13 Dekabr 2019 23:02
2039
Təhsil
A- A+
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır

ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır


Dekabrın 13-də Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ADA Universiteti və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) arasında "Maliyyə” ixtisası üzrə birgə "MBA” (master of business administration) proqramını həyata keçirmək məqsədilə müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev rəhbərlik etdiyi universitetin fəaliyyətində beynəlxalq əməkdaşlıqlar qurmağa, əlaqələrini genişləndirməyə üstünlük verdiyini qeyd edib. O, müqavilənin hər iki müəssisənin beynəlxalq əlaqələrinə müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, müqavilə ADA Universitetinin 2020-2021-ci tədris ilindən etibarən təklif etdiyi yeni magistr proqramının başlanğıcı olacaq. 2020-2021-ci tədris ilində qəbul planı 20 nəfərlik nəzərdə tutulub. Yerli və beynəlxalq tələbələrə açıq olan magistr proqramı hər iki ali təhsil ocağının professorları tərəfindən tədris ediləcək. Məzunlar baş qərargahı Böyük Britaniyada yerləşən "MBA” Assosiasiyası tərəfindən akkreditasiya olunmuş ikili diplom almaq imkanı qazanacaqlar.

"Maliyyə” ixtisası üzrə birgə "MBA” proqramının hazırlanmasında yaxından iştirak edən ADA Universitetinin Biznes İnstitutunun dekanı Elkin Nurməmmədov qeyd edib ki, ikiillik magistr təhsilinin birinci tədris ili əyani şəkildə ADA Universitetində, ikinci ili isə modul dərslər şəklində Moskvada keçiriləcək. Proqramın sonunda tələbələr Rusiyanın maliyyə bazarının aparıcı mütəxəssislərinin rəhbərliyi ilə elmi işlər yazacaqlar. Tədris edilən fənlər arasında müasir biznesin əlifbası hesab edilən "Menecerlər üçün İqtisadiyyat”, "Korporativ Maliyyə”, "Marketinq”, "Rəqəmsal Transformasiya”, "Tədqiqat Üsulları” da var. Tədris ingilis dilində aparılacaq. Qəbul zamanı üstünlük ən azı üç il iş təcrübəsi olan və İELTS ingilis dili imtahanından ən azı 6,5 bal toplayan namizədlərə veriləcək.

Elkin Nurməmmədov vurğulayıb ki, tədris proqramı müxtəlif sənayelər üzrə yüksək rütbəli maliyyə mütəxəssislərinin hazırlanmasına yardım edəcək. Sonda tələbələr əldə etdikləri nəzəri biliklər və praktiki təcrübə ilə maliyyə bazarları və institutlarını daha yaxşı anlayacaq, korporativ maliyyə istiqