07 May 2026 17:17
169
DÜNYA
A- A+
Yeni Zelandiya çaylarını qorumaq uğrunda mübarizə aparır

Yeni Zelandiya çaylarını qorumaq uğrunda mübarizə aparır

Yeni Zelandiyada kənd təsərrüfatı, daşqınlardan müdafiə və şəhərsalma məqsədilə həyata keçirilən müdaxilələr ölkənin nadir “hörülmüş çay” sistemlərini təhlükə altına salır. Ekspertlər xəbərdarlıq edirlər ki, uzun illərdir çayların məcrasının daraldılması həm ekosistemlərə, həm də iqtisadi fəaliyyətə ciddi risk yaradır.

“The Guardian” qəzetinin yaydığı məlumata görə, Vayimakariri və Rakayiya kimi çaylar Yeni Zelandiyanın kənd təsərrüfatı və su infrastrukturu üçün mühüm əhəmiyyət daşıyır. Lakin daşqınların qarşısını almaq məqsədilə sahil bəndlərinin qurulması, çınqıl çıxarılması və ekzotik ağacların əkilməsi çayların təbii axınını dəyişdirib. Bu müdaxilələr qısamüddətli iqtisadi fayda versə də, uzunmüddətli perspektivdə daşqın risklərini artırır. 

Yeni Zelandiyanın “Earth Sciences” şirkətinin mütəxəssisi Kris Hoyl bildirib ki, bəzi çay hissələri son onilliklərdə 90 faizə qədər daralıb. Bu isə həm kənd təsərrüfatı torpaqlarını, həm də yaşayış məntəqələrini gələcəkdə daha böyük təbii fəlakətlərlə üz-üzə qoya bilər. Məsələnin iqtisadi tərəfi xüsusilə balıqçılıq sektorunda hiss olunur. Rakayiya çayı uzun illər qızılbalıq ovu ilə məşhur olsa da, son statistikalar populyasiyanın kəskin azaldığını göstərir. “Fish & Game”in məlumatına görə, 1996-cı ildə çayda 20 mindən çox qızılbalıq qeydə alındığı halda, 2024-2025 mövsümündə bu rəqəm cəmi 608 olub. Bu geriləmə turizm gəlirlərinə də mənfi təsir edir.

Ekspertlər azalmanın səbəbləri arasında iqlim dəyişikliyi, suyun çirklənməsi, çöküntülərin artması və su axınının dəyişdirilməsini göstərirlər. Yerli balıqçılar artıq əvvəlki kimi balıq görmədiklərini deyirlər. Su keyfiyyəti də ciddi problem olaraq qalır. Araşdırmalara əsasən, 2025-ci ildə bölgədəki çay və göllərin təxminən üçdə birində üzmək təhlükəli hesab olunub. Bu vəziyyət, xüsusilə intensiv südçülük təsərrüfatlarının geniş yayıldığı ərazilərdə müşahidə edilir.

Təhminə VERDİYEVA,

“Azərbaycan” 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Komissiyası 2050-ci ilə qədər yoxsulluğu aradan qaldırmağı hədəfləyir

18:43
07 May

Mükəmməl ictimai nəqliyyat niyə avtomobilləri tam əvəz edə bilmir?

18:31
07 May

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

18:29
07 May

İğdırdakı Heydər Əliyev adına liseydə “Bir millət, iki dövlət” adlı sinif otağı açılıb  

18:28
07 May

Zelenski: Ukrayna Rusiyanın hücumlarına “uzaqmənzilli sanksiyalar” ilə adekvat cavab verəcək  

18:26
07 May

Körfəz ölkələri iqtisadiyyatı təhlükədə

18:16
07 May

Fermer təsərrüfatlarında günəş enerjisi tətbiqi sadələşdirilib

18:13
07 May

Dünya enerji nəhəngi rekord mənfəətini açıqlayıb

17:36
07 May

AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsini nəzərdən keçirir

17:34
07 May

Böyük Britaniyada hava təcili yardım xidmətləri təhlükə altındadır

17:29
07 May

Azərbaycan və Gürcüstanın hərbi qurumları arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilir  

17:24
07 May

Yeni Zelandiya çaylarını qorumaq uğrunda mübarizə aparır

17:17
07 May

Yaxın Şərqdəki gərginlik Kaliforniyada benzin qiymətlərini rekord həddə çatdırıb

17:02
07 May

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

16:25
07 May

Baş prokuror: Azərbaycan və Monqolustan arasında hüquqi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub  

16:24
07 May

İran Prezidenti milli birliyə çağırır və həmrəyliyi zəiflətmək barədə xəbərdarlıq edir  

16:22
07 May

Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb

16:21
07 May

ADA Universitetində tələbələrin sosial məsuliyyət və sənaye əməkdaşlığı layihələri mükafatlandırılıb  

16:16
07 May

ABŞ Yaxın Şərqdəki hərbçilərinin sayını artırıb

15:57
07 May

“SAHA Expo 2026”da yeni texnologiyaların nümayişi davam edir

15:41
07 May

“Nəvahi” və “Şəfəq” yarımstansiyaları üzrə əlavə işlərə başlanılıb

15:38
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!