20 İyun 2025 08:45
701
İQTİSADİYYAT
A- A+
Aqrar sektor yeni yüksəliş mərhələsindədir

Aqrar sektor yeni yüksəliş mərhələsindədir


Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan davamlı və dayanıqlı Azərbaycan iqtisadiyyatı dövlət başçısı İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycanın 2030-cu ilədək milli prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi  inkişaf strategiyasında qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalını yüksəltməklə beynəlxalq aləmdə, dünya iqtisadiyyatında mövqelərimizi  möhkəmləndirmək, ixracı artırmaqla yüksək gəlir əldə etmək əsas vəzifə kimi qarşıya qoyulub. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, iqlim dəyişiklikləri, dünyada baş verən hadisələr, müharibələr, münaqişələr dünya iqtisadiyyatının davamlı inkişafına, iqtisadi əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə mənfi təsirlərini göstərməklə bir çox ölkəni çətinliklər, aclıq, ərzaq çatışmazlığı qarşısında qoyub.  Dünya  iqtisadiyyatındakı qeyri-müəyyənliklər, təchizat məsələlərində baş verən çətinliklər, yaranan problemlər enerji daşıyıcılarının, nəqliyyat xərclərinin və ərzaq məhsullarının qiymətlərinin artması inflyasiyanın yüksəlməsinə səbəb olmaqla bir çox ölkədə iqtisadi böhran yaradıb. Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatının inkişafı, dayanıqlı və davamlı olması ölkə rəhbəri İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətin, iqtisadi sahədə həyata keçirilən mühüm layihələrin, proqramların, tədbirlərin, sahibkarlığa göstərdiyi qayğı və diqqətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu uğurlu siyasətin bəhrəsidir ki, 2024-cü ildə ölkədə 126.3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.1 faiz çox ümumi daxili məhsul istehsal edilib, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 6,4 faiz çox olub.

Komitə sədri qeyd edib ki, ötən il ölkənin sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 64.1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1.1 faiz çox məhsul istehsal edilib, qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7.2 faiz artıb: "İqtisadi inkişafın təmin olunması sahəsində həyata keçirilən tədbirlərin, sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer tutub, beynəlxalq nüfuzunu yüksəldib. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər artıq öz bəhrəsini verməkdədir. Prezidentimiz ölkə iqtisadiyyatının şaxələndirilməsi, sahibkarlığa geniş meydan verilməsi, şəffaflığın və aşkarlığın təmin olunması, maliyyə imkanlarından səmərəli istifadə olunması istiqamətində görülən işləri daim nəzarətdə saxlamaqla, daha mütərəqqi layihələrin hazırlanmasına, qabaqcıl təcrübənin, texnologiyaların tətbiqinə böyük önəm verir. Əgər 2010-cu ildə ölkənin qeyri-neft sektorunda 18.4 milyard manatlıq məhsul istehsal olunurdusa,  keçən il bu göstərici 85 milyard manatı ötüb".

Qeyri-neft sektorunun inkişafında aqrar sahənin mühüm rola malik olduğunu vurğulayan T.Rzayev bildirib ki, torpaq sahiblərinə, fermerlərə göstərilən qayğının, dövlət dəstəyinin nəticəsində keçən il kənd təsərrüfatının əksər sahələrində yüksək göstəricilər əldə edilib. Yeni subsidiya mexanizminin yaradılması, elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqi, islahatların aparılması, sahibkarlarla əlaqələrin möhkəmləndirilməsi, görüşlərin təşkili, beynəlxalq əhəmiyyətli konfransların, forumların keçirilməsi, maarifləndirməyə üstünlük verilməsi aqrar sektorun inkişafına, həm də insanların kənddə möhkəmlənməsinə, yeni iş yerlərinin açılmasına, əhalinin maddi vəziyyətinin yaxşılaşmasına imkanlar yaradıb. Aqroparkların, sənaye müəssisələrinin, iri təsərrüfatların artması, mütərəqqi texnologiyalara, qabaqcıl təcrübəyə üstünlük verilməsi, güzəştlərin tətbiqi sahibkara, kənd təsərrüfatı sahəsində çalışan hər kəsə yaxşı işləmək, yüksək məhsul əldə etmək üçün bir stimul verib.

