Adil Əliyev: Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi müharibə cinayətidir
Mayın 20-də Milli Məclisin sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Dünya Kikboksinq Federasiyasının (WAKO) prezidenti Roy Beyker ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Adil Əliyev ölkəmizin Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Formula 1 kimi mötəbər idman yarışlarının ən yüksək səviyyədə təşkilatçısı olduğunu diqqətə çatdırıb. O, ölkəmizdə kikboksinq idman növünə xüsusi marağın olmasına diqqət çəkərək, onun Azərbaycanda ən populyar idman növlərindən biri olduğunu qeyd edib.
A.Əliyev dünyada geniş yayılmış COVID-19 infeksiyasının idman sahəsinə də çox ciddi təsirlərinin olmasına diqqət çəkərək, bu təsirlərin İkinci Dünya müharibəsinin idmana vurduğu zərərə bərabər olduğunu bildirib. Nəzərə çatdırıb ki, dünyada bu virusun geniş yayılmasına baxmayaraq, dövlətimizin başçısının göstərişinə əsasən aparılan sistemli və ardıcıl işlər nəticəsində yoluxma sayı minimuma endirilib.
Görüş zamanı idmançılarımızın uğurlarından danışan Adil Əliyev 2020-ci ilin şanlı tariximizə Zəfər ili olaraq düşdüyünü, Ermənistanın 30 il müddətində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarını, BMT TŞ-nin dörd qətnaməsini kobud şəkildə pozaraq torpaqlarımızı işğal altında saxladığını, təxribatlar törətməsini və nəhayət həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində düşmənin məğlub edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, müharibə bitsə də, Ermənistan minalanmış ərazilərimizin xəritələrini vermir, bu səbəbdən də, hərbçilərimiz, mülki vətəndaşlarımız minaya düşərək həlak olurlar.
Görüşdə iştirak edən Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Şahin Seyidzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmanda kütləviliyin təmin edilməsinin gənc nəslin tərbiyəsindəki əvəzsiz rolunu qeyd edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Dünya Kikboksinq Federasiyasının prezidenti Roy Beyker Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər idman növlərində mütəmadi olaraq qazandıqları uğurların digər ölkələrə nümunə olduğunu bildirib. O, kikboksinq idman növünün ölkəmizdə geniş yayılması və burada nüfuzlu idmançıların hazırlanması sahəsində görülən işləri yüksək qiymətləndirib.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!