12 Fevral 2025 19:05
393
DÜNYA
A- A+
Antarktikanın əlçatmaz ərazilərində mikroplastik hissəciklər tapılıb

Antarktikanın əlçatmaz ərazilərində mikroplastik hissəciklər tapılıb


150 ildən çox əvvəl icad edilmiş plastik material bütün dünyanı bürüyüb. Tədqiqatçılar plastik hissəcikləri suda, torpaqda, havada və hətta insan orqanizmində aşkar ediblər. Yeni araşdırma Yer kürəsinin demək olar ki, hər yerinin plastik çirklənməsinə məruz qaldığını sübut edir. Böyük Britaniyanın Antarktika Xidməti tədqiqatçıları, Antarktikanın içərilərində yerləşən bəzi düşərgələrin ətrafındakı qarda mikroplastik hissəciklərin izlərini tapıblar.

Qeyd etmək lazımdır ki, bu, tarixdə ilk dəfədir ki, bu qədər uzaq və əlçatmaz ərazilərdə mikroplastik hissəciklərin varlığı təsdiqlənir. Böyük Britaniyanın Antarktika Xidmətinin okean ekoloqu, doktor Clara Manno-nun sözlərinə görə, ilkin analizlər göstərir ki, mikroplastik hissəciklər əsasən yerli mənbələrdən qaynaqlanır. Ehtimal olunur ki, bunlar tədqiqatçılar tərəfindən istifadə olunan üst geyimlər, iplər və düşərgə ətrafında təhlükəsiz marşrutları işarələmək üçün qoyulan bayraqlardan yaranmış ola bilər. Təəssüf ki, mikroplastik hissəciklərin bu buzlu səhrədəki təsirləri hələ də tam aydın deyil.

Araşdırma çərçivəsində alimlər Cənub Qütbünün uzaq bölgələrində yerləşən Union və Şants buzlaqlarındakı üç sahə düşərgəsindən toplanmış nümunələri təhlil ediblər. Əvvəlki tədqiqatlar alimlərin nümunələrdən mikroskopik plastik hissəciklərini əl ilə seçməsinə əsaslanırdı. Lakin bu yeni araşdırmada daha müasir texnologiya tətbiq edilib. İlk olaraq qar xüsusi filtr kağızı vasitəsilə əridilib. Daha sonra yüksək dəqiqlikli skan texnikası ilə analiz aparılıb.

Tədqiqat nəticələrinə görə, mikroplastik hissəciklərin qar nümunələrindəki miqdarı 73 ilə 3099 hissəcik arasında dəyişir. Bundan əlavə tapılan plastik hissəciklərinin təxminən 90 faizi 50 mikrometrdən kiçik olub. Alimlər hesab edirlər ki, əvvəlki tədqiqatlar plastik çirklənmənin həqiqi miqyasını aşağı qiymətləndirib. Nəticələr göstərir ki, nümunələrdəki mikroplastik hissəcik miqdarı əvvəlki hesablamalardan 100 dəfə çox ola bilər.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!