23 May 2025 08:45
543
SİYASƏT
A- A+
Aİ Azərbaycanı Avropa üçün önəmli hesab edir

Aİ Azərbaycanı Avropa üçün önəmli hesab edir


Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısına dəvəti ölkəmizin Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Dövlət başçısının apardığı müstəqil xarici siyasət ölkəmizə olan inamı, etimadı daha da artırıb.

Bakı Dövlət Universitetinin kafedra müdiri,  professor Kamilə Əliyeva bununla bağlı qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bir sıra Avropa dövlətləri və siyasətçiləri ölkəmizin beynəlxalq hüquqa söykənən bu hərəkəti ilə razılaşa bilmirlər: "Dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, vaxt gələcək, Azərbaycana qarşı olan dövlətlər və siyasətçilər peşman olacaqlar. Səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşə can atan həmin siyasətçilərin həm də peşmanlığını müşahidə etdik. Başda Fransa olmaqla əvvəllər Azərbaycana qarşı olan dövlətlər artıq Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda yaratmış olduğu reallığı qəbul edir, müstəqil siyasət yürüdə bilməyən, böhran içərisində olan Ermənistana görə Azərbaycanla iqtisadi, siyasi əlaqələri korlamaq istəmirlər. Fransa Prezidenti Makronun qeyri-rəsmi görüşdə Prezident İlham Əliyev ilə səmimi münasibət qurmağa çalışması bunun əyani təsdiqidir. Dövlət başçısı Qərbin Azərbaycana qarşı yürütdüyü siyasətin yanlış olduğunu avropalı siyasətçilərə sübut edib".

Siyasi şərhçi bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə olmaqla yanaşı, Avropa ilə Asiya arasında kommunikasiya yaradan, birləşdirən bir dövlətdir. Artıq Avropa İttifaqı Azərbaycanın Avropa üçün önəmli və güclü bir ölkə olduğunu qəbul edir. Bu ilin əvvəlindən başlayaraq Avropa İttifaqı Azərbaycanla münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi istiqamətində addımlar atmağa başlayıb. Yanvar ayında Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Prezident İlham Əliyevə zəng edərək Aİ ilə Azərbaycan arasında bir çox məsələdə münasibətlərin möhkəmləndirilməsi haqqında müzakirələr aparıb. Aprel ayında isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər edib və Prezident İlham Əliyev ilə görüşüb. Yaxın günlərdə isə Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında Prezident İlham Əliyev Antonio Koşta ilə görüşdü və bu görüşdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də iştirak etdi. Hər iki siyasətçi Azərbaycanın Avropa İttifaqı üçün vacib və etibarlı tərəfdaş ölkə olduğunu vurğuladı. 

K.Əliyeva qeyd edib ki, bu Zirvə görüşündə Prezident İlham Əliyevin yüksək səviyyədə qarşılanması, Avropa dövlət başçılarının və Avropa İttifaqının rəhbər şəxslərinin dövlət başçımızla görüşməyə böyük səy göstərməsi Azərbaycana və dövlətimizin başçısına olan yüksək hörmət və ehtiramın nümunəsidir.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!