18 Mart 2022 01:25
2410
Mədəniyyət
A- A+
Ağamirovlar

Ağamirovlar

 

Yalnız Şuşada deyil, bütün Azərbaycanda məşhur olan Ağamirovların ulu babası Mir Səbur ağa, onun oğlu Mir Fəseh ağa, nəvələri Mir Fərzənd ağa, Seyid Əsəd ağa, Seyid Zeynalabdin ağa bu şəhərdə yaşayıblar. Haqqında yazılanlara görə, Ağamirovların babaları Qarabağa XVIII əsrin ortalarında Xorasandan gəliblər.

Mir Fərzənd ağanın Mir Əhməd ağa, Mir Mehdi ağa adlı iki oğlu olub. Hacı Mir Əhməd ağa 1810-cu ildə Şuşa şəhərində dünyaya gəlib. Dövlətdən bəy titulu alıb. O, məşhur şair, rəssam, astronom, kimyaçı, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas Mir Möhsün ağa Nəvvabın atası idi. Hacı Mir Əhməd ağanın Mir Möhsün ağadan başqa Mir Rza ağa, Mir Əbutalıb ağa, Mir Hüseyn ağa, Mir Cəlal ağa, Seyid Yusif ağa, Seyid İsmayıl ağa, Mir Fəttah ağa, Mir Məhəmməd ağa adlı oğulları, Seyid Xanım və seyid Səltənət xanım adlı qızları vardı.

Tədqiqatçılar Şuşada yaşayıb-yaratmış, bu şəhərin mədəni və ictimai həyatında əhəmiyyətli yer tutmuş Mir Möhsün ağanı əsərlərinin məzmununa, səviyyəsinə və həcminə görə orta əsrlərin sonuncu ensiklopedist alimlərindən hesab etməyin mümkünlüyünü yazıblar. O, Azərbaycan dilində qələmə aldığı “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) risaləsində Şərqin klassik ənənələrini davam etdirib. Mir Möhsün Nəvvab həm də Azərbaycanda sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardan sayılır.

1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində dünyaya göz açan Mir Möhsün ağanın bütün həyatı bu şəhərlə bağlı olub. O, məktəblərdə dərs deyib, öz açdığı mətbəədə kitablar nəşr edib, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunan iyirmidən çox kitab yazıb, “Məclisi-fəramuşan” ədəbi, “Məclisi-xanəndə” musiqi məclislərini yaradıb.

Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” toplusunda Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar var. O,  1918-ci ildə Şuşa şəhərində vəfat edib.

Mir Möhsün ağanın Ağamir ağa, Mir İbrahim ağa, Mir Haşım ağa, Mir Vahab ağa, Mir Əhməd ağa adlı oğulları, Zəhra xanım, Səkinə xanım, Sürəyya bəyim, Qəmər bəyim, Rəxşəndə xanım, Pərizaman xanım adlı qızları vardı. Oğlu Mir İbrahim ağa 1872-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Doğma şəhərində ailəsində çağırıldığı adla - Seyid Miriş ağa kimi tanınıb. Atasından ibtidai təhsilini alıb. Sonra Şuşa Realnı Məktəbində oxuyub. Atası kimi şair təbli olub. Şeirlərini Miriş və Münir təxəllüsləri ilə yazıb. Mir Möhsün ağa Nəvvab oğlunun şeirlərini daxil etdiyi təzkirəsində yazıb: “Mir İbrahim Mir Möhsün Nəvvabın oğludur. Qarabağın Şuşa şəhərində 28 rəbüssani 1288-ci ildə, gün çıxandan 3 saat 52 dəqiqə keçmiş, Sünbilə bürcünün 9-cu dərəcəsində anadan olmuşdur. Yuxarıda qeyd olunmuş tarixdə (yəni 1309-cu ildə) yaşı 21-ə çatır. Elmdə, təhsildə və şeirdə təzədir. Farsca, rusca, fransızca oxuyur. Həvəsləndirmək və maraqlandırmaq məqsədilə onun bir neçə şeirini bu təzkirəyə qeyd etdim. Şeirlərini “Miriş” ləqəbiylə yazır”.

1903-cü ildən atasının açdığı qiraətxananın müdiri olan Seyid Miriş ağa Ağamirzadə “Difai” təşkilatının üzvü idi. 1905-1906-cı illər erməni-müsəlman münaqişəsində neçə-neçə günahsızı ölümdən xilas edib.

Seyid Miriş ağa Ağamirzadə Müsavat partiyasının da üzvü olub. Sovet hakimiyyəti illərində bir sıra vəzifələrdə işləyib. 1920-ci ildə Şuşa əhalisi ərzaq, su, tədris ləvazimatı və sairədən korluq çəkəndə təşkil edilmiş komissiyanın sədri, 1922-ci ilin mayından isə Şuşada aclıq çəkən əhaliyə yardım komissiyasının katibi olub. O, 1925-ci ildə Şuşa su təchizatı komissiyasının sədri təyin edilib. 1926-cı ildə Şuşa şəhərindən III Sovetlər qurultayına üzv seçilib. Seyid Miriş ağa Ağamirzadə 1948-ci il iyunun 2-də Şuşa şəhərində vəfat edib.

