05 Noyabr 2020 01:13
816
SİYASƏT
A- A+
Ali Baş Komandan İlham Əliyev qələbəmizin müəllifidir

Ali Baş Komandan İlham Əliyev qələbəmizin müəllifidir


Vətən müharibəsinin gedişatı göstərir ki, Azərbaycan ən qısa müddətdə Ermənistan üzərində qələbə qazanacaq. Tezliklə torpaqlarımız işğaldan azad ediləcək, ərazi bütövlüyümüz təmin olunacaq. Azərbaycan bayrağı Qarabağın hər yerində dalğalanacaq, tarixi ədalət bərpa ediləcək.

Bu günlərdə dünya erməniliyi yenidən Azərbaycana qarşı informasiya müharibəsinə başlayıb. Hər addımda ölkəmizə qara yaxmağa çalışırlar. Lakin Prezident İlham Əliyev bu informasiya müharibəsində də düşməni darmadağın edir. İndiyədək dövlətimizin başçısı dünyanın tanınmış KİV-inə verdiyi müsahibələrdə düşmənin saxta təbliğatına böyük zərbə vurub.

Ən əsası isə odur ki, bu müsahibələr bir daha Azərbaycan Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fitri istedadını, uzaqgörən müdrik siyasətini bütün dünyaya nümayiş etdirdi. İlham Əliyev dərin zəkası, zəngin intellektual səviyyəsi və yüksək mədəniyyəti ilə, dünyanın aparıcı telekanallarına, xüsusilə də əvvəlcədən öyrədilib göndərilmiş qərəzli müxbirlərə böyük səbir və təmkinlə verdiyi cavabları ilə əsl liderliyin nümunəsini ortaya qoydu.

Zəngin, siyasi bilik tələb edən sərrast hazırcavablığı ilə dünyanın diqqətini özünə cəlb edən cənab İlham Əliyev işğalçı Ermənistanın davamlı hərbi təcavüzünə məruz qalan Azərbaycanın öz torpaqlarında beynəlxalq hüququn normalarını təmin etdiyini dünyaya göstərdi. BMT TŞ-nin 30 ildir icra edə bilmədiyi məlum 4 qətnaməsinin tələblərini yerinə yetirdiyini və bu haqlı mübarizədə müharibə qaydalarını pozmadığını, ermənilərdən fərqli olaraq dinc əhaliyə təhlükə yaratmadığını bildirərək, işğalçı Ermənistanı faktlarla dünya ictimaiyyətinin gözü qarşısında ifşa etdi.

Sosializm sisteminin süqutuna səbəb olan kapitalizmin baş ideoloqu, yeni dünya nizamının əsasnaməsi sayılan məşhur "Texnotron era” adlı kitabın müəllifi, siyasi və dövlət xadimi Zbiqnev Bjezinski Ulu Öndər Heydər Əliyev haqqında bəhs edərkən demişdir: "Heydər Əliyevin ölümü ilə dünya siyasətində bir boşluq yarandı!” Ancaq dünyada gedən ictimai-siyasi proseslər onu göstərir ki, əgər o, sağ olsaydı, yəqin deyərdi ki, cənab İlham Əliyevin simasında o boşluq artıq dolmuşdur...

Dağlıq Qarabağ ətrafında cərəyan edən bütün hadisələri əvvəldən-axıra qədər bizdən də çox izləyən və həqiqətləri beynəlxalq ictimaiyyətdən gizlədən, erməni feyklərinin yayılmasına dəstək verən, açıq şəkildə onları müdafiə edərək ədalətsiz qərarlar qəbul edən ermənipərəst siyasi mərkəzlərin hücumlarına sinə gərmək asan məsələ deyil. Ancaq İlham Əliyev onların Dağlıq Qarabağ həqiqətləri ətrafında yaratdıqları 30 illik informasiya blokadasını darmadağın etdi. Əsrlərdir ki, ermənilərin özləri haqqında dünyada yaratdıqları mifi darmadağın etmək və onları heç vaxt olmadığı kimi beynəlxalq ictimaiyyətin gözündən salmaq, doğrudan da, iti zəka, fitri istedad, müdrik zəngin siyasi bilik və hünər tələb edir. İlham Əliyev bunu böyük ustalıqla, yüksək peşəkarlıqla bacardı və reallıqları dünyaya çatdırdı.

Qədirbilən müdrik Azərbaycan xalqı bu günlərdə öz liderini bir daha yaxından tanıdı. Bütün Azərbaycan xalqı bir yumruq kimi rəhbərinin ətrafında birləşdi. Azərbaycan tarixində misli-bərabəri görünməyən, müharibədə qələbəmizə zəmanət verən və heç vaxt sarsılmayacaq bugünkü möhtəşəm ümumxalq birliyi yarandı! Vətənini və xalqını sevən bütün Azərbaycan xalqı bir nəfər kimi cənab İlham Əliyevin, el dili ilə desək, başına and içir. Bu, hamımızı qələbəmiz qədər sevindirir.

Unutmamalıyıq ki, cənab İlham Əliyev ən azı beş cəbhədə vuruşur. Birinci - döyüş cəbhəsində, ikinci - informasiya cəbhəsində, üçüncü - siyasət meydanında, dördüncü - "beşinci kalon”un tör-töküntüləri ilə, beşinci - dost kimi görünən düşmən qüvvələrlə... İlham Əliyev bu cəbhələrin hamısında həmişə qalibdir. Çünki Azərbaycan Prezidenti haqqın, ədalətin, sülhün, humanizmin tərənnümçüsüdür.

Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun Prezidenti Ulu Öndər Heydər Əliyev siyasi kursunu davam etdirən, vətəni və xalqını canından, qanından və bütün varlığından artıq sevən cənab İlham Əliyevdir. Zahirən kiçik görünən və daxilən həddən artıq ağır olan bu müharibədə qələbəmizin müəllifi də möhtərəm Prezidentimizdir. Onu göz bəbəyi kimi qorumağa borcluyuq!

Yaşasın müdrik Azərbaycan xalqı! Yaşasın əvəzedilməz Ali Baş Komandan cənab İlham Əliyev! Yaşasın şanlı Azərbaycan Ordusu! Yaşasın bir millət, iki dövlət - Azərbaycan-Türkiyə! Qoy ədalət zəfər çalsın! Qarabağ Azərbaycandır!

Həsən ŞİRİNOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!