13 Sentyabr 2020 00:46
1738
Mədəniyyət
A- A+
Altmış yaşlı “Koroğlu”

Altmış yaşlı “Koroğlu”


Xalq öz qəhrəmanlarına bütün dövrlərdə sevgi və həssaslıqla yanaşıb. Onları öyüb, vəsf edib, necə deyərlər, tərifini göylərə qaldırıb. Qəhrəmanların şəninə nağıllar, əfsanələr, dastanlar belə yaranıb. Zaman keçdikcə illər, qərinələr, əsrlər bir-birini əvəz edib. Dahiyanə kəşflər, böyük texniki tərəqqi köhnə dünyaya yeni-yeni qaydalar gətirib, onun hüsnünü bəzəməklə yanaşı, insanların həyat tərzini, düşüncəsini dəyişib. Ancaq nə zamanın, nə də yeniliklərin dəyişə bilmədikləri də az olmayıb. Bunlardan biri də xalqın öz qəhrəmanlarına münasibətidir.

Ədəbi-bədii nümunələrdə vəsf edilən igidlər vaxt geçdikcə həm də rəsm əsərlərində əbədiyyət qazanıblar. Kino kəşf edilib. Bundan sonra xalqın şücaətli övladları həm də ekran qəhrəmanları olublar.


Azərbaycanın ilk rəngli, tammetrajlı, genişekranlı bədii filmi


"Koroğlu” filmi də əfsanəvi qəhrəman Koroğlu haqqında eyniadlı məşhur xalq dastanının ekran variantıdır. Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizədən bəhs edən film 1960-cı ildə ekranlara çıxıb. Filmin ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissoru Hüseyn Seyidzadə, operatorları Vladimir Meybom, Fyodor Dobronravov, rejissoru Məmməd Əlilidir.

"Koroğlu”ya Cahangir Cahangirovun bəstələdiyi musiqini Filmlər İstehsal edən İdarənin Simfonik Orkestri ifa edir. Dirijor A.Roytmandır. Mahnıların mətnini Zeynal Cabbarzadə və Tələt Əyyubov yazıblar. Filmdə mahnıları Şövkət Ələkbərova və Lütfiyar İmanov ifa ediblər.

Rollarda Əfrasiyab Məmmədov (Rövşən (Koroğlu), Leyla Bədirbəyli (Nigar), Ağadadaş Qurbanov (Həsən xan), İsmayıl Dağıstanlı (Vəzir), Mərziyyə Davudova (Dayə), Əli Qurbanov (Aşıq Cünun), (Alı kişi) və başqaları çəkilibər.

İlk rəngli, tammetrajlı, genişekranlı bədii film olan "Koroğlu”nun çəkilişi Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 40-cı ildönümünə həsr edilib.


Əfsanəvi qəhrəmanın ekran həyatı


Əvvəlcə onu qeyd edək ki, belə mövzularda film çəkməyin üstün cəhətləri var. İlk növbədə ona görə ki, ekranlaşdırılan əsər tamaşaçılara məlumdur. Filmdə baş verən hadisələr, qəhrəmanlar doğmadır. Koroğlunun isə demək olar ki, bəxti ikitərəfli gətirmişdi. Həm dastan qəhrəmanı idi, həm də Üzeyir Hacıbəyli kimi dahi bəstəkar yaradıcılığının zirvəsi hesab edilən "Koroğlu” operasını bəstələmişdi. Beş pərdəli bu əsərdə Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri yaratmışdı. İlk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan və böyük rəğbətlə qarşılanan "Koroğlu” operasına maraq heç vaxt azalmadı. Bu gün də opera səhnəmizin ən baxımlı tamaşalarından biridir. "Koroğlu” filminin də geniş tamaşaçı auditoriyası qazanacağı gözlənilən idi.

Ancaq bu qədər məlum və məşhur bir mövzunu ekran əsərinə çevirməyin mürəkkəb tərəfləri də mövcud idi. Belə ki, tamaşaçıların əksəriyyətinin fikrində, xəyalında xalq qəhrəmanı Koroğlunun obrazı var. Onu ekranda dolğun şəkildə görmək niyyətindədirlər. Odur ki, "Koroğlu”nun yaradıcı heyətinin daha tələbkar tamaşaçılarla qarşılaşması başadüşülən idi. Məsələnin daha mürəkkəb tərəfi isə sovet hakimiyyətinin bütün məsələlər kimi kino sənətinə də siyasi münasibət bəsləməsi qarşıda dururdu. Sovet üsul-idarəsi xalqların milli qəhrəmanlıq dastanlarına birmənalı yanaşmayıb. "Koroğlu”, "Qaçaq Nəbi” kimi dastanların qəhrəmanları sovet düşüncəsinə görə, xanlara, bəylərə qarşı mübarizə aparıblar. Ona görə də həmin dastanların öyrənilməsi və təbliği fəhlə-kəndli hökumətinin ideologiyasına uyğun olaraq yüksək dəyərləndirilirdi. Yalnız həmin qəhrəmanların bütövlükdə hakimiyyətə, rejimə qarşı deyil, fərdlərə qarşı mübarizə aparmaları mənfi qiymətləndirilirdi.


