10 Dekabr 2021 20:53
1393
Təhsil
A- A+
ADA Universitetinin təşkil etdiyi “Xarici siyasət proqramı” yekunlaşıb

ADA Universitetinin təşkil etdiyi “Xarici siyasət proqramı” yekunlaşıb

 

ADA Universitetinin ixtisasartırma proqramları üzrə oktyabrın 5-dən dekabrın 7-dək təşkil edilən “Xarici siyasət proqramı”na uğurla yekun vurulub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən bağlanış tədbiri Proqram məzunlarını bir araya gətirib.

ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva məzunları təbrik edərək “Xarici siyasət proqramı”nın illik fəaliyyət yekunlarına dair məlumat verib. Qeyd edib ki, Proqram universitetin idarəetmə, eləcə də professor-müəllim heyətini təmsil edən 20-dək peşəkar mütəxəssisin səy və dəstəyi nəticəsində ərsəyə gəlib. Dövlət və özəl sektorda fəaliyyət göstərən yüksək səlahiyyətli rəsmilərin tədris etdiyi Proqram iştirakçıların peşəkar fəaliyyətini təkmilləşdirir.

Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov Proqramın uğurla təşkilinə görə ADA Universiteti komandasına minnətdarlığını bildirib, iştirakçıların rəylərini dinləyərək, onlarla öz tövsiyələrini bölüşüb.

Proqramda Xarici İşlər, Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə Hallar, Mədəniyyət və Energetika nazirliklərinin, eləcə də xaricdə fəaliyyət göstərən 24 diplomatik korpus və nümayəndəliyimizin 105 yüksəkrütbəli diplomatları, orta vəzifəli əməkdaşları və gənc dövlət qulluqçuları iştirak ediblər. Həmin iştirakçılardan 36-sı Azərbaycanı xaricdə təmsil etdiyindən mühazirələrə onlayn formatda qoşulublar.

Proqram ərzində Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, energetika nazirinin müavini Elnur Soltanov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mühazirələrlə çıxış ediblər.

Proqrama qoşulan peşəkarlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanovun, BMT-nin Rezident Əlaqələndiricisinin ofisində (Azərbaycan) əlaqələndirmə üzrə müşavir Şəms Mustafayevanın mühazirələrində iştirak ediblər. Onlar ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin, universitetin Azərbaycandakı Fondunun prezidenti Natiq Hacıyevin mühazirələrini dinləyiblər.

ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər, eləcə də İqtisadiyyat fakültələrinin dekan və müəllimləri tədris müddəti ərzində iştirakçıları zəruri olan bilik və bacarıqlarla təmin ediblər. Xarici ekspertlərdən isə ABŞ-ın Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Birgə Araşdırmaları Proqramı Mərkəzinin eksperti Svante Kornel, Corctaun Universitetinin professoru Brenda Şaffer Proqramın tədrisində iştirak ediblər.

Proqramda diplomatik protokol, Azərbaycanın qlobal arenadakı rolu, iqtisadi və enerji məsələləri, media ilə münasibətlər, ictimai diplomatiya, beynəlxalq humanitar hüquq barədə mövzular əhatə olunub, İkinci Qarabağ müharibəsinin regiona təsirləri xüsusilə təhlil edilib. Bununla yanaşı, iştirakçılara kommunikasiya və natiqlik bacarıqları, peşəkar müstəvidə danışıqların aparılması üzrə praktik bacarıqlar ötürülüb.

Beynəlxalq humanitar hüquq üzrə keçirilən mühazirələr çərçivəsində Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistanın törətdiyi cinayətlər beynəlxalq hüququn norma və prinsipləri kontekstindən analiz edilib.

Xatırladaq ki, 2007-ci ildən etibarən təşkil edilən “Xarici siyasət proqramı”ndan indiyədək 1833 yerli diplomat və dövlət məmuru məzun olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!