13 Dekabr 2018 17:51
1405
Elm və texnika
A- A+
Akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir

Akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir


AMEA-da görkəmli alimin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir


Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan "Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan, ABŞ, İsveç, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrin tanınmış alimləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda akademik Azad Mirzəcanzadənin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Beynəlxalq konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq, Prezident İlham Əliyevin "Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında” 2018-ci il 6 iyul tarixli Sərəncamının əhəmiyyətindən danışıb, bu sənədi elmimizdə xüsusi xidməti olan alimin əməyinə verilən yüksək qiymət və qayğının təzahürü kimi dəyərləndirib.

"Akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir” – deyən alim neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlərin onun tərəfindən əhatəli şəkildə araşdırıldığını qeyd edib. AMEA-nın prezidenti görkəmli alimin neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırdığını, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft və qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodlarının hazırlanıb tətbiq edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, A.Mirzəcanzadənin rəhbərliyi ilə 250-dən çox fəlsəfə doktoru, 100-dən artıq elmlər doktoru hazırlanıb.

A.Mirzəcanzadənin həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak etdiyini deyən A.Əlizadə bildirib ki, o, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməyib. A.Mirzəcanzadə uğurlu elmi fəaliyyətinə görə müxtəlif illərdə bir çox fəxri mükafatlara, medallara, həmçinin Azərbaycan Respublikasının "İstiqlal” və "Şöhrət” ordenlərinə layiq görülüb.

Görkəmli alimin elmi kadrların və yüksəkixtisaslı neftçi mütəxəssislərin hazırlanmasında əvəzsiz rolundan bəhs edən A.Əlizadə onun elmi məktəbinin davamçılarının nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərə və istehsalat müəssisələrinə rəhbərlik etdiyini söyləyib.

AMEA-nın rəhbəri Azərbaycan elmində müstəsna xidmətləri olan A.Mirzəcanzadənin xatirəsinin daim yaddaşlarda yaşayacağını vurğulayıb.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva dünya şöhrətli alim A.Mirzəcanzadənin həyat yolu, neft elminin inkişafına verdiyi töhfələrdən söhbət açıb. Bildirilib ki, A.Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakıda anadan olub, 15 yaşında orta məktəbi bitirib. O, 23 yaşında namizədlik, 29 yaşında doktorluq dissertasiyalarını müdafiə edib, 34 yaşında Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü seçilib.

Nazir müavini son dərəcə geniş maraq dairəsi olan A.Mirzəcanzadənin pedaqoji fəaliyyətlə məşğul olduğunu, onun yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərdiyini və ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etdiyini vurğulayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə cari ilin sentyabr ayında SOCAR-da A.Mirzəcanzadənin 90 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb.

A.Mirzəcanzadə ilə tanışlığının 1950-ci illərin əvvəllərinə təsadüf etdiyini deyən X.Yusifzadə görkəmli alimin neft-mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərin yaradıcısı olduğunu, onun fundamental elmi görüşlərinin ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazandığını söyləyib. Bildirilib ki, elmlə istehsalatın vəhdətini yaratmağa nail olmuş A.Mirzəcanzadənin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə edir. Alimin Azərbaycanda və dünyada neft elminin inkişaf etdirilməsində misilsiz xidmətləri olub, onun elmi irsi zəngin kəşflər və ixtiralar xəzinəsidir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı fəaliyyətinin böyük hissəsini ADNSU ilə bağlamış akademik Azad Mirzəcanzadənin hər zaman gənc və perspektivli mütəxəssislərin axtarışında olduğunu xatırladıb. Alimin adının ölkə hüdudlarından kənarda da yaxşı tanındığını deyən rektor qeyd edib ki, onun ideya və kitabları tədris prosesində geniş istifadə olunur. Vurğulanıb ki, A.Mirzəcanzadə Başqırdıstan, Tatarıstan, Qərbi Sibirdə neft və qaz yataqlarının işlənilmə nəzəriyyəsi və praktikası, qeyri-xətti mexanika və tətbiqi riyaziyyatda yeni istiqamətlərin inkişafına təkan verib.

M.Babanlı bu günlərdə ADNSU-da tələbələrin 67-ci elmi-texniki konfransının keçirildiyini və bu tədbirin A.Mirzəcanzadəyə həsr edildiyini bildirib. Universitetdə hər il görkəmli alimin adına təqaüdlərin təsis edilərək təhsildə və tələbə elmi cəmiyyətinin işində böyük uğurlar qazanan iki bakalavr və bir magistranta təqdim olunduğunu diqqətə çatdıran rektor, eyni zamanda, A.Mirzəcanzadənin iş otağının muzey kimi fəaliyyət göstərdiyini söyləyib.

Konfransda Rusiya Təbiət Elmlər Akademiyasının vitse-prezidenti, professor Əzizağa Şahverdiyevin "Neft yataqlarının işlənmə prosesinin optimallaşdırılması və neftçıxarmanın artırılmasının innovativ texnologiyaları”, ADNSU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatovun "Azad Mirzəcanzadə – vətəndaş, pedaqoq, alim, mütəfəkkir” mövzularında məruzələri dinlənilib.

Çıxış edən digər alimlər də A.Mirzəcanzadənin elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə, AMEA-nın müxbir üzvü Bağır Süleymanova və ADNSU-nun qaz-neft-mədən fakültəsinin dekanı, professor Qafar İsmayılova "Akademik Azad Mirzəcanzadə adına medal” təqdim olunub.

Beynəlxalq konfrans işini dekabrın 14-də yekunlaşdıracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!