26 May 2023 14:36
466
DÜNYA
A- A+
Ötən il BMT-nin 103 sülhməramlısı həlak olub

Ötən il BMT-nin 103 sülhməramlısı həlak olub

 

Onlar ölümündən sonra Daq Hammarşöld medalı ilə təltif edilib

BMT-nin Yaxın Şərqdə ilk sülhməramlı missiyasının yaradıldığı 1948-ci il mayın 29-dan indiyədək BMT bayrağı altında 4200-dən çox sülhməramlı həlak olub və onlardan 103-ü 2022-ci ildə öldürülüb. Bu barədə Təşkilatın mətbuat xidməti xəbər verir.

Beynəlxalq Sülhməramlılar Günü ərəfəsində BMT-nin Baş katibi Antonio Quterreş bildirib  ki, onlar təhlükəsizliyi, sabitliyi və qanunun aliliyini dəstəkləyirlər. Onlar münaqişələrin episentrində olan mülki əhalinin ümidi və müdafiəsidir. BMT sülhməramlıları başqalarını xilas etmək üçün həyatlarını riskə atırlar. Onlar fəaliyyətdə çoxtərəfliliyin simvoludur.

BMT rəhbərinin dediyinə görə,  "hər il Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Sülhməramlıları Günü bizə dünyanın ən təhlükəli ərazilərində sülh uğrunda mübarizə aparan qadın və kişilərin xatirəsini ehtiramla yad etmək imkanı verir".

Bu il BMT-nin sülhməramlı əməliyyatlarının 75-ci ildönümüdür. O vaxtdan bəri 2 milyondan çox qadın və kişi BMT-nin 72 sülhməramlı əməliyyatında iştirak edərək milyonlarla insanın həyatına birbaşa təsir göstərmiş və saysız-hesabsız insanların həyatını xilas etmişdir.

Hazırda dünyanın 125 ölkəsindən 87 mindən çox “mavi dəbilqəli” BMT-nin 12 missiyasında xidmət edir.

BMT-nin Yaxın Şərqdə ilk sülhməramlı missiyasının yaradıldığı 1948-ci il mayın 29-dan indiyədək Təşkilatın  bayrağı altında 4200-dən çox sülhməramlı həlak olub, onlardan 103-ü 2022-ci ildə öldürülüb.

“Həlak olan hərbçilər, polislər və mülki işçilər BMT missiyalarına müxtəlif mənşəli 39 müxtəlif ölkədən gəlmişdilər. Amma onların hamısı bizim dünya qarşısında borcumuzu təcəssüm etdirirdi. Onların ailələrinə, dostlarına, həmkarlarına və ölkələrinə dərin hüznlə başsağlığı və minnətdarlığımı bildirirəm.  Onların xidmətinə və fədakarlığına dərin hörmət edirəm”, - deyə, Antonio Quterreş çıxışında bildirib.

Sülhməramlıların xatirəsinə həsr olunmuş bu günü qeyd etmək üçün Baş katib mayın 26-da BMT-nin Nyu Yorkdakı Baş Qərargahında onların şərəfinə əklil qoyub.

Təşkilatın rəhbəri 2022-ci ildə həlak olan sülhməramlıları ölümündən sonra Daq Hammarşöld medalı ilə təltif edib.

Virtual mərasimdə həmçinin “Hərbiçilərin gender problematikasına diqqətini cəlb etmək üzrə ən yaxşı fəal” mükafatı təqdim olunub.

Bu mükafata Sudan və Cənubi Sudan sərhədindəki mübahisəli bölgə olan Abyeydə  Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Təhlükəsizlik Qüvvələrində (UNISFA) bir tağıma komandirlik edən Qanadan olan 32 yaşlı kapitan Sesiliya Erzua layiq görülüb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!