27 Aprel 2022 13:02
1017
Elm və texnika
A- A+
Akademik Arif Həşimov: Tarixi Zəfərdən sonra Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub

Akademik Arif Həşimov: Tarixi Zəfərdən sonra Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilir. Tədbirdə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun giriş nitqi dinlənilib.

AZƏRTAC xəbər verir ki, akademik Arif Həşimov çıxışında Ümumi yığıncağın ölkəmizdə fundamental və tətbiqi tədqiqatların əsas mərkəzi olan Milli Elmlər Akademiyasının 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabata həsr olunduğunu diqqətə çatdırıb. Akademik ötən ilin respublikamızın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bir sıra uğurlarla yadda qaldığını söyləyib.

Onlardan bir neçə mühüm hadisəni xatırladan akademik Arif Həşimov Nizami Gəncəvinin 880 illiyi ilə bağlı silsilə tədbirlərin, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi Zəfərin bir illiyinin təntənəli şəkildə qeyd edilməsinin, Prezidentin işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərləri və bu səfərlərdəki dərin məzmunlu çıxışlarının, Şuşada “Xarıbülbül” möhtəşəm musiqi festivalının və Vaqif Poeziya Günlərinin keçirilməsinin bu qəbildən olduğunu bildirib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin, xüsusən Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin, Zəfərin möhkəmlənməsinin, Azərbaycanın regionda və dünyada nüfuzunun gücləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı siyasi və diplomatik təşəbbüslərin, qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanmasının, Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsinin mühüm tarixi anlar olduğunu vurğulayıb.

“Bütün bunlar ötən ilin ümumi mənzərəsini yaradan və Azərbaycanın strateji inkişaf xəttinin əsas istiqamətlərinə nişan verən hadisələrin az bir qismidir. Beləliklə, tarixi Zəfərdən sonra dünyada və regionda nüfuzu olduqca güclənmiş Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub”, - deyə akademik Arif Həşimov söyləyib.

Alim ölkədə baş verən ümumi inkişaf proseslərinə adekvat olaraq 2021-ci ilin elm sahəsində də bir sıra hadisələrlə yadda qaldığını, respublikanın elmi müəssisələrində çalışan alimlərin fundamental və tətbiqi tədqiqatlarını davam etdirdiyini, elmi və elmi-təşkilati fəaliyyət sahələrində bir sıra mühüm nəticələr əldə etdiklərini diqqətə çatdırıb. Bildirib ki, bu il Ümumi yığıncağın formatına müəyyən dəyişiklik edilib, əvvəlki illərdən fərqli olaraq, hesabatlar akademiyanın akademik-katibi tərəfindən deyil, bölmələrə rəhbərlik edən vitse-prezidentlər tərəfindən təqdim olunacaq. Dəyişikliyin əsas məqsədi akademiyanın əsas aparıcı strukturu olan bölmələrin müxtəlif elmi istiqamətlər üzrə həyata keçirdikləri tədqiqatları və təşkilati işləri daha müfəssəl təqdim etmək, daha səmərəli müzakirələr aparmaqdır.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, martın 27-nin ölkəmizdə Elm Günü olaraq müəyyən edildiyini xatırladan AMEA rəhbəri son illər koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə görə, Elm Gününün lazımi səviyyədə qeyd edilməsinin mümkün olmadığını söyləyib: “Bu il pandemiya ilə bağlı karantin rejimi şərtləri yumşaldığı üçün AMEA-nın elmi bölmələri, müəssisə və təşkilatları tərəfindən təqdim olunan təkliflər əsasında Elm Gününə həsr olunan tədbirlər planı hazırlanıb. Bu tədbirlər elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi və s. istiqamətləri əhatə edir”.

Akademik Arif Həşimov Elm Günü ilə bağlı tədbirlərin zirvə toplantısının Ümumi yığıncaqla bir gündə qeyd edilməsinin qərara alındığını, yığıncaq çərçivəsində bir sıra tədbirlərin, o cümlədən Akademiyanın nailiyyətləri sərgisinin təşkil olunduğunu diqqətə çatdırıb: “Sərgi aprelin 29-dək fəaliyyət göstərəcək. Respublikanın elm və təhsil müəssisələrinin nümayəndələri, şagirdlər, tələbələr, vətəndaşlarımız istədikləri vaxt gəlib sərgi ilə tanış ola bilərlər”.

Ümumi yığıncaqda AMEA-nın elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatları dinlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!