20 İyul 2025 08:00
1790
SİYASƏT
A- A+
"Ağlasam, məni qınamayın, sevinc göz yaşlarıdır"

"Ağlasam, məni qınamayın, sevinc göz yaşlarıdır"


Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərin Qarabağa qayıdış sevinclərini onlarla birlikdə yaşayır


"...Ən ağır vəziyyətdə yaşayanlar siz olmusunuz. Bütün bu otuz il ərzində yenə də, necə deyərlər, öz iradənizi göstərərək inanırdınız ki, bu tarixi gün gələcək və biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Həm 2020-ci ilin Vətən müharibəsi, həm də 2023-cü ilin antiterror əməliyyatı bizim şanlı qələbələrimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi bu yerlərdən çıxara bilməz".

Prezident İlham Əliyevin Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşü zamanı dediyi kimi, nə qədər maddi-mənəvi əziyyətlər çəksələr də, ötən 30 illik zaman dilimində keçmiş məcburi köçkünlər bir an da olsun doğma torpaqlarına qovuşacaqları ümidlərini itirmədilər. Bu böyük inamı isə onlara Prezident İlham Əliyevin milli maraqlarımızın təmini uğrunda yürütdüyü qətiyyətli  siyasət aşılamışdı. Azərbaycana rəhbərlik etdiyi ilk gündən dövlətimizin başçısı İlham Əliyevin qarşısına qoyduğu əsas vəzifə torpaqlarımızı azadlığına qovuşdurmaq, keçmiş məcburi köçkünlərin yurd həsrətinə son qoymaq olub. 

Prezident işğal illərində diqqəti, qayğısı ilə daim keçmiş məcburi köçkünlərimizin yanında olub. İstər bayramlarda, özəl günlərdə, tədbirlərdə, istərsə də adi günlərdə onlarla görüşüb, problemləri ilə maraqlanıb, həllinə göstərişlər verib. Dədə-baba yurdlarından didərgin düşmüş keçmiş məcburi köçkün vətəndaşlarımızla olan bütün görüşlərində Prezident İlham Əliyev onlara mütləq öz yurdlarına qayıdacaqlarını qətiyyətlə söyləyib. 

İndi qalib Azərbaycan xalqı həmin tarixi günləri yaşamağın qüruru içərisindədir.  Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub, Qarabağ və Şərqi Zəngəzura yenidən həyat qayıdıb.  

İşğaldan azad edilən torpaqlarımızda əbədi xoşbəxt həyata başlayan keçmiş məcburi köçkünlər - şuşalılar, xocalılılar, füzulililər, laçınlılar... öz evlərində xilaskar lider İlham Əliyevi əziz qonaqları kimi qarşılayır, sevinclərini, xoşbəxtliklərini bölüşürlər.

Mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyev burada gerçəkləşdirilən quruculuq və bərpa işləri ilə tanış olur, açılışlar edir, yeni bünövrələr qoyur. Qayıdış köçləri ilə el-obalarına dönən keçmiş məcburi köçkünlərlə doğma evlərində görüşmək, onlarla söhbət etmək, yurd sevinclərini bölüşmək də dövlət başçısının adətinə çevrilib. İki gün öncə Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə  keçirilən görüşdə olduğu kimi. 

Xanyurdu kəndi Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsinə daxildir. Kənddə 40 fərdi ev artıq əsaslı bərpa olunub, ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdə tutulub. 2026-cı ildə isə daha 93 fərdi ev təmir və bərpa olunacaq. Bu il iyulun 14-də 33 ailə, ümumilikdə 122 nəfər doğma Xanyurdu kəndinə qayıdıb. Rayonun Təzəbinə kəndinə isə ilk mərhələdə 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün dönüb. 

Ötən cümə günü Prezident İlham Əliyev Xanyurdu kəndinə qayıdan Rasim Cavadovun və Kərəm Abbasovun evlərində oldu. Eyni zamanda dövlətimizin başçısı Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşdü, onlarla söhbət etdi. Sakinlərlə söhbət zamanı həm sevincli, həm də duyğulu anlar yaşandı. Təkcə sakinlərdən birinin ürəyindən keçənləri ifadə etdiyi bu fikirləri 30 illik ayrılıqdan sonra ana torpağına qovuşan keçmiş məcburi köçkünlərimizin yaşadıqları hiss və duyğuları çatdırmağa yetir: "Bu günümüzə şükür, Allah xanımınızı qorusun! Allah Sizi qorusun! Bu günü bizə yaşatdığınız üçün Allah üstünüzdə yar olsun! 200 neçə illik qara buludu üstümüzdən götürdünüz. Ağlasam, məni qınamayın, sevinc göz yaşlarıdır".

Səmimi söhbət zamanı sakinlərin hər biri onları bu xoşbəxt günlərə qovuşduran Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirdilər. Xocalılılardan biri minnətdarlıq hisslərini bu sözlərlə dilə gətirdi: "Hörmətli Prezidentimiz, eşq olsun Sizə! Allah Sizi qorusun! Allah Sizin üstünüzdə yar olsun! Bizim burada olmağımızın səbəbkarı sizsiniz. Bu, Sizin gərgin əməyinizin nəticəsidir".

Xocalının Təzəbinə və Xanyurdu kəndlərinin sakinləri ilə Prezident İlham Əliyev arasındakı səmimi dialoq zamanı Azərbaycan xalqının, dövlətinin, ordusunun birliyinin simvoluna çevrilən və düşmənlərimizin qorxulu röyası olan "dəmir yumruq" da xatırlandı. Sakinlərdən biri söylədi ki, çox sağ olun, cənab Prezident, bu yumruğunuz həmişə düşmənlərin üstündə olsun.

Prezident İlham Əliyevin qayıdış karvanları ilə Qarabağ və Şərqi Zəngəzura dönən insanlarımızı daim diqqətdə saxlaması, evlərinin qonağı olması, onlarla bir süfrə arxasında oturması, səmimi söhbət etməsi sakinlərimizin sevinclərini birə-min artırır. Təzəbinə və Xanyurdu sakinləri də bu qayğı və diqqətdən doğan hisslərini Prezidentlə görüşləri zamanı səmimi şəkildə dilə gətirdilər: "Allah Sizi, xanımınızı qorusun. Var olun. Bu gün Sizinlə burada üz-üzə durmaqdan qiymətli heç nə yoxdur".

Prezident İlham Əliyevin iki onillik ərzində qarşılaşdığı bütün maneələrə, siyasi güclərin təzyiqlərinə baxmayaraq, milli maraqlarımız naminə həyata keçirdiyi qətiyyətli, uzaqgörən və müdrik siyasət Azərbaycanı, onun vətəndaşlarını bügünkü qürur zirvəsinə daşıyıb. Dədə-baba yurdlarından zorla qovulmuş, faciələr yaşamış, maddi-mənəvi əzablarla üzləşmiş keçmiş məcburi köçkünlər əbədi xoşbəxt günlərə qədəm qoyublar. Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev də məhz bu məqama vurğu etdi: "Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun".


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

T.Ə.Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

03:28
09 Dekabr

Azercell abunəçilərinin nəzərinə

03:25
09 Dekabr

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!