AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda Fransa və Türkiyə alimləri ilə birgə tədqiqatlar aparılacaq
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (AMEA GEİ) direktoru, aqrar elmləri doktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Fransanın Aqrar Tədqiqatlar Mərkəzinin (İNRA) və Türkiyənin İnönü Universitetinin alimləri ilə görüşüb.
AMEA Genetik Ehtiyatlar İnstitutundan AzərTAc-a bildiriblər ki, görüşün məqsədi çəyirdəkli meyvə bitkilərinin genetik ehtiyatlarının öyrənilməsi, xəstəliklərə davamlı genotiplərin aşkar edilməsi, ekspedisiya və təlim kurslarının keçirilməsi olub.
Görüşdə üç qurum arasında biotexnologiya və genomika sahələri üzrə yeni əməkdaşlığın qurulması və gələcəkdə digər beynəlxalq layihələrdə birgə iştirak müzakirə edilib.
Fransalı alim Sylvie Dallot “Bitkilərdə yayılan şarka xəstəliyinin epidemiyası və virusların genetik müxtəlifliyi” mövzusunda keçirilən seminarda çıxış edib.
Avropa Komissiyasının Mariya Küri Tədqiqatçı Mübadiləsi Proqramının “Avropa, Mərkəzi Asiya və Qafqazda çəyirdəkli meyvə bitkilərinin genetik müxtəlifliyi” layihəsi çərçivəsində ölkəmizə gəlmiş qonaqlar avqustun 15-dək Genetik Ehtiyatlar İnstitutunun alimləri ilə birgə tədqiqatlar aparacaq və seminarlarda çıxış edəcəklər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!