Hacı Mir Əhməd ağanın digər oğlu Seyid İsmayıl ağa molla yanında oxuyub. Xırda ticarətlə məşğul olub. Seyid İsmayıl ağanın oğlu Mir Süca ağa 1899-cu il 12 dekabrda Şuşa şəhərində dünyaya gəlib. İkisinifli rus-tatar məktəbində, sonra Şuşa Realnı Məktəbində təhsil alıb. 1914-cü ildə Aşqabada köçüb. Orada gimnaziyada oxuyub, inqilabi hərəkata qoşulub.

1917-ci ildə Şuşa şəhərinə dönüb. Şuşa qəzasında başlayan inqilabi hərəkatın rəhbərlərindən olub. Fərrux bəy Vəzirovun mülkünə hücum zamanı yaralanıb. Bakıya müalicəyə göndərilib. Sonra inqilabçı Mir Həsən Vəzirovun göstərişi ilə Bakı Xalq Komissarları Sovetinin gizli məktubunu Aşqabada aparıb. Aşqabad ingilislərin əlinə keçdikdən sonra İrana gedib. Bir müddətdən sonra oradan Qarabağa qayıdıb.     

Şuşa qəzasında Mir Süca ağa Ağamirovun iştirakı ilə keçirilən toplantıda Qarabağda Sovet hökumətinin qurulduğu elan edilib. O, 1926-cı ildən Bakıda yaşayıb.1937-ci ildə repressiyaya uğrayıb, sürgünə göndərilib.

Mir Süca ağa Ağamirov 1955-ci ilin dekabrından 1960-cı ilin martınadək SSRİ Yollar Xalq Komissarlığında yüksək vəzifədə çalışıb. 1960-cı ildən ittifaq əhmiyyətli təqaüdçü olub. O, 1977-ci il 1 iyunda Bakı şəhərində vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanda ilk nəbatat alimlərindən biri Mirmusa Ağamirov 1886-cı ildə Şuşada dünyaya gəlib. O, 1906-cı ildən Şəkidə pedaqoji fəaliyyət göstərib. Şəkinin və Bakının bir sıra məktəbində müəllimlik edib. 1935-1943-cü illərdə ali təhsil ocaqlarında bitki anatomiyası və fiziologiyası kafedrasının müdiri, 1944-1946-cı illərdə professor olub. Azərbaycan dilində ilk “Bitki anatomiyası” dərsliyinin müəllifidir. Mirmusa Ağamirov 1947-ci ildə Bakıda dünyasını dəyişib.

Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda dünyaya gəlib. Ailədə iki qız, bir oğlan olublar. Ataları onların yaxşı təhsil almasına çalışıb. Onun bəy nəslindən olan atası Sucay Ağamirov və anası 1937-ci ildə başlayan repressiyalardan qurtula bilməyiblər. “Xalq düşməni” kimi sürgün ediliblər. Bibisi Suqra xanım Tamillanı və onun bacı-qardaşını himayəsinə götürüb. Suqra xanım mühəndis-neftçi olub, Bakıda neft buruqlarında işləyib.

Tamilla Ağamirova on səkkiz yaşında Bakı Teatr Məktəbinə daxil olub. Təhsilini başa vurduqdan sonra 1951-ci ilin əvvəllərində Moskvaya yollanıb, SSRİ Teatr İncəsənəti İnstitutunun 3-cü kursuna qəbul edilib. İki il sonra təhsilini başa vurub, MXAT məktəb-studiyasına daxil olub. O, 1952-ci ildən “Romen” Moskva Musiqili Dram Teatrının qabaqcıl aktrisası olub. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində çox parlaq rollarla tamaşaçıların qarşısına çıxıb. Kino sahəsində də fəaliyyət göstərib. “Don Kixot”, “Onun böyük ürəyi”, “Əsl dost”, “Koroğlu”, “Matteo Falkone”, “Zəncirlənmiş adam”, “Yenilməz batalyon” və digər filmlərdə çəkilib. O həm də Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, “Maski” Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistri olub.

Tamilla Ağamirovanın həyat yoldaşı Nikolay Sliçenko SSRİ xalq artisti, “Romen” teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların dünyaca məşhur ifaçısı idi. Onların üç övladı - iki oğlu, bir qızı olub. O, 1960-cı ildə Azərbaycan SSR Əməkdar artisti, 1982-ci ildə RSFSR Əməkdar artisti, 1988-ci ildə isə RSFSR Xalq artisti fəxri adlarını alıb. Bir sıra orden və mükafatlarla təltif edilib. 2021-ci ildə, doxsan dörd yaşında Moskvada vəfat edib.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

Türkiyədəki vətəndaşlarımız üçün səyyar “ASAN xidmət” təşkil edilib

13:51
04 Aprel

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

13:41
04 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!