Argentinada qutuların 94 faizdən çoxunun açıldığı seçkinin ilk nəticələrinə görə, Libertar Partiyasının namizədi Xavyer Miley 55,82 faiz səslə prezident seçilib.
“Peronist” alyansın namizədi və hazırkı iqtisadiyyat naziri Sergio Massa 44,17 faiz səs toplayıb.
“Vətən Naminə Birlik” partiyasının namizədi Massa məğlubiyyətini etiraf edib və seçkilərdəki uğuru münasibətilə rəqibi Mileyi telefonla təbrik etdiyini açıqlayıb.
Nəticələrin gözləntilərindən çox uzaq olduğunu ifadə edən Massa "Argentinalıların qarşıdakı 4 il ərzində Mileyi seçməsi səbəbi ilə zəng edib təbrik etdim. Bunu edərkən ona ən önəmli şeyin, bütün bu çətinliklər arasında birgə yaşama, dialoq və sülh, hörmət olduğu mesajını verdim" deyib.
Massa Argentina xalqının başqa bir yol seçdiyini vurğulayaraq, "Sabahdan etibarən siyasi və iqtisadi fəaliyyət üçün bütün məsuliyyət seçilmiş prezidentə məxsusdur. Bu gün Argentina güclü, möhkəm və şəffaf nəticələrə hörmət edən demokratik sistemə malik olduğunu təsdiqlədi" deyə vurğulayıb.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısı olaraq qalır
05 Dekabr
Baş Prokurorluq: Ağdamda baş verən mina hadisəsi ilə bağlı araşdırma aparılır
05 Dekabr
İcma sədrinin müavini: Qərbi azərbaycanlılar 35 ildir doğmalarının məzarlarını ziyarət edə bilmirlər...
05 Dekabr
Sergey Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib
05 Dekabr
Azərbaycan-Albaniya enerji əməkdaşlığı müzakirə edilib
05 Dekabr
Aydın Kərimov: Şuşaya 2026-cı ilin sonuna qədər iki min ailə köçürüləcək
05 Dekabr
İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə Bakı Bəyannaməsi qəbul edilib...
05 Dekabr
Avropada və Mərkəzi Asiyada havanın çirkləndirilməsi uşaqların sağlamlığına təhlükə törədir...
05 Dekabr
Daniel Pommier Vinçelli: Qərbi Azərbaycan məsələsinin həlli dünyadakı oxşar problemlərin həllinə yol...
05 Dekabr
Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər - YENİLƏNİB
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!