23 Fevral 2024 08:35
1359
Mədəniyyət
A- A+
Ana dilimiz milli varlığımız və qürur mənbəyimizdir

Ana dilimiz milli varlığımız və qürur mənbəyimizdir

 

Zəngin dil mədəniyyətinə sahib olan xalq böyük gələcəyə malikdir. Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus yeri, dərin kökləri, böyük ənənəsi olan çox zəngin və möhtəşəm dildir. Onun saflığını göz bəbəyi kimi qorumaq, milli sərvətimizin keşiyində dayanmaq hər bir vətəndaşın müqəddəs borcudur. Milli varlığımızın, birliyimizin, mədəniyyətimizin ən davamlı daşıyıcısı ana dilimizdir. Bütün dəyərlər, insanların tarixboyu ərsəyə gətirdikləri maddi və mənəvi nailiyyətlər dilin işığında yaranır.
21 Fevral - Beynəlxalq Ana Dili Günü hər kəsə doğma olan bu milli-mənəvi sərvətin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Bakı şəhəri Nəsimi rayonundakı Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Milli-mənəvi kimliyimiz - dilimizdir" adlı ədəbi-bədii gecəsinin keçirilməsi də bu məqsədə xidmət edirdi.
Tədbirdə ana dili məsələsi, onun işlənməsi, qorunması, inkişafı, yaxın regionlardakı dillərlə rəqabəti barədə geniş danışılmışdır. Gecəni məktəbin direktoru Nigar Hənifəyeva açaraq gələn qonaqları, müəllimləri və valideynləri salamlamışdır. Sonra ana dilimizin zənginliyi, inkişafı, qorunması ilə bağlı fikirlərini söyləmişdir. Bildirmişdir ki, hər bir millətin dili onun varlığını sübut edən, onu yaşadan abidədir. Zaman-zaman tarixin sınaqlarına məruz qalan, olmazın çətinliklərlə üzləşən bu dil xalqımızın böyüklüyü və müdrikliyi sayəsində bugünümüzə üzüağ, alnıaçıq gəlib çıxmışdır. Yüksək mənəvi dəyərlərə malik olan bu xəzinəni qorumaq, onun əbədiyaşar olmasını təmin etmək hər bir şəxsin müqəddəs borcudur. Bu gün dövlət dilimiz olan Azərbaycan dilinin hərtərəfli inkişafı, dünyanın ən mötəbər tribunalarından səslənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dünənimizin, bu günümüzün və xoşbəxt sabahımızın əsasında Azərbaycan dili dayanır. Ana dili millətin mənəvi diriliyi, ruhun qidasıdır.
Nigar Hənifəyeva Prezident İlham Əliyevin ana dilimizin qorunmasına və inkişafına böyük həssaslıqla yanaşdığını xüsusi vurğulamışdır. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin dünya dilləri sırasında özünəməxsus yeri olduğunu söyləmişdir.
Bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə mükəmməl dil siyasəti həyata keçirilir. Parlamentdə dil haqqında qanun qəbul edilib. Dövlət Dil Komissiyası fəaliyyət göstərir. Bütün bunlar ölkə rəhbərinin ana dilinə dövlət səviyyəsində xüsusi diqqət və qayğısını aydın şəkildə ifadə edir.
Bu il fevralın 7-də tarixin ən qüdrətli Azərbaycanı yeni dövrə qədəm qoydu. Qalib Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olduğunu bir daha təsdiq etdi.
Tədbirdə ana dilimizin zənginliyindən, qədimliyindən söhbət açıldı, milli dəyərlərimizlə yanaşı, ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyi vurğulandı, milli dil əmanətinə sadiqlikdən, vətəndaş məsuliyyətindən danışıldı. Ədəbi-bədii gecədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Könül Məmmədli, Xalq şairi  Vahid Əziz, respublikanın Əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramov, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin  üzvü, şairə-publisist Azadə Novruzova, Yazıçılar Birliyinin üzvü, yazıçı-marketoloq, naşir, iqtisadçı-doktorant Çinarə Köçəriyeva iştirak edirdilər.
"Ana dilimiz milli sərvətimizdir" çağırışını səsləndirən 8A sinfinin şagirdləri klassiklərimizin doğma dilimizə həsr edilən şeirlərini söylədi, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Tədbirin yüksək səviyyədə təşkilində önəmli rolu olan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bikə Nəcəfovanın şagirdlərə aşıladığı ana dili sevgisi xüsusilə diqqəti cəlb etdi. Tədbirə gələn qonaqlar 8A sinfinin gözəl, qəlboxşayan çıxışlarını yüksək qiymətləndirdilər, onların ana dilinə olan ehtiram və məhəbbətlərini qürur hissi ilə alqışladılar.
Qeyd edildi ki, tarixin əmanəti və milli varlığımızın əsası olan ana dilini qoruyub gələcək nəslə yetirmək birgə missiyamızdır.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!