11 İyun 2025 17:01
503
CƏMİYYƏT
A- A+
Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilib  

Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilib  


İyunun 10-da Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclası təşkil olunub.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Ali Məhkəmənin kollegiya sədrləri, hakimlər, Elmi-məsləhət şurasının üzvləri, habelə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova, Audiovizual Şuranın şöbə müdiri Nemət Cavadov, hüquqşünaslar - Arif Eyyubov və Röyal Məhərrəmov iştirak ediblər.

İclasda “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi” mövzusu üzrə müzakirələr təşkil olunub.

İclasa sədrlik edən Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, müzakirənin məqsədi məhkəmələr tərəfindən işlərə baxılarkən mənəvi zərərin ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması üçün aidiyyəti hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsidir.

Qeyd olunub ki, Ali Məhkəmə tərəfindən şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi ilə bağlı geniş məzmunlu Plenum qərarı layihəsi hazırlanıb. Xüsusilə şəxsi həyatın toxunulmazlığı, ailə sirri kimi tez-tez pozulan hüquqların müdafiəsi məsələləri yeni qərar layihəsində əksini tapıb. Diqqətə çatdırılıb ki, xüsusilə media subyektlərində bu kimi qorunan münasibətlərə müdaxilə hallarına tez-tez rast gəlindiyindən Ali Məhkəmə tərəfindən müvafiq izahların verilməsi zəruri hesab edilir.

Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva çıxışında işgüzar nüfuzun müdafiəsi ilə bağlı kommersiya mübahisələrində məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə hazırlanan yeni Plenum qərarının layihəsində müvafiq izahların nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Plenumun qərar layihəsi hazırlanarkən mövcud məhkəmə təcrübəsi, o cümlədən dünya ölkələrinin qabaqcıl məhkəmə təcrübəsinin geniş təhlilləri aparılıb.

Daha sonra mövzu üzrə müzakirəyə təqdim edilən “Qanunla qorunan qeyri-maddi nemətlərlə yanaşı, qanunla qorunmayan qeyri-maddi nemətlərin də məhkəmə müdafiəsinin, habelə onlara müdaxilə halında mənəvi zərərin ödənilməsinin mümkünlüyü”, “Mənəvi zərərin əvəzinin ödənilməsində hüquqi varislik”, "Mənəvi zərərin ödənilməsi tələblərində prezumpsiya və sübutetmə", “Qanuni və faktiki prezumpsiyanın xüsusiyyətləri”, “İşgüzar nüfuza vurulmuş zərərin ödənilməsini istisna edən qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar və ya ifadələrin xüsusiyyətləri” və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Sonda Ali Məhkəməyə təqdim olunmuş mülahizələrdə və iclasın gedişində şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsindən irəli gələn mübahisələr üzrə hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə dair fikirlərin və təkliflərin vahid hüquq tətbiqetmə təcrübəsinin formalaşdırılması baxımından faydalı olduğu, gələcək fəaliyyətdə nəzərə alınacağı qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!