08 Mart 2024 08:50
518
CƏMİYYƏT
A- A+
Adı özünə, özü adına layiq

Adı özünə, özü adına layiq

 

Qadın deyəndə fikrimizdə, xəyalımızda ilk olaraq sahilsiz sevgi və məhəbbətin dəyişməz ünvanı, canlı nümunəsi, gerçək bir xeyirxahlıq mələyi olan Ana obrazı canlanır. Böyük yaradanın cənnəti səxavətlə ananın ayaqları altına xalça kimi sərməsi çox incə və dəyərli mətləblərdən xəbər vermirmi? Allahın anaları belə şərəfləndirməsi insanlığa ünvanlanan bir yaddaş deyilmi?! Dünya var olandan söz, sənət xiridarları bu müqəddəs varlığa nə qədər şeirlər yazıb, nəğmələr qoşublar. Bu əbədi mövzu dünyaya gələn hər yeni nəsillə təzələnir. Hər gəlişi insanlıq üçün, təbiət üçün  yeni olan yaz kimi, bahar kimi...
8 Mart Beynəlxalq Qadınlar Günü dünyanın hər yerində olduğu kimi, zəngin mədəniyyət, milli-mənəvi dəyərlər beşiyi olan ölkəmizdə də təntənə ilə qeyd olunur. Bu elə bir gündür ki, təbiət qış yuxusundan oyanır, bənövşə, nərgiz çiçəklərinin ətri ilıq yaz mehinə qarışıb ruhumuzu oxşayır. Bu elə bir məqamdır ki, canlanan təbiətlə bərabər könlümüzdə yeni arzular doğulur, xoş duyğular oyanır. Qadınlar bayramı  kimi tarixləşən 8 Martda insanlar ilk olaraq analarını, ərlər həyat yoldaşlarını, gənclər sevgililərini bir dəstə çiçəklə, hədiyyələrlə təbrik edər, xoş arzularını bildirərlər.
Biz isə təbrik üçün maraqlı bir ünvan seçdik. Adı özünə, özü adına layiq Etibar xanım Hüseynova Bərdədə yaşayıb çalışır. Rayonun ictimai həyatında fəal iştirak edir. Qarabağ Müharibəsi Veteranları, Şəhid Ailələri İctimai Birliyi Bərdə rayon təşkilatının rəhbəri, YAP rayon təşkilatı idarə heyətinin üzvü olaraq səmərəli fəaliyyəti ilə  hər kəsin hörmətini qazanıb. Cəmiyyətin üzvlərini narahat edən problemlərə prinsipial müdaxiləsi ona mübariz qadın obrazı qazandırmışdır. Təsadüfi deyil ki, onun səmərəli fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Etibar xanım Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.
Birinci Qarabağ müharibəsi başlayanda Etibar xanımın ömür-gün yoldaşı Sərhad Zöhrabbəyov Bərdədə qabaqcıl kolxozlardan birinə sədrlik edirdi. Müharibə gündən-günə qızışır, ermənilər torpaqlarımızı işğal edirdilər. İşğal edilən kəndlərdən, şəhərlərdən doğma yuvasını, rahat ev-eşiyini tərk edən soydaşlarımızın xeyli hissəsi Bərdəyə sığınırdı. Bu ağrı-acılı, üzücü hadisələrə dözə bilməyən Sərhad axşam çay süfrəsində cəbhəyə getmək qərarını Etibar xanıma bildirdi. Etibar onu yaxşı tanıyırdı. Hələ tələbəlik illərində özünü əsl kişi kimi aparmağını, haqsızlıqla barışa bilmədiyini yaddaşına həkk etmişdi. Odur ki, onun qərarına etiraz etmək fikrindən uzaq idi. Amma bilirdi ki,  Sərhadsız çətin olacaq. İki körpə uşağı - Zöhrabı və Reyhanəni böyütmək , zəruri qayğı ilə əhatə etmək asan deyildi. Yanağından süzülən iki damla göz yaşı süfrəyə düşəndə Etibar xəyaldan ayıldı:
- Get, əzizim. Allaha əmanət ol. Vətənimizin dar günündə düşmən qabağına kişilər, ərlər çıxmalıdır. Uşaqlardan bir zərrə nigaran qalma. Onları sənin arzuladığın kimi adına layiq tərbiyə edib boya-başa çatdıracam. Əlbəttə, biz bunu birlikdə edəcəyik.
Sabahı gün Sərhad ailəsi, dostları ilə görüşüb könüllü olaraq cəbhəyə yollandı. Axı o, həm də zabit idi. Bu müqəddəs savaşa qatılmamağı zabit şərəfinə sığışdıra bilməzdi. Qarabağ od tutub yanırdı. Düşmən böyük üstünlüklə hücuma keçir,  kəndləri, şəhərləri viran qoyurdu. Ağır döyüşlərin  birində Sərhad  qəhrəmanlıqla həlak oldu.  Canından artıq sevdiyi vətən torpaqlarının azadlığı uğrunda əbədiyyətə qovuşdu. Bu gün Bərdədə Sərhad  Zöhrabbəyovun adını daşıyan küçə var.
Etibar üçün Sərhadsız çətin olsa da, o hər əzaba qatlaşdı. Azərbaycan qadını adının şərəfini uca tutaraq onun yadigarlarını - Zöhrabı və Reyhanəni qanadları altına alıb qorudu, ana nəvazisi ilə  böyütdü. İndi Zöhrab ali təhsilli mütəxəssis kimi Bərdə Rayon İcra Hakimiyyəti Aparatında məsul vəzifədə çalışır. Qızı Reyhanə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bərdə Rayon Məhkəməsində hakim köməkçisidir.
Adına yaraşan, valideyinlərinin verdiyi adı hünəri, fədakarlığı ilə doğruldan Etibar xanımı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib ən xoş  arzularımızı çatdırdıq. Təşəkkür etdi, minnətdarlığını bildirdi.
- Qayğı və diqqət üçün  sağ olun. Mənim üçün ən dəyərli, ən qiymətli təbrik Qarabağımızın işğaldan azad edilməsi, düşməndən layiqli qisas alınmasıdır. İndi çox məmnunam. Hər gün təmasda olduğum şəhid ailələri də mənimlə oxşar ovqatı  yaşayır. Biz xoşbəxtik ki, öz torpağına sahib çıxan Azərbaycan adlı qüdrətli bir dövlətin vətəndaşlarıyıq.

Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!