30 Mart 2024 09:38
247
DÜNYA
A- A+

Alimlər gün ərzində sağlamlıq üçün atılan addımların sayını müəyyən ediblər

 

Alimlər gün ərzində daha çox oturaq həyat tərzi keçirənlərin sağlamlığı üçün lazım olan addımların sayını müəyyən ediblər.

AZƏRTAC xəbər verir ki, tədqiqatçılar İngiltərədə yerləşən biobankda qeydiyyatda olan 72 min 174 nəfərin məlumatlarını araşdırıb. Onlar oturaq həyat tərzinin səbəb ola biləcəyi xərçəng, diabet və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün atılması lazım olan addımların sayını hesablayıblar.

“British Journal of Sports Medicine” elmi jurnalında dərc edilən araşdırmada günün ən az 10,6 saatını oturaraq keçirənlərin bu həyat tərzindən çox istifadə etdikləri ifadə olunub. Tədqiqatçılar bunu tarazlaşdırmaq üçün optimal addımların sayının 9 min ilə 10 min arasında olduğunu müəyyənləşdiriblər. Araşdırma zamanı bu sayda addımı atan insanlarda ürək-damar xəstəlikləri riskinin 21 faiz, vaxtından əvvəl ölüm riskinin isə 39 faiz azaldığı müşahidə edilib. Oturaq vəziyyətdə keçirilən vaxtdan asılı olmayaraq, idmandan qazanılan müsbət nəticələrlə bunun öhdəsindən gəlmək mümkündür.

Avstraliyanın Sidney Universitetinin üzvü akademik Metyu Əhmədi gündəlik addım sayının 2200 olduğuna diqqət çəkib. Bildirib ki, bundan yuxarı hər hansı bir göstərici vaxtından əvvəl ölüm riskini, eləcə də ürək-damar xəstəliklərini azaldacaq. Bundan başqa, akademik bunun az idmanla belə sağlam qala bilmək anlamına gəlmədiyini vurğulayıb: “Burada xalq sağlamlığı ilə bağlı mühüm mesaj var. Hərəkətin bütün formaları vacibdir və insanlar gündəlik addım sayını artıraraq mütləq oturaq vəziyyətdə keçirdikləri vaxtı balanslaşdırmağa çalışmalıdırlar”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video