Alkoqol xərçəng riskini yüksəldir
ABŞ-da fəaliyyət göstərən Klinik Onkologiya Cəmiyyəti - ASCO alkoqolun xərçəng riskini artırdığını bəyan edib. Bəyanat bir neçə gün öncə “Kliniki onkologiya” jurnalında dərc olunub.
1964-cü ildən fəaliyyət göstərən ASCO onkologiya üzrə ixtisaslaşmış həkim və mütəxəssislərin aparıcı peşəkar təşkilatıdır. Beynəlxalq nüfuzu böyükdür. Cəmiyyətə 150 ölkədən 40 mindən çox mütəxəssis daxildir. Təşkilat onkologiya sahəsində akademik araşdırma və tədqiqatlar, sosial layihələr həyata keçirir. Bu işlə məşğul olan kənar qrupları da maliyyələşdirir. Son bəyanat da akademik araşdırma nəticəsində formalaşıb.
Onkoloqların tədqiqatı və müşahidələri əsasında bəlli olub ki, alkoqollu içkilər - hətta ən zəifləri, az miqdarda belə, xərçəngin yaranmasına və inkişafına təkan verən əsas amillərdəndir. Mütəxəssislər xərçənglə alkoqolun birbaşa əlaqəli olduğu qənaətinə gəldiklərini söyləyirlər. Onlar bunu sübut edən dəlillər əldə etdiklərini bildiriblər. Bur sıra yeni peyda olmuş xərçəng növlərinin yaranmasının da alkoqolla birbaşa əlaqəli olduğunu mütəxəssislər təsbit ediblər. Üstəlik aydınlaşıb ki, siqaret çəkən şəxslər risk qrupuna daxil olsalar da, onların alkoqol qəbul etmələri xərçəngin yaranma ehtimalını qat-qat yüksəldir.
Gün ərzində cəmi 13 qram spirt qəbul edən şəxslərdə xərçəng riski 17 faizə qədər artır. 100 qram isə qaraciyərin sirrozu ehtimalını 2, qida borusunun xərçəngi riskini 5 dəfə artırır. Hətta pivə çox içildikdə bağırsaq xərçəngi yaradır.
Ümumiyyətlə, cüzi miqdarda belə spirtli içki qəbul edən insanlarda bir neçə onkologiya növünün, o cümlədən döş, boğaz, qida borusu, qaraciyər xərçənginin yaranmasının əsas səbəblərindən birinin alkoqol olduğu dəqiqləşdirilib.
Mütəxəssislər bir maraqlı faktı da akademik araşdırma yolu ilə aşkar ediblər: məlum olub ki, alkoqoldan imtina xərçəng riskini qısa müddətdə normal səviyyəyə endirir.
Cəmiyyətin bəyanatında akademik elmi tədqiqatların, o cümlədən sosial sorğuların nəticələri yer alıb. Sorğu nəticələri də ürəkaçan deyil: dünya üzrə insanların böyük əksəriyyəti alkoqollu içkilərin xərçəng ehtimalını əhəmiyyətli dərəcədə artırdığından xəbərsizdir. Halbuki alkoqolun belə bir təsirə malik olduğu 2010-cu ildən bəri müxtəlif elmi-tədqiqat araşdırmaları zamanı üzə çıxarılıb və bu haqda dünya ictimaiyyətinə məlumat verilib.
Elxan QƏNBƏRLİ,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!