19 Fevral 2012 01:02
934
Oxucu məktubları
A- A+
Alp dağlarının arıları Gədəbəydə

Alp dağlarının arıları Gədəbəydə

 

Ölkəmizin əksər bölgələrində arıçılığın tarixi əsrlərlə ölçülür. Gədəbəydə də arıçılığın izləri barədə tarixi mənbələrdə, müxtəlif qaynaqlarda kifayət qədər məlumat var. Arısu, Arıqıran kənd adları, Arıtala, Arıxana, Arıdaşı və başqa bu tipli toponimlər burada arıçılığın ənənəvi sahə olduğundan xəbər verir. Ötən əsrdə isə bu rayonda hətta arıçılıq sovxozu da yaradılmışdı.

2008-ci ildə Gədəbəydə "Azərbaycan İnternəşnl Moyninq Compani Limited" şirkətinin açılış  mərasimində iştirak edən Prezident cənab İlham Əliyev arıçılığın bölgədə inkişafına dəstək veriləcəyini bildirdi. Mütəxəssislər, təcrübəli arıçılar bu işə cəlb olundu və kənd əhalisinin bu sahəyə marağının artması arıçılığın inkişafına yenidən təkan verdi. Respublikada ilk dəfə 2010-cu ildə Gədəbəydə arıçılıq məktəbi yaradıldı. Dərs vəsaitləri, avadanlıqlar, alətlər və dərs otaqları müdavimlərin ixtiyarına pulsuz verilmişdir. 2010-2011-ci illərdə 60-a yaxın müdavim imtahan verərək Gədəbəy Arıçılıq Məktəbini bitirmişdir.

Balakən və Şəki rayonlarının nümunəvi arıçılıq təsərrüfatlarının təcrübələri də arıçılarımız tərəfindən öyrənilir, əməli işdə tətbiq edilir. Balakən rayonunun Katex kəndində Həsən Dəlləyevin arıçılıq təsərrüfatında ana arının süni yolla alınması təcrübəsi öyrənilmişdir. Məhsuldarlığına görə dünyada birinci növ hesab olunan Karnika arı cinsləri müdavim-arıçılara paylanmışdır. Bu arıların vətəni Avstriyadır. Həmin arılar respublikamızda yalnız adını çəkdiyimiz təsərrüfatda yetişdirilir. Mütəxəssis araşdırmalarına görə, Avstriyanın Alp dağlarında yetişdirilən bu arı cinsləri Gədəbəyin təbii iqliminə tez uyğunlaşır. Arıçılığın inkişaf etdirilməsi üçün 20 ay müddətinə faizsiz kreditlər götürülməsi təmin olunmuşdur. Eyni zamanda Gədəbəy Rayon İcra Hakimiyyəti arıçılıq məktəblərinin yaradılması prosesində yaxından iştirak etmiş, məsləhət və tövsiyələrini əsirgəməmişdir.

Carı ildə arıçılıq məktəbinin məqsədi  yüksək məhsuldar Karnika cinsi olan arılar alınmasını davam etdirməklə bərabər, məhsuldarlığı ilə seçilən yerli Qabaqtəpə arı cinsinin eksperimental əsaslarla bərpa edilərək artırılıb çoxaldılmasına nail olmaq, rayonda arıçılığın inkişafına böyük təkan verməkdir.  

 

Rafiq NAĞIYEV,

Gədəbəy

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!