18 İyun 2026 22:07
166
İQTİSADİYYAT
A- A+
Maliyyə naziri Sahil Babayev Rumıniya nümayəndə heyəti ilə tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Maliyyə naziri Sahil Babayev Rumıniya nümayəndə heyəti ilə tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib


İyunun 18-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Lazurkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, regional əməkdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazir Sahil Babayev iki ölkə arasında münasibətlərin strateji əməkdaşlıq, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslandığını bildirərək, Rumıniyanın Azərbaycanın Avropa İttifaqındakı ən yaxın tərəfdaşlarından biri olduğunu qeyd edib. Nazir, həmçinin Rumıniyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib.

Enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunan nazir Rumıniyanın Azərbaycan təbii qazını idxal edən ölkələr sırasında yer aldığını qeyd edərək, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanın etibarlı tərəfdaş kimi mühüm rol oynadığını bildirib. Xüsusilə, Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin strateji əhəmiyyəti vurğulanaraq, onun uzunmüddətli enerji əməkdaşlığının gücləndirilməsinə və yaşıl keçid hədəflərinin dəstəklənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Eyni zamanda, S.Babayev ölkəmizdə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlar barədə məlumat verib, fiskal idarəetmə, dövlət maliyyə sisteminin təkmilləşdirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, eləcə də Avropa İttifaqının qabaqcıl islahat təcrübələrinin öyrənilməsi istiqamətində Rumıniya ilə ekspertlər səviyyəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri də diqqət mərkəzində olub. Mina təhlükəsinin postmünaqişə dövrünün əsas humanitar çağırışlarından biri olduğu qeyd olunaraq, humanitar minatəmizləmə fəaliyyətinin təhlükəsiz qayıdışın təmin olunması, iqtisadi dirçəliş və regional bağlantı layihələrinin icrası baxımından həlledici əhəmiyyət daşıdığı vurğulanıb.

Öz növbəsində, Marius Lazurka Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib, siyasi dialoqun dərinləşdirilməsinin, iqtisadi əməkdaşlığın genişləndirilməsinin və regional bağlantıların inkişaf etdirilməsinin vacibliyini söyləyib. O, Xəzər və Qara dəniz regionları arasında əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin rolunu və Orta Dəhlizin Asiya ilə Avropa arasında etibarlı nəqliyyat marşrutu kimi əhəmiyyətini yüksək qiymətləndirib.

Görüş zamanı, həmçinin logistika, infrastruktur, rəqəmsal texnologiyalar, istehsal və bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: ABŞ sülhə sadiqdir

23:10
18 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

23:07
18 İyun

Nigerdə hava limanına hücum nəticəsində 13 təhlükəsizlik əməkdaşı ölüb

23:06
18 İyun

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub  

22:57
18 İyun

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir  

22:51
18 İyun

Ceyhun Bayramovla Məhəmməd İshaq Dar arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb  

22:43
18 İyun

Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

22:36
18 İyun

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

22:31
18 İyun

Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında strateji dialoq aparılıb

22:27
18 İyun

Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti müzakirə edilib

22:12
18 İyun

Maliyyə naziri Sahil Babayev Rumıniya nümayəndə heyəti ilə tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

22:07
18 İyun

BƏƏ Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biridir

22:01
18 İyun

Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub

21:56
18 İyun

Vətəndaşların su obyektlərindən sərbəst istifadəsi ilə bağlı açıqlama verilib

21:39
18 İyun

ADY ilə AİİB arasında nəqliyyat infrastrukturunun inkişafı müzakirə olunub  

21:26
18 İyun

“Google” yeni ağıllı ev cihazını təqdim edib

21:19
18 İyun

Azərbaycanda əhali sayı 10,27 milyonu ötüb

21:13
18 İyun

G7 liderləri Kanadanı əsas enerji tədarükçüsü kimi dəstəkləyir

21:06
18 İyun

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

20:55
18 İyun

"WhatsApp" növbəti funksiyasını təqdim edəcək  

20:55
18 İyun

ADY Bakı–Böyük Kəsik xəttində enerji sistemini yeniləyib

20:51
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!