Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Mayın 8-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.
İclasda Azərbaycan ilə Türkiyə arasında münasibətlərin prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində bu gün strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib.
Vətən müharibəsi zamanı Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə Türkiyənin rəhbərliyinə və bütün qardaş türk xalqına dərin təşəkkür ifadə olunub.
İki ölkənin beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyi, hər zaman bir-birinin mövqeyini dəstəklədikləri vurğulanıb.
Azərbaycanın Türk Dövlətləri Təşkilatına böyük önəm verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində bu təşkilat Azərbaycan üçün əsas beynəlxalq qurum kimi dəyərləndirilib, TDT çərçivəsində səylərin davam etdirilməsi hökumət qarşısında xarici siyasət prioriteti kimi qoyulub.
Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin inkişaf dinamikası təqdir edilib.
Türkiyənin Azərbaycanın həm idxalda, həm ixracda, həm də ticarət dövriyyəsində əsas tərəfdaşlarından biri olmasından məmnunluq ifadə edilib.
2023-cü ildə qarşılıqlı ticarətin 31 faiz artaraq rekord 7,65 milyard ABŞ dollarına çatdığı bildirilib, ticarət dövriyyəsinin həcminin 15 milyard ABŞ dollarına çatdırılması ilə bağlı dövlət başçıları tərəfindən qoyulmuş hədəfə nail olmaq üçün hökumətlərin bundan sonra da birgə səy göstərmək əzmində olduqları diqqətə çatdırılıb.
Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyəti vurğulanıb.
Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsinin, həmçinin iki ölkə arasında imzalanan Fəaliyyət Planlarının icrasının ticarət dövriyyəsinin daha da artmasına təkan verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində ərsəyə gələn nəhəng layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulanıb.
İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin tikintisi enerji gündəliyində duran aktual məsələlərdən biri kimi dəyərləndirilib.
Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilərək 2023-cü ildə iki ölkə arasında ümumi daşınmış yüklərin həcminin 42,5 faiz artdığı diqqətə çatdırılıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun iki ölkənin tranzit imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Bildirilib ki, dəmir yolunun genişləndirilmə işlərindən sonra yaxın zamanda istismara verilməsi BTQ ilə daşınan yüklərin həcminin 5 milyon tona çatdırılmasına şərait yaradacaq.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Türkiyə tərəfinin diqqətinə çatdırılıb ki, Azərbaycan tərəfi artıq Naxçıvanda müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb.
Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlər müsbət məcrada həll olunur. Azərbaycana daxil olan Türkiyə avtodaşıyıcılarından alınan bəzi yol vergiləri və rüsumları ləğv olunub. Eyni zamanda avtomobil daşımaları üçün mübadilə edilən icazə blanklarının sayı əhəmiyyətli dərəcədə artırılıb.
İclasda Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu, bərpaolunan enerji, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, xüsusilə Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, iqlim dəyişikliyi ilə mübarizə, COP29-a hazırlıq, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.
Sonda Baş nazir Əli Əsədov və Vitse-prezident Cevdet Yılmaz Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət Planını imzalayıblar.
İki ölkə arasında, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində əməkdaşlıq Sazişi", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun yaradılmasına dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri ilə mübarizə üzrə əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi" və "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) Türkiyə - Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu" imzalanıb.
Daha sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz mətbuata bəyanatlarla çıxış ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə İrana xilasedici qruplar göndərib
19 May
Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir
19 May
Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb ...
19 May
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı p...
19 May
İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə ged...
19 May
Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB
19 May
Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər...
19 May
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
19 May
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən bi...
19 May
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və ...
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!