11 Noyabr 2014 08:11
123
CƏMİYYƏT
A- A+
Ağdam rayonunun işğal olunmayan ərazilərinin inkişafı istiqamətində böyük işlər görülüb

Ağdam rayonunun işğal olunmayan ərazilərinin inkişafı istiqamətində böyük işlər görülüb

“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Qarabağ bölgəsinə səfər edən Nərimanov və Qaradağ rayonlarının məktəbliləri noyabrın 10-da Ağdam rayonunda oldular.

AzərTAc xəbər verir ki, rayonun girişində səmimiyyətlə qarşılanan məktəblilərə Ağdam rayonu haqqında məlumat verilib. Bildirilib ki, Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibənin əsas çətinlikləri Ağdam rayonu əhalisinin üzərinə düşüb. Ağdam düşmənə qarşı savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadratkilometrlik ərazisinin 77,4 faizini – bir şəhər, 1 qəsəbə, 82 kəndini vəhşicəsinə talan edib, dağıdıb və yandırıblar. Rayon ərazisindəki mədəniyyət və memarlıq abidələri də erməni vandalizminin qurbanına çevrilib. Lakin buna baxmayaraq ağdamlılar doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Ağdam rayonunun işğal olunmayan ərazilərinin inkişafı istiqamətində son illərdə böyük işlər görülüb. Sosial obyektlər, məktəblər, Olimpiya kompleksi, rayon xəstəxanası, doğum evi, uşaq xəstəxanası tikilib, məcburi köçkünlər üçün 18 yeni qəsəbə salınıb, yollar yenidən qurulub, infrastruktur layihələri həyata keçirilib.
Məktəblilər Şəhidlər abidə kompleksini ziyarət etdikdən sonra Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrına gəliblər. Burada onlar rayonda fəaliyyət göstərən “Şur” ansamblının konserinə baxıblar. Məlumat verildi ki, “Şur” ansamblı nəinki Ağdam rayonunda, eləcə də respublikamızın digər bölgələrində, həmçinin keçmiş SSRİ məkanında konsert proqramları ilə çıxış edib. Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra 20 ilə yaxın bir müddətdə fəaliyyətsiz qalan “Şur” ansamblı bir neçə ildir fəaliyyətini bərpa edib.
Şagirdlərə Ağdamın işğaldən əvvəlki və sonrakı görüntüləri əks olunmuş disk təqdim olunub.
Daha sonra şagirdlər məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində fəaliyyət göstərən Qiyaslı kənd uşaq musiqi məktəbinə gəliblər. Məktəbin xor kollektivinin ifası məktəblilərə xoş ovqat bəxş edib. Qonaqlar burada ağdamlı məktəblilərlə birgə xatirə şəkli çəkdirdilər.
Məktəblilər Çəmənli kəndində Seyid Lazım Ağa ziyarətgahı ilə tanışlıqdan sonra Ağcabədi rayonuna yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!