Ağdam rayonunda ölümcül gücə malik partlayıcı qurğular aşkarlanıb
Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılmış, böyük partlayış gücünə malik improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AZƏRTAC-a bildirilib ki, yol kənarında yerləşən, üzəri torpaqla örtülən təpəciklərin daxilində 1 ədəd 240 millimetrlik 9M24F turbo reaktiv raket və 30-dan çox 120 millimetrlik minaatan mərmisinin kompakt formada bir-birinə bağlanaraq yerləşdirilməsi faktları qeydə alınıb.
Qeyd edək ki, hər bir 120 millimetrlik minaatan mərmisinin tərkibində 3 kiloqramdan çox partlayıcı maddə olan sursatlar mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.
Agentlikdən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə ANAMA-nın Təmizləmə Qruplarının minatəmizləmə əməliyyatları davam etməkdədir.
Təmizləmə əməliyyatları zamanı qarşılaşdığımız belə hallar - xüsusi formaya salınmış partlayıcı qurğular, tələ minaları ölümcül partlayışın baş verməsi məqsədilə düşmən tərəfindən mülki əhaliyə qarşı yönələn terrorun isbatıdır.
ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin məşhur HALK TV-nin "Yeni bir sabah" proqramında "Azərbaycan" qəzetinin manşeti barədə məl...
26 Aprel
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ...
26 Aprel
"Türk çələngi" pedaqoji fikir tariximizin aynasıdır
26 Aprel
Qərbi Azərbaycan İcması bəyanat yayıb
26 Aprel
Uğur qazanmağın sirrini istedadla zəhmətin vəhdətində görən aktyor
26 Aprel
Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar
26 Aprel
Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur
26 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
26 Aprel
Azərbaycan ədəbiyyatına böyük töhfələr verən alim
26 Aprel
“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!