27 Avqust 2019 00:53
1448
DÜNYA
A- A+
Amazon meşələrinə od qoydular

Amazon meşələrinə od qoydular


Planetin ağciyəri yanır


Yay mövsümü dünyanın müxtəlif regionlarında meşə yanğınlarının baş verməsi ilə seçilir. Xüsusilə ABŞ-ın Kaliforniya ştatında, Kanadada, Sibirdə təbii fəlakətlər diqqəti cəlb edir. Meşə yanğınlarının daha çox tüğyan etdiyi yer isə Amazon meşələridir. Bu regionda bitki örtüyünün, flora və fauna aləminin məhv olması daha çox narahatlıq doğurur, çünki Braziliya və onunla həmsərhəd ölkələrin ərazisində yerləşən bu meşələr bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edir.

Sahəsi 5 milyon kvadratkilometrdən çox olan Amazon meşələri dünyada tropik meşələrin sahəsinin yarısını təşkil edir. Amazon Yer kürəsi sakinlərinin tənəffüs etdiyi oksigenin 20 faizini verir və buna görə də onu planetin ağciyəri adlandırırlar. Dünyada şirin suyun 20 faizi, planetin bütün flora və faunasının 10 faizi buradadır. Üstəlik, Amazon meşələri dünya miqyasında karbon qazı tullantılarının 25 faizini udur.

Amazon meşələri böyük biololoji müxtəlifliyi ilə fərqlənir. Burada 40 min növ bitki, o cümlədən 16 min növ ağac, 3 min növ balıq, 2 min növ quş, 1000 növdən çox məməli, ikihəyatlı (suda-quruda yaşayan) və sürünən heyvan, 130 min növ onurğasız heyvan yaşayır.

Bir aya yaxındır ki, Amazon meşələri od tutub yanır. Üç ölkənin ərazisində - Braziliya, Boliviya və Paraqvayda meşə yanğınları davam edir. Ekoloji fəlakət görünməmiş miqyas alıb. Yerli hakimiyyət orqanlarının verdiyi məlumatlara görə, Amazon meşələrində yanğın ocaqlarının sayı 150 mini keçib. Braziliya Milli Kosmik Tədqiqatlar İnstutunun verdiyi məlumata görə, bu yay ölkədə 85 min yanğın ocağı qeydə alınmışdır ki, bu da ötənilki göstəricidən təxminən iki dəfə çoxdur. İnstitut qeyd etmişdir ki, ilin əvvəlindən bəri 1,8 milyon hektardan çox meşə yanmışdır.

Meşə yanğınlarının mütləq əksəriyyəti Braziliya ərazisindədir. Ona görə də ekoloji fəlakətin qarşısını almaq məsuliyyətini ilk növbədə bu ölkənin hakimiyyət orqanları daşıyır. Ekoloqlar qəti fikirdədirlər ki, meşə yanğınlarının səbəbi adamların təsadüfən ocaq qalaması, siqaret kötüyü atması, isti hava, yaxud elektrik xətlərinin açılması deyil, Braziliya iqtidarının yürütdüyü siyasətdir. Ölkənin hazırkı Prezidenti Jair Bolsonaru hakimiyyətə gələn kimi Amazon meşələrinin iqtisadi baxımdan mənimsənilməsi prosesi başladı. Dövlət başçısının sərəncamı ilə meşələrdə ağaclar kəsilir, yollar çəkilir, faydalı qazıntılar kəşf edilib hasil olunur. Bir tərəfdən iri şirkətlər, digər tərəfdən də yerli hakimiyyət orqanları soya əkinlərinin sahəsini genişlətmək üçün meşələri qırır. Başqa sözlə, kənd təsərrüfatı işləri görmək, eləcə də mal-qaraya otlaqlar yaratmaq üçün meşə ərazisi "təmizlənir”.

Nə qədər qəribə olsa da, Prezident Bolsonaru hesab edir ki, Amazon bölgəsinin inkişafı istiqamətində gördüyü tədbirlərə müxtəlif qeyri-hökumət təşkilatları, bəzi dövlətlər maneçilik törədir. Dövlət başçısı meşələrin od tutub yanmasında məhz onları ittiham edir. Bolsonarunun fikrincə, Braziliyanın xarici düşmənləri və dövlət başçısının siyasi rəqibləri onu dünya ictimaiyyəti qarşısında biabır etmək istəyirlər. Meşə yanğınları geniş vüsət aldıqdan sonra ekoloji təşkilatlar Prezidentə xatırlatmışdır ki, yanmış Amazon meşələrini bərpa etmək üçün 10 milyon il vaxt tələb olunur. Amma dövlət başçısı tövrünü pozmadan demişdir: "Siz illəri saymayın, bu rayonun inkişafı ilə Braziliyada iqtisadi artımı hesablayın”.

Yalnız Amazon meşələrində yanğınlar genişlənib hadisə yerindən 2700 kilometr uzaqlıqda yerləşən 25 milyonluq San-Paulu şəhərini tüstüyə bürüdükdən sonra Braziliya ictimaiyyətinin təzyiqi ilə dövlət rəhbərliyi hərəkətə keçməyə məcbur oldu. Bolsonaru əvvəlcə şikayətləndi ki, ekoloji fəlakətin qarşısını almaq üçün ölkənin kifayət qədər ehtiyatları yoxdur. Bununla belə, dövlət başçısı yağınların söndürülməsi işinə ordu bölmələrini cəlb etmək qərarına gəldi.

Amazon meşələrində yaranmış ekoloji vəziyyətə dünya dövlətləri də etinasız qalmamışdır. Meşə yanğınlarını söndürmək üçün planetin müxtəlif guşələrində Braziliyaya yardım göstərməyə hazır olanların sayı artır. Məsələ dünən Fransada işini başa çatdırmış G7 sammitində də müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Amazonda meşə yanğınları problemi beynəlxalq əhəmiyyət kəsb edir, çünki söhbət bioloji müxtəliflikdən, oksigendən və qlobal istiləşmə ilə mübarizədən gedir. Planlaşdırıldığına görə, fəlakətlə mübarizə aparmaq üçün beynəlxalq səfərbərlik mexanizmi işə salınacaq.

Bütün bunlara baxmayaraq, Amazon meşələrində yanğınlar davam edir, alov yeni-yeni sahələri udur, şəhərlər bir-birinin ardınca tüstü udmaq məcburiyyətində qalır. Yanğınlar Venesuela, Argentina, Boliviya, Peru və Kolumbiya ərazilərinə də yayılır. Artıq davam edən ekoloji fəlakətin ilk acı nəticələri özünü göstərir. Əldə olan məlumata görə, meşə yanğınlarının güclənməsi Yer atmosferində karbon qazının həcminin xeyli artmasına gətirib çıxarmışdır. Bu qaz havanın ən güclü çirkləndiricisidir. O, böyük məsafələrə yayıla və havada bir ay qala bilir. Güclü küləklər karbon qazını yer üzünə yaxınlaşdıra bilər ki, bu da havanın keyfiyyətinə təsir göstərər.

Bəşəriyyət həyəcan içindədir. Meşə yanğınları heyvan və quşları, bitkiləri məhv edir. Di Kaprio, Madonna, Ronaldu kimi tanınmış adamlar vəziyyətdən narahatlıqlarını ifadə edir, dünya dövlətlərini və beynəlxalq təşkilatları yanan Amazon meşələrini xilas etməyə çağırırlar. İndi top siyasi liderlərin meydanındadır. Sözdən işə keçməyin vaxtı çoxdan gəlib çatmışdır.

A.MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!