19 Noyabr 2025 17:02
334
İQTİSADİYYAT
A- A+
AİB özəl sektor əməliyyatlarını 2030-cu ilə qədər 13 milyard dollara çatdırmağı planlaşdırır

AİB özəl sektor əməliyyatlarını 2030-cu ilə qədər 13 milyard dollara çatdırmağı planlaşdırır

Azərbaycan iqtisadiyyatının son illərdə keçdiyi transformasiya mərhələsi, xüsusilə də şaxələndirmə, yaşıl enerji və institusional islahatlar sahəsində əldə olunan nəticələr beynəlxalq maliyyə institutlarının diqqətindədir. Bu qurumlar arasında mühüm tərəfdaşlardan biri də Asiya İnkişaf Bankıdır (AİB). 1999-cu ildən indiyədək AİB tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihələri üzrə Azərbaycana 5,5 milyard ABŞ dolları dəyərində maliyyə dəstəyi göstərilib.

Asiya İnkişaf Bankı Azərbaycan dövləti ilə yanaşı, özəl sektorla da uğurlu əməkdaşlıq edir. Bu xüsusda neft-qaz, elektrik enerjisi, yol, dəmir yolu, kənd təsərrüfatı, su təchizatı, çirkab suların axıdılması və digər istiqamətlərdə də birgə layihələr icra olunur.

Asiya İnkişaf Bankının prezidenti Masato Kanda həyata keçirilən layihələr və gələcək planlarla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. AİB prezidentinin müsahibəsini təqdim edirik.

- Asiya İnkişaf Bankı Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsinə necə dəstək verməyi planlaşdırır? Sektorun əsas çağırışları hansılardır və bank hansı maliyyə mexanizmlərini nəzərdən keçirir?

- Bakıya ilk rəsmi səfərim mənə Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi tərəqqini yaxından müşahidə etmək, Prezident İlham Əliyevlə Asiya İnkişaf Bankı və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsini müzakirə etmək imkanı verdi. Ötən 25 il ərzində tərəfdaşlığımız ölkədə sosial rifahın yüksəlməsinə və dayanıqlı inkişafın möhkəmlənməsinə əhəmiyyətli dərəcədə töhfə verib. Bu müddətdə AİB Azərbaycan iqtisadiyyatına ümumilikdə 5,5 milyard dollar, o cümlədən özəl sektora 1,2 milyard dollar investisiya yönəldib.

Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) çərçivəsində AİB 2025–2029-cu illərdə ölkənin inkişaf prioritetlərinə dəstək məqsədilə 2,5 milyard dollara qədər əlavə investisiya ayırmağı planlaşdırır.

Azərbaycan son on ildə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib. AİB bu prosesə üç istiqamət üzrə dəstək göstərir:

Birinci istiqamət biznes mühitinin yaxşılaşdırılması və ixraca yönəlmiş müəssisələr üçün maliyyə imkanlarının genişləndirilməsidir. Aqrobiznes, emal sənayesi, logistika və rəqəmsal xidmətlər üzrə özəl investisiyaların stimullaşdırılması, ticarətin asanlaşdırılması, kiçik və orta bizneslərin maliyyə resurslarına çıxışının artırılması əsas prioritetlərimizdəndir. Yaxın zamanda iki kommersiya bankının AİB-in ticarət və təchizat zənciri maliyyələşdirməsi proqramına qoşulması bu istiqamətdə əhəmiyyətli irəliləyiş olacaq.

İkinci istiqamət regional dəyər zəncirlərinin inkişafına xidmət edən infrastrukturun gücləndirilməsidir. AİB-in 400 milyon dollarlıq dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Sumqayıt-Yalama xətti yenidən qurulub. 2024-cü ildə dəmir yollarının rəqəmsal transformasiyası və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi üçün əlavə 47 milyon dollar ayrılıb. Bu sərmayələr Azərbaycanın Orta Dəhlizdə artan roluna xidmət edir.

Üçüncü istiqamət insan kapitalının və institusional potensialın gücləndirilməsidir. Yüksək əlavə dəyər yaradan sahələr üzrə rəqabət qabiliyyətini artırmaq üçün kadrların və müəssisələrin səriştələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır.

AİB bu dəstəyi yalnız maliyyə vasitələri ilə deyil, həm də siyasi dialoq, analitik bilik və innovativ texnologiyalar vasitəsilə təqdim etməklə Azərbaycanın bilik əsaslı və şaxələndirilmiş iqtisadi vizyonuna töhfə verir.

- AİB-in Azərbaycanda özəlləşdirmə prosesinə marağı barəsində də danışmağınızı istərdik. Bank dövlət müəssisələrinin kommersiyalaşdırılması istiqamətində hansı addımlar atır?