Koroğlunu sovet dövrünün qəhrəmanına çevirmək cəhdləri...


Varlıların sərvətini əllərindən alıb yoxsullara paylayan Koroğluya münasibətlə kommunist ideyasını təlqin etməyə çalışırdılar...

Üzeyir Hacıbəylinin "Koroğlu” dastanının motivləri əsasında yazdığı operadan iyirmi üç il sonra "Koroğlu” filmi ekranlarda göründü. Kino sənətinin imkanları daha geniş olduğundan bu dəfə xalq qəhrəmanı daha çox tamaşaçı ilə "görüşdü”. Ancaq istedadlı kinorejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı film birmənalı qarşılanmadı. Mütəxəssislər belə fikir irəli sürürdülər ki, filmdə Koroğlu, onun mübarizəsi siyasi təbliğatla birləşdiyi üçün qəhrəmanlıq dastanının məğzi və məramı təhrif edilib. Kinoşünas Aydın Dadaşov yazırdı: "Hüseyn Seyidzadənin quruluş verdiyi "Koroğlu” filminin (ssenari müəllifi Sabit Rəhman, 1960) ədəbi əsasını Məmmədhüseyn Təhmasibin tərtib etdiyi dastanın ana qolu təşkil etsə də, eposun minilliklərin yaddaşından gələn mifoloji qaynaqları sosrealizmə tabe etdirilir”. Daha sonra kinoşünas göstərirdi ki, "Koroğlu” filmi dövrün tələbinə tam uyğun gəlirdi: "Bu gün həmin tələblər yoxdur, amma film qalır. Etiraf edək ki, nə qədər sevimli qəhrəman olsa da, "Koroğlu” seyrçini cəlb etməyən film kimi yaddaşa hopub. İlk baxışda bunun "günahı” baş rolun ifaçısı, aktyor Əfrasiyab Məmmədovda görünür. Həqiqətən də, aktyor ilə obraz arasında nisbi zahiri oxşarlıq var, lakin aktyor Koroğlu kimi sevimli qəhrəmanı kino qəhrəmanı kimi sevdirə bilmədi”.

Münasibət birmənalı olmasa da, bu həqiqət dəyişməzdir ki, "Koroğlu” filmi Azərbaycan milli kino sənətinin bir səhifəsidir. Ekran əsəri yaradıcı kollektivin böyük əməyinin bəhrəsidir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Azərbaycan-Türkiyə-Şimali Kipr üçtərəfli formatı əməkdaşlığın dərinləşməsinə xidmət edir  

17:53
09 Aprel

SOCAR və ITOCHU neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib  

17:43
09 Aprel

Daşkəsən, Qax və Şahdağa qar yağır- FAKTİKİ HAVA

17:36
09 Aprel

Tramp NATO ilə bağlı məyusluğunu etiraf edib

17:31
09 Aprel

Pakistanın ABŞ ilə İran arasında atəşkəsin əldə olunması istiqamətində oynadığı rol təqdir olunub  

17:27
09 Aprel

Cibuti – qeyri-sabit bölgədə sabit ölkə 

17:17
09 Aprel

BƏƏ Müdafiə Nazirliyi: Hava məkanı təhlükələrdən tam azad olunub  

17:01
09 Aprel

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib  

16:58
09 Aprel

“Kia”nın gələcək hədəfləri  

16:56
09 Aprel

Gəncə beynəlxalq diqqət mərkəzində: “WUF13 Ganja” sənədli filmi təqdim olunub  

16:47
09 Aprel

Azərbaycanın pravoslav xristian icmasına

16:43
09 Aprel

1 milyondan çox Sudan qaçqını yardımların kəsimləri ilə üzləşir 

16:39
09 Aprel

Çin 2030-cu ilə qədər Ay enişini həyata keçirməyi hədəfləyir

16:28
09 Aprel

Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

16:20
09 Aprel

Bakıda açılan satış-sərgidə əlilliyi olan şəxslərin 800-dən çox əl işi nümayiş etdirilir  

16:17
09 Aprel

İtaliya Aİ-nin büdcə qaydalarını dayandırmağı gündəmə gətirdi

16:13
09 Aprel

Nigeriyada silahlıların hücumu nəticəsində 60-dan çox insan öldürülüb

16:07
09 Aprel

MOK rəsmisi: “Los-Anceles-2028” üçün hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir

16:07
09 Aprel

Tramp NATO-nu xəyanətdə ittiham edir

16:05
09 Aprel

Azərbaycan-Türkiyə hüquq-mühafizə əməkdaşlığı daha da güclənir

16:03
09 Aprel

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı son məlumatları açıqlayıb  

15:57
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!