15 May 2025 12:08
3738
Səhiyyə
A- A+
Agentlik: Qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir  

Agentlik: Qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir  


Plazmaferez orqanizmi zərərli maddələrdən təmizləyən müalicə üsuludur. Bu prosedur allergik xəstəliklər, kəskin və xroniki zəhərlənmələr, bronxial astma, xroniki bronxit, böyrək çatışmazlığı, bəzi ürək, qan, sinir, endokrin sistem, qaraciyər və dəri xəstəliklərinin əsas və ya köməkçi müalicəsində istifadə olunur. Hamiləlikdə xroniki infeksiyalar, ağır toksikoz və ciftdə qan dövranı pozulmalarında da istifadə oluna bilər. Köməkçi üsul kimi revmatoloji, nevroloji, hematoloji və çoxsaylı orqan çatışmazlığı olan hallarda təyin edilir. Plazmaferez icbari tibbi sığortanın Xidmətlər Zərfində təminata daxildir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən il ərzində plazmaferezlə bağlı 11 min 888 tibbi xidmət icbari tibbi sığorta hesabına icra olunub. Bu tibbi xidmət tibbi göstəriş və ixtisaslı həkim təyinatı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrindən Nərimanov, Nizami və Xətai tibb mərkəzlərində, eləcə də İTSDA ilə müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur. Bəzi xəstəliklər zamanı orqanizmdə bakteriya, virus, toksinlər və orqanizmin fəaliyyəti nəticəsində yaranan parçalanma məhsulları kimi zərərli maddələr qan plazmasına daxil olur. Plazmaferez zamanı qan xüsusi cihazla hissələrə ayrılır, plazma zərərli maddələrlə birlikdə çıxarılır, təmizlənmiş qan isə geri bədənə qaytarılır. Plazmaferez zamanı qanın maye hissəsi olan plazma və hüceyrə elementləri membran və ya sentrifuqa üsulu ilə hüceyrə elementlərindən ayrılır. Zərərli maddələr daşıyan plazma atılır, eritrosit, leykosit və trombositlər isə qan dövranına qaytarılır. Membran üsulunda qan separatora daxil olur, təmizlənərək geri köçürülür. Sentrifuqa üsulunda isə venadan alınan 450-500 millilitr qan konteynerə yığılır, tərkib hissələrinə ayrıldıqdan sonra yenidən pasiyentə köçürülür. Bu prosedurlar ambulator şəraitdə həkim-transfuzioloqun nəzarəti altında aparılır və bir saatdan çox davam edir.

Plazmaferez zamanı insanın qanından müəyyən miqdarda plazma çıxarılır. Əgər bu miqdar ümumi plazmanın 30 faizdən çoxunu təşkil edərsə, insan orqanizmi üçün faydalı olan qan zülalları, laxtalanma üçün vacib maddələr və immun sistemini gücləndirən anticisimlər əhəmiyyətli dərəcədə azalır. Bu maddələrin bərpa olunması isə adətən 7 günə qədər vaxt aparır. Əgər bir prosedur zamanı ümumi plazmanın 50 faizi çıxarılarsa, bədən bu maddələri müstəqil bərpa edə bilmir və vəziyyəti düzəltmək üçün donordan alınmış plazma və ya digər maddələr verilməlidir.

Plazmanın hamısının çıxarılması isə xəstənin sağlamlığına ciddi zərər verə bilər və donor komponentləri ilə belə bərpa oluna bilməz. Buna görə də plazmaferez proseduru yalnız kritik hallarda həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!