05 İyun 2025 08:30
480
CƏMİYYƏT
A- A+
ADA Universitetində "dəyirmi masa": "Müasir beynəlxalq münasibətlərdə müstəmləkə düşüncəsinin davamlılığı"

ADA Universitetində "dəyirmi masa": "Müasir beynəlxalq münasibətlərdə müstəmləkə düşüncəsinin davamlılığı"


İyunun 4-də ADA Universitetində "Müasir beynəlxalq münasibətlərdə müstəmləkə düşüncəsinin davamlılığı" mövzusunda "dəyirmi masa" keçirilib. 

AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" adlı beynəlxalq elmi konfransın iştirakçılarının da olduğu "dəyirmi masa"da müstəmləkə düşüncəsinin və müasir beynəlxalq münasibətlərin davamlılığı müzakirə edilib.

Tədbirə ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç moderatorluq edib. 

BMT-nin Afrikaəsilli Xalqların Daimi Forumunun üzvü June Soomer müstəmləkəçilərin məqsədinin öz ölkəsini inkişaf etdirmək və zənginləşdirmək üçün müstəmləkə edilmiş torpaqlardan ehtiyatların çıxarılması olduğunu və onların heç birinin bu hərəkətlərini səhv hesab etmədiyini vurğulayıb. "Karib adalarına gələn avropalılar milyonlarla yerli əhali ilə qarşılaşdılar. Cəmi 11 ildən sonra onların sayı yüz minlərlə azaldı. Kolumbun gündəlikləri bu xalqların qonaqpərvərliyinə dəlalət edir. Lakin qonaqpərvərlik qətllərlə qarşılandı və kütləvi soyqırımına səbəb oldu. Yerli əhali məhv edildikdən sonra torpaqlar ələ keçirildi. Müstəmləkəçilər rəhbərlərinə müraciət edərək, bunu bu torpaqlarda guya "insan olmadığı" ilə əsaslandırdılar. Torpaqları ələ keçirərək adaların adlarını dəyişdirdilər və onlara aid olduqlarını iddia etdilər", - deyə June Soomer diqqətə çatdırıb. 

ABŞ-ni təmsil edən İdarəçilik üzrə beynəlxalq məsləhətçi Carlyle Corbin bildirib ki, tarixən müstəmləkəçilikdən əziyyət çəkən, səs hüququ olmayan xalqlar tədricən Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq platformalardan istifadə edərək öz inkişaflarına dair fikirlərini ifadə etmək imkanı əldə etdilər. O qeyd edib ki, dekolonizasiya səyləri tam özünüidarəetmənin ərazi təminatı məsələlərinə aid olan BMT Nizamnaməsinin XI fəslinə əsaslanır. "1946-cı ildə dünyanın 74 koloniyasının siyahısını tərtib etmək üçün təməl qoyuldu. Vaxt keçdikcə bu siyahı azaldı, lakin həmişə qanuni səbəblərdən deyil. Bəzi ərazilər müstəmləkəçilərin tam özünüidarəetməni təmin etmək üçün minimum standartlar hazırlamadan öncə xaric edilib", - deyə beynəlxalq məsləhətçi əlavə edib.

O vurğulayıb ki, 1946-1960-cı illər arasında özünüidarə hüququ olmayan bəzi ərazilər siyahıdan çıxarıldı. Bu, xüsusilə Fransız ərazilərinə aid idi. Bu ərazilərin bəziləri yenidən baxıldıqdan sonra siyahıya qaytarıldı.

Cənub Sakit Okeanı Universitetində baş müəllim Lorenz Rudolf Gonschor öz növbəsində müstəmləkəçiliyin yalnız siyasi strukturlarda deyil, düşüncə tərzində də özünü göstərdiyini qeyd edib. "Məsələn, Ficinin paytaxtı Suva şəhərində küçələr ingilis müstəmləkə xadimlərinin adlarını daşıyır: Elizabeth street, Queen street, Victoria street, Gordon street. Ficiyə məxsus küçə adları olsa da, onlar yalnız ingilis rəhbərliyi ilə əməkdaşlıq edən liderlərlə əlaqəlidirlər. Bu, müstəmləkə düşüncəsinin bölgənin ictimai yaddaşına təsirinin davam etdiyini göstərir", - deyə o bildirib.

Daha sonra fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!