02 May 2024 21:45
307
CƏMİYYƏT
A- A+

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

 

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Məhərrəm Qılınc ilə görüş keçirib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bəhruz Məmmədov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina təhlükəsi, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər və görülən işlər barədə qonağa məlumat verib. O, yalnız keçmiş təmas xəttinin deyil, həmçinin mülki təyinatlı ərazilərin, obyektlərin minalarla yüksək səviyyədə çirkləndirilməsinin, heç bir hərbi əhəmiyyət daşımayan ərazilərin qəsdən minalanmasının insanlıq əleyhinə törədilmiş cinayət olduğunu bildirib.

Görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində Türkiyə Respublikası ilə mövcud əməkdaşlıq, insanların sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququna, eləcə də ekoloji sistemə ciddi təhdidlər yaradan mina probleminə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinə dair mümkün əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məhərrəm Qılınc təqdim edilən məlumatlara görə təşəkkürünü bildirərək, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” devizi altında hər zaman Azərbaycanın haqq səsinin beynəlxalq auditoriyaya çatdırılmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video