Tahir Rzayev vurğulayıb ki, qeyri-neft sektorunda artım bu ilin birinci rübündə də özünü aydın şəkildə göstərir. Azərbaycanda bu dövrdə 29 milyard 893 milyon manatlıq ümumi daxil məhsul istehsal olunub ki, bunun da 20 milyard 103 milyon manatı qeyri-neft sektorunun payına düşür. Qeyd olunan dövrdə 331.2 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub ki, bu da 17.2 faiz artım deməkdir. Aqrar-sənaye məhsulları da 5.9 faiz artaraq 115.6 milyon dollara çatıb. Ümumilikdə aqrar və aqrar sənaye məhsullarının həcmi 14 faiz artıb. "Son illər ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sektorun inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinin nəticəsidir ki, həm məhsul istehsalı, həm də ixrac artıb. Bu ilin 4 ayı ərzində aqrar məhsulların ixrac dəyəri 14 faiz artmış, 232.7 milyon manat dollara, aqrar-sənaye məhsullarının ixrac dəyəri isə 7.9 faiz artaraq 90.8 milyon dollara çatıb. Keçən ilin 4 ayı ilə müqayisədə aqrar-sənaye məhsullarının yaratdığı dəyərin 12.2 faiz çoxalaraq 323.6 milyon dollara çatması aqrar sektora göstərilən qayğı və diqqətin ifadəsidir. Əsas bitkiçilik məhsullarından sayılan pambıq mahlıcının, pomidorun, meyvə-tərəvəzin ixracında özünü göstərən artım yüksələn xətt üzrə inkişaf edir ki, bu da gələcək ixrac üçün yeni perspektivlər yaradır. Aqrar sektorda inkişaf, məhsul bolluğu daxili bazarın təlabatını ödəməklə xarici bazarlara çıxışı sürətləndirir ki, bu da əlavə pul vəsaitlərinin əldə edilməsi üçün çox əhəmiyyətlidir", - deyə o bildirib.

Komitə sədri deyib ki, qeyri-neft sektorunda 5 aylıq ixracın 1 milyard dollara çatması yaxşı nəticədir və kənd təsərrüfatı, sahibkarlığın inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin açılması, mütərəqqi metodlardan və texnologiyalardan istifadə olunması sahəsində mühüm layihələrin hazırlanıb həyata keçirilməsinə imkanlar yaradır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən təkcə son aylar 600-ə yaxın biznes layihəsinin maliyyələşdirilməsi üçün 32.1 milyon manat güzəştli kredit ayrılıb ki, bu da bilavasitə sahibkarlığın inkişafına xidmət edir. Çox yaxşı haldır ki, güzəştli kreditdən yararlanmış layihələrin 96.5 faizi, həmin kreditlərin ümumi məbləğinin isə 75 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür. Sənaye parkları, aqroparklar və texnoparkların yaradılması, sahibkarlara torpaq, su, enerji və digər resursların münasib şərtlərlə təqdim edilməsi inkişaf üçün stimuldur və sahibkarlar bundan lazımi qaydada  bəhrələnirlər.

Komitə sədri vurğulayıb ki, dövlətin dəstəyi, qayğı və diqqəti olmadan şəxsi təşəbbüslər sayəsində sahibkarlığı inkişaf etdirmək, iqtisadi uğurlara nail olmaq mümkün deyil: "Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişafına, sahibkarlara göstərdiyi qayğının ifadəsidir ki, bu sahə yüksələn xətlə irəliləyir və insanların maddi rifahına, məşğulluğuna öz töhfəsini verir. Milli Məclisin, Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Qida Təhlükəsizliyi Agentliyinin keçirdikləri birgə tədbirlər, dinləmələr, forumlar, yerlərdə keçirilən görüşlər də bilavasitə aqrar sahənin inkişafına, sahibkarlara dəstək verilməsinə istiqamətləndirilib. 

Müvafiq orqanların birgə səyləri, ölkədə sahibkarlara yaradılan imkan və şərait gələcək nəticələrdə də özünü göstərəcək və aqrar sektor iqtisadiyyatımızın yüksəlişində öz rolunu daha səmərəli yerinə yetirəcək, qeyri-neft sektorunun ən aparıcı sahəsinə çevriləcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!