21 İyun 2025 09:05
523
DÜNYA
A- A+
Ağ Ev İrana nüvə zərbəsi endirilməsi ehtimalını istisna etmir

Ağ Ev İrana nüvə zərbəsi endirilməsi ehtimalını istisna etmir


Donald Tramp iki həftə ərzində qərar verəcəyini deyir


Qarşıdurmanın səkkizinci günündə İran ərazisindən raketlərin atılmasından sonra İsrailin cənubundakı bir neçə bölgədə hava hücumu xəbərdarlığı elan olunub. Bu, ilk növbədə, Birussebi şəhərinə təsir edib. Maşınlara və binalara ziyan dəyib.

Dünən səhər saatlarında İranın ballistik raketi İsrailin cənubundakı Beer - Şeva şəhərinə düşüb. "Times of Israel" yazır ki, raket hava hücumundan müdafiə sistemləri tərəfindən tutula bilməyib və yaşayış binalarının yaxınlığında partlayıb. Nəticədə 5 nəfər yüngül xəsarət alıb. Amma binalara xeyli ziyan dəyib.

İranın paytaxtı Tehran səmasında isə İsrailə məxsus iki pilotsuz uçuş aparatı (PUA) vurulub. Bu barədə İranın "Mehr" xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığının bəyanatına istinadən məlumat yayıb. Açıqlamaya görə, bir kamikadze pilotsuz uçan aparat Tehranın cənubundakı Şəhre Rey bölgəsində, digər mini PUA isə Tehran Neft Emalı zavodunun ərazisində zərərsizləşdirilib. 

İsrail Hərbi Hava Qüvvələri iyunun 20-nə keçən gecə Tehrandakı hərbi obyektlərə və nüvə tədqiqat mərkəzinə də zərbələr endirib. İsrail Ordusunun məlumatına görə, əməliyyatda 60 hərbi təyyarə 120 bomba atıb. İsrail Müdafiə Nazirliyinin "Teleqram" kanalında verdiyi açıqlamada deyilir ki, hərbi aviasiya cümə günü səhər İranın qərbindəki raket anbarları və buraxılış sistemlərinə hücum edib: "25-dən çox qırıcı təyyarə İranın Təbriz və Kirmanşah bölgələrində 35-dən çox raket anbarı obyektinə və infrastruktur komponentlərinə zərbələr endirib və onları zərərsizləşdirib". Qeyd olunur ki, zərbələrin hədəfləri İsrail Hərbi Kəşfiyyat İdarəsi tərəfindən müəyyən edilib.

"Associated Press" isə xəbər verir ki, İsrail təyyarələri gecə saatlarında Xəzər dənizi sahilindəki Rəşt şəhərinə hücum edib. Agentliyin məlumatına görə, zərbələrdən əvvəl İsrail hərbçiləri yerli sakinlərə xəbərdarlıq edib ki, Rəştin mərkəzindən bir neçə kilometr cənub-qərbdə yerləşən sənaye zonasından uzaq olsunlar.

İsrail İran ərazisinə zərbələr endirərkən Təbriz Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən əraziyə də hücum edib. Bu barədə ISNA agentliyi Şərqi Azərbaycan valiliyinin bəyanatına istinadən xəbər verir. Yerli mənbələrin məlumatına görə, hücum nəticəsində ərazidə yerləşən radiolokasiya obyekti vurulub. Bundan əlavə, İsrail qüvvələrinin Ərdəbildə raket buraxılış qurğusuna və Tehrandakı mənzilə hücum etdiyi bildirilir.

Bu arada, ABŞ Fordoda İranın uranın zənginləşdirilməsi zavoduna zərbələr endirmək üçün taktiki nüvə silahından (TNW) istifadə  ehtimalını etiraf edib. Eyni zamanda "Fox News"  telekanalının xəbərinə görə, Amerika hərbçiləri İranın nüvə zavodunu məhv edə biləcək bunker əleyhinə bombalarının effektivliyinə şübhə etmirlər.

Bundan əvvəl Axios yazmışdı ki, ABŞ Prezidenti Donald Tramp 13,6 ton ağırlığında supergüclü GBU-57  bombasının 90 metr dərinlikdə yerləşən yeraltı  obyekti etibarlı şəkildə məhv etmək qabiliyyətinə şübhə edir. ABŞ Müdafiə Nazirliyinin bir hissəsi olan Müdafiə Təhdidlərinin Azaldılması Agentliyi (DTRA) hesablamışdır ki, Fordodakı nüvə obyektini ləğv etmək üçün əvvəlcə torpağı adi bombalarla yumşaltmaq, sonra isə bombardmançı təyyarədən nüvə silahını atmaq lazımdır.

İranın xarici işlər naziri Abbas Əraqçi isə cümə günü bildirib ki, İsrail İran ərazisinə zərbələri dayandırmayınca, Tehran ABŞ-lə danışıqlar aparmaq niyyətində deyil. "Əl -Ərəbiya" nəşri  nazirin sözlərindən sitat gətirib: "Amerikalılar dəfələrlə ciddi danışıqlara çağıran mesajlar göndəriblər. Amma biz bunu açıq şəkildə bildirdik: hücum dayandırılmayana qədər diplomatiya və dialoqa yer qalmayacaq".

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə də BBC-yə müsahibəsində indiki mərhələdə ABŞ-lə danışıqların mümkünlüyünü rədd edib: "Biz diplomatik yanaşmaya sadiqik. Nə qədər ki, bu təcavüz davam edəcək, əlbəttə ki, heç bir danışıqlar gündəmdə olmayacaq". Eyni zamanda "təcavüzü dayandırmaq" şərti ilə diplomatik həll yollarına qayıtmağı da istisna etməyib.

Bundan əvvəl xəbər verilmişdi ki, cümə günü  İsveçrədə Böyük Britaniya, Fransa və Almaniya XİN rəhbərlərinin Əraqçi  ilə görüşü olacaq. Qərb mediası İran tərəfinin danışıqlarda iştirak edəcəyini təsdiqlədiyini yazıb. Ehtimal olunur ki, görüşdə ABŞ və İran arasında böhranın diplomatik yolla həlli müzakirə ediləcək.

Bu arada, İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Şamxani bildirib ki, o, İsrailin zərbələri nəticəsində həlak olmayıb və hazırda xəstəxanada müalicə olunur. Bu barədə onun "Mehr" xəbər agentliyi vasitəsilə yayılan  bəyanatında deyilir. Müşavirin vəziyyəti sabit qiymətləndirilir. Əli Şamxani İranın nüvə proqramı ilə bağlı ABŞ-lə danışıqlar aparan nümayəndə heyətinin tərkibində olub.

BMT sözçüsü Paskal Simin verdiyi son məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi dünən BMT-nin İnsan Haqları Şurasında çıxış edib. Görüşdən əvvəl Əraqçi deyib ki, BMT Təhlükəsizlik Şurasının iclasında İsrailin 1981-ci ildə İraqın nüvə obyektinə hücumuna cavab olaraq yekdilliklə qəbul edilmiş 487 saylı qətnaməni dəstəkləməsi və icra etməsi son dərəcə vacibdir: "Bu qətnamənin mətni aydındır: nüvə obyektlərinə hər hansı hərbi hücum bütün MAQATE-nin təhlükəsizlik tədbirləri rejiminə və nəhayət, "Nüvə silahının yayılmaması haqqında" müqaviləyə hücumdur. Bu, təkcə keçmiş fəaliyyətlərə deyil, həm də nüvə obyektlərinə qarşı güc tətbiqi hədəsinə və ya tətbiqinə qarşı aydın hüquqi standart yaradan gələcək davranışa da aiddir".

Cenevrədə İran, Avropa İttifaqı, Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri arasında ölkədəki vəziyyətlə bağlı danışıqlar başa çatıb. BBC xəbər verir ki, iştirakçılar İranı ABŞ-lə danışıqlar masasına qayıtmağa çağırıblar. Tehran bundan əvvəl hərbi əməliyyatlar bitənə qədər bunu etməyəcəyini bəyan etmişdi. Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi deyib ki, Avropa ölkələri İranın nüvə silahına malik ola bilməyəcəyini "açıq şəkildə bəyan ediblər". Tehran uzun illərdir ki, hərbi nüvə proqramının mövcudluğunu rəsmən inkar edir.

Cenevrədə tərəflər nüvə və daha geniş məsələlər üzrə təmasları davam etdirmək barədə razılığa gəliblər.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!