01 May 2024 08:15
196
Mədəniyyət
A- A+

ADA Universitetində film nümayişi

 

Aprelin 30-da ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin "Odinin şifrəsi" adlı sənədli filmi nümayiş olunub. 
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən filmin rejissoru Mikael Silkeberq UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ərsəyə gələn 50 dəqiqəlik "Odinin şifrəsi" adlı sənədli filmin Skandinaviya ilə Azərbaycan arasındakı tarixi əlaqələrdən bəhs etdiyini deyib.
Bildirilib ki, ekran əsəri həm keçmiş Sovet İttifaqı, həm də müstəqillik dövründə Azərbaycana dörd dəfə səfər etmiş məşhur norveçli etnoqraf Tur Heyerdalın nəzəriyyəsinə əsaslanaraq lentə alınıb.
Qeyd edək ki, Mikael Silkeberq Azərbaycan və Skandinaviyanın müxtəlif tarixi yerlərini ziyarət edib, bu tarixi əlaqələrin elmi aspektlərini araşdırmaq üçün hər iki regionun ekspertlərindən müsahibələr alıb.
Filmin nümayişindən əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti, tarix elmləri doktoru Məlahət Fərəcova, Azərbaycan Dillər Universitetinin Skandinaviya Mərkəzinin direktoru Vüsalə Əfəndiyeva və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov çıxış ediblər. 
Qobustan və Skandinaviya arasında bənzərlikləri göstərən rəmzlər, məzarlar, petroqliflər və qayaüstü rəsmlər izləyicilərə məruzədə göstərilib.
Daha sonra "Odinin şifrəsi" sənədli filmi nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video