07 May 2026 16:16
183
CƏMİYYƏT
A- A+
ADA Universitetində tələbələrin sosial məsuliyyət və sənaye əməkdaşlığı layihələri mükafatlandırılıb  

ADA Universitetində tələbələrin sosial məsuliyyət və sənaye əməkdaşlığı layihələri mükafatlandırılıb  


ADA Universitetində tələbələrin sosial məsuliyyət təşəbbüslərini, sənaye ilə birgə tətbiqi layihələrini və dərsdənkənar fəaliyyətlərini dəyərləndirən illik mükafatlandırma tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tələbələrdə məsuliyyətli vətəndaşlıq hissini formalaşdıran Hacı Zeynalabdin Tağıyev Mükafatı universitetin təməl dəyərlərini özündə əks etdirir və tələbələrin sosialyönümlü təşəbbüslərini dəstəkləyir. Layihələr cəmiyyətin müxtəlif təbəqələrinə yönələrək, xüsusilə təhsilin əlçatanlığının artırılması, maliyyə savadlılığının təşviqi, autizm spektrli uşaqlarla iş və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi kimi sahələri əhatə edir.

Cari ildə yüzdən çox ADA tələbəsi təkcə paytaxt Bakıda deyil, həmçinin ölkənin müxtəlif regionlarındakı məktəblərdə, uşaq evlərində və ictimai məkanlarda innovativ layihələr icra ediblər. Tədbirdə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçılarının iştirak etməsi tədbirə xüsusi rəmzi məna qatıb.

Eyni zamanda, universitetin nəzdində fəaliyyət göstərən 43 tələbə klubu arasından fəallığı ilə seçilən on klub xüsusi olaraq elan edilib.

ADA Universitetinin rektoru səfir Hafiz Paşayev tədbirdəki çıxışında gənclərin tədrislə yanaşı, cəmiyyətin real məsələləri ilə yaxından maraqlanmasının vacibliyini qeyd edib. Rektor vurğulayıb ki, tələbələrin hələ gənc yaşlarından Hacı Zeynalabdin Tağıyev ənənələrini yaşatması və öz sosial təşəbbüsləri ilə ölkəmizə fayda verməyə çalışması olduqca qürurvericidir. Bu cür sosial təşəbbüslərin və sənaye ilə qurulan sıx əlaqələrin tələbələrə birbaşa həyatın özündən öyrənmək imkanı yaratdığını deyən rektor bu təcrübənin onların həm şəxsi, həm də peşəkar inkişafında böyük rol oynadığını bildirib.

Həmçinin tədbir çərçivəsində ADA Universiteti və “PAŞA Real Estate Qrupu”nun birgə təşəbbüsü ilə həyata keçirilən tələbə layihələrinin qalibləri mükafatlandırılıb. Bu layihə tələbələrin ölkənin aparıcı developer şirkətləri ilə işləyərək praktiki təcrübə qazanmasına şərait yaratmağı hədəfləyib.

Bu əməkdaşlıq çərçivəsində müxtəlif fakültələrin tələbələri şəhər mərkəzində yerləşən yeraltı keçidin yeni dizaynı ilə bağlı öz təkliflərini hazırlayıblar. Ümumilikdə 36 tələbənin iştirak etdiyi layihədə 4 akademik heyət üzvü və 6 sənaye mütəxəssisi mentor qismində çıxış edərək gənclərə istiqamət verib.

Gələcəyin istedadlarına investisiya etməyi öz missiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən “PAŞA Real Estate Qrupu” bu kimi təşəbbüslərlə tələbələri dəstəkləyir və onların peşəkar inkişafına töhfə verir.

Layihə qaliblərinə şirkət tərəfindən illik təqaüd və yay təcrübə proqramında iştirak imkanı təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya enerji nəhəngi rekord mənfəətini açıqlayıb

17:36
07 May

AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsini nəzərdən keçirir

17:34
07 May

Böyük Britaniyada hava təcili yardım xidmətləri təhlükə altındadır

17:29
07 May

Yeni Zelandiya çaylarını qorumaq uğrunda mübarizə aparır

17:17
07 May

Yaxın Şərqdəki gərginlik Kaliforniyada benzin qiymətlərini rekord həddə çatdırıb

17:02
07 May

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

16:25
07 May

Baş prokuror: Azərbaycan və Monqolustan arasında hüquqi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub  

16:24
07 May

Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb

16:21
07 May

ADA Universitetində tələbələrin sosial məsuliyyət və sənaye əməkdaşlığı layihələri mükafatlandırılıb  

16:16
07 May

ABŞ Yaxın Şərqdəki hərbçilərinin sayını artırıb

15:57
07 May

“SAHA Expo 2026”da yeni texnologiyaların nümayişi davam edir

15:41
07 May

“Nəvahi” və “Şəfəq” yarımstansiyaları üzrə əlavə işlərə başlanılıb

15:38
07 May

“Azercell”dən innovativ təşəbbüs: addım at, internet qazan

15:37
07 May

Rusiya XİN Bakının Avropa Parlamenti ilə əlaqələri kəsməsini şərh edib

15:31
07 May

Azərbaycanda süni intellektə İİB dəstəyi gözlənilir

15:23
07 May

Çinin iki keçmiş müdafiə naziri edam olunacaq

15:19
07 May

Birləşmiş Ştatların neft ehtiyatları azalır

15:08
07 May

“Sərhəd” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib

15:01
07 May

Özbəkistan nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

14:56
07 May

Kreml internetin kəsilməsi səbəbindən sahibkarları dəstəkləməyi nəzərdən keçirmir

14:45
07 May

Paşinyan mayın 8-də ölkədə seçki kampaniyasının başlayacağını elan edib

14:35
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!