16 Dekabr 2021 19:58
659
CƏMİYYƏT
A- A+

Ağsuda şəhidin xatirəsi anılıb

 

Ağsu rayonunun Ərəbsarvan kəndindən olan Vətən müharibəsi şəhidi Rüfət Əlifovun xatirəsi doğum günündə ehtiramla anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rüfətin yaxınları, əsgər yoldaşları, kənd sakinləri torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin igid əsgərinin kənd qəbiristanlığındakı məzarını ziyarət edib, üzərinə çiçəklər düzüb, ruhuna dua oxuyublar. Sonra şəhidin ailəsində ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Rüfət Əlifov 2001-ci il dekabrın 15-də Ağsu rayonunun Ərəbsarvan kəndində dünyaya gəlib. 2019-cu ildə həqiqi hərbi xidmətə gedib, XTQ-də təlim keçib. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda döyüşlərə atılıb, Murovdağ və Kəlbəcər istiqamətindəki savaşda qəhrəmancasına vuruşub və şəhid olub. Ölümündən sonra Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Kənddə xatirəsinə bulaq da inşa edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video