- Dövlət sektorunda aparılan islahatları yüksək qiymətləndiririk. Azərbaycan İnvestisiya Holdinqinin və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması korporativ idarəetmənin gücləndirilməsi, şəffaflığın artırılması və beynəlxalq standartlara uyğun fəaliyyətin təmin edilməsi baxımından mühüm addımdır.

AİB hazırda bir sıra dövlət müəssisələri ilə korporasiya, maliyyə və idarəetmə sistemlərinin təkmilləşdirilməsi, satınalma mexanizmlərinin gücləndirilməsi və insan resurslarının inkişafı istiqamətində sıx əməkdaşlıq edir. Məqsəd həmin müəssisələrin kommersiya prinsipləri əsasında fəaliyyətini təmin etmək və gələcəkdə kapital bazarlarına çıxışını asanlaşdırmaqdır.

Dövlət-özəl tərəfdaşlığı mexanizmləri xüsusi diqqət mərkəzindədir. Hövsan çirkab sularının təmizlənməsi zavodunun dövlət-özəl tərəfdaşlığı modeli ilə hazırlanması prosesində AİB-in tranzaksiya məsləhətçisi qismində iştirakı bunun bariz nümunəsidir.

AİB son illər özəl sektor əməliyyatlarının həcmini iki dəfə artırıb və 2030-cu ilə qədər bu göstəricini illik 13 milyard dollara çatdırmağı hədəfləyir. Bu yanaşma Azərbaycanda özəlləşdirmə prosesinə, rəqabət mühitinin inkişafına və xidmət keyfiyyətinin yüksəldilməsinə əlavə dinamizm gətirəcək.

- AİB Azərbaycanın yaşıl enerji prioritetlərini necə dəstəkləyir? Yaxın illərdə konkret layihələr üzrə maliyyələşdirmə gözlənilirmi?

- Azərbaycanın külək və Günəş enerjisi üzrə çox böyük potensialı var. 2030-cu ilə qədər bərpaolunan enerjinin payının 30 faizə çatdırılması tam reallaşdırıla bilən hədəfdir. AİB bu məqsədi tam dəstəkləyir və yaşıl enerjiyə keçid üçün maliyyələşdirmə, texniki ekspertiza və siyasət məsləhəti verməyə hazırdır. AİB və özəl sektor tərəfdaşlığı çərçivəsində “Masdar” şirkəti ilə birlikdə “Qaradağ” Günəş stansiyası, həmçinin “Biləsuvar” və “Neftçala” layihələri maliyyələşdirilib. Böyükşor gölündə 100 kVt gücündə üzən Günəş stansiyası kimi innovativ pilot təşəbbüslər də bankın dəstəyi ilə reallaşdırılır. AİB və Asiya İnfrastruktur İnvestisiya Bankı hazırda Xəzər Yaşıl Enerji Dəhlizi üzrə məqsədəuyğunluq araşdırmasını birgə hazırlayır. Bərpaolunan enerjinin şəbəkəyə inteqrasiyasının gücləndirilməsi üçün elektrik şəbəkəsinin modernləşdirilməsi əsas şərtdir. Bu məqsədlə

geniştutumlu batareya saxlama sistemləri, süni intellekt əsaslı idarəetmə platformaları və şəbəkə itkilərinin azaldılması üzrə texnoloji həllər nəzərdən keçirilir. AİB, həmçinin nəqliyyat, metro və təmiz istilik sahələrində karbon emissiyalarını azaldan layihələri dəstəkləməyə davam edir.

- Yeri gəlmişkən, AİB-in Yaşıl Enerji Dəhlizi ilə bağlı növbəti planları nələrdir? Hansı ölkələrlə danışıqlar aparılır?

- AİB Xəzər Yaşıl Enerji Dəhlizinin araşdırılması üçün 1,2 milyon dollar dəyərində texniki yardım təqdim edir. Araşdırma Azərbaycan, Qazaxıstan və Özbəkistanı əhatə edir. Layihənin məqsədi Mərkəzi Asiya, Xəzər hövzəsi və Qara dəniz istiqaməti üzrə bərpaolunan enerji potensialını birləşdirərək Asiya ilə Avropa arasında dayanıqlı enerji körpüsü yaratmaqdır. Növbəti mərhələdə AİB bu üç ölkədə ötürücü xətlərin yenilənməsi, enerji saxlama sistemlərinin yaradılması və transsərhəd enerji ticarəti üçün tələb olunan infrastrukturun maliyyələşdirilməsini nəzərdən keçirir. Hazırda hökumətlər arasında bu mövzuda fəal dialoq davam edir. Regionun digər ölkələri də təşəbbüsə maraq göstərib. Onlarla normativ çərçivənin təkmilləşdirilməsi, texniki yardım və investisiya imkanları üzrə danışıqlar aparılır. AİB bu mühüm regional layihənin həyata keçirilməsində əsas tərəfdaş kimi növbəti mərhələlərə həm maliyyə, həm də ekspert dəstəyi göstərməyi davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!