Amerikalı alimlər uzaq məsafədə yağış yağdırmağa imkan verən texnologiya təklif edirlər
Arizona Universiteti (ABŞ) alimləri hava şəraitinə müdaxilə etməyə - yağış yağdırmağa, ildırım çaxdırmağa qadir lazer texnologiyası üzərində işləyirlər. Əslində, bu ideya yeni deyil, analoji elmi-nəzəri və praktik texnoloji avadanlıqlar bu vaxta qədər də yaradılıb. Amma heç biri geniş, uzaq məsafəli təsir gücünə malik olmayıb. Bu da lazer şüalarının atmosfer şəraitində dağılması ilə bağlıdır.
Amerikalı alimlərin təklif etdikləri texnologiya isə nəzəri olaraq istənilən uzaqlıqda atmosfer dəyişikliyi törətməyə imkan verəcək qəbildəndir. Lazerin atmosferdə dağılması problemi ilk baxışda sadə görünən metodla həll olunub: Əsas təsirə malik güclü lazer şüası daha az intensivlikdə digər lazer şüasına “bürüdülüb”. Beləcə, ikinci – qoruyucu lazer topası əsas güclü lazer axınının atmosferdə səpələnərək enerjisini itirməsinin qarşısını alır. Bu texnologiya sayəsində on kilometrlərlə məsafədə yağış yağdırmaq və ya ildırım çaxdırmaq mümkündür.
Hələlik layihə laboratoriya hüdudları daxilində yoxlanılır. İlk mərhələdə təklif olunan üsulla lazer şüası 2,5 metr məsafəyə ötürülüb. Növbəti etaplarda məsafəni əvvəlcə 50, daha sonra isə bir neçə yüz metrə çatdırmaq niyyətində olan alimlərin fikrincə, təklif edilən texnologiya vasitəsilə böyük miqdarda istənilən elektromaqnit şüalanmasını uzaq məsafəyə ötürmək olar.
Arizonalı tədqiqatçıların bu layihəsinin maliyyələşdirilməsini Pentaqon (ABŞ Müdafiə Nazirliyi) öz üzərinə götürüb və işlərin davam etdirilməsi üçün 7,5 milyon dolar vəsait ayırıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!