18 Sentyabr 2024 08:00
847
SİYASƏT
A- A+
Ağ Ev İlham Əliyevin sülh gündəliyini təqdir edir

Ağ Ev İlham Əliyevin sülh gündəliyini təqdir edir


Azərbaycanın səyləri nəticəsində bölgədə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb


Son günlərdə Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar, delimitasiya, demarkasiya prosesindəki irəliləyişlər tərəflərin sülh müqaviləsini imzalamağa çox yaxınlaşdıqlarını göstərir. 

Artıq Ermənistan rəhbərliyi də, erməni xalqı da anlayır ki, regionda təhlükəsizliyin qarantı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sülh gündəliyidır. Çünki İlham Əliyev konkret olaraq Ermənistana çıxış yolu göstərir və regionun hərtərəfli yüksəlişi üçün təqdirəlayiq addımlar atır, yeni əməkdaşlıq təklifləri irəli sürür və bütün bunlar Hayastanın illərdir işğalçılıq siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən qurtuluşu üçün real zəmin yaradır. 

Bu səbəbdən də Prezident İlham Əliyevin sülh gündəliyini təkcə biz yox, beynəlxalq təşkilatlar, böyük dövlətlər və sazişin imzalanması üçün çalışan vasitəçilər də etiraf edirlər. 

Sentyabrın 16-da ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi və söylədiyi fikirlər də bunun bariz təcəssümüdür. Entoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

Regionda artıq sülhün mövcud olduğunu deyən İlham Əliyev vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. 

İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına, həmçinin ATƏT-in keçmişin qalığı olan Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.

Dövlət katibinin tərəflər arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün Ağ Evin bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirməsi həm də onu təsdiq edir ki, ABŞ İlham Əliyevin postmüharibə dövründə yürütdüyü siyasətə öz dəstəyini nümayiş etdirir. 

Prezident ABŞ-nin sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirərək Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib.

Göründüyü kimi, Azərbaycan Prezidenti sözünün sahibi kimi bir daha bəyan edir ki, artıq Dağlıq Qarabağ adlı münaqişə mövcud deyil. Bu səbəbdən də illər öncə keçmiş münaqişənin həll olunması istiqamətində yaradılan istənilən qurumun mövcudluğuna ehtiyac yoxdur. Yəni keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupunun "fəaliyyətinə" rəsmən xitam verilməlidir.

Digər tərəfdən Ermənistanın son zamanda ikibaşlı oyun oynaması sazişin bağlanması ehtimalına kölgə salır. Bir tərəfdən Nikol Paşinyan müqavilənin bəzi bəndləri ilə razılaşdığını və sənədə imza atmağa hazır olduğunu söyləsə də, digər tərəfdən Qərb Ermənistanı silahlandırmaqda davam edir. Bu da onu göstərir ki, bəzi qüvvələr regionda sülhün bərqərar olmasını istəmirlər. Cənubi Qafqazın daim münaqişə zonası kimi qalmasında maraqlı olan qüvvələr Ermənistanın sülh sazişinə imza atmasına etiraz edirlər. Bunun müqabilində isə rəsmi İrəvana müxtəlif fondlar vasitəsilə yardımlar edilir.  

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın şərtlərini, tələblərini yerinə yetirməsə, sülh müqaviləsi qətiyyən imzalanmayacaq. Ermənistan yenə də regionda bütün qlobal layihələrdən təcrid vəziyyətində qalacaq. Barışa yalnız Azərbaycanın tələblərinin yerinə yetirilməsindən sonra nail olmaq mümkündür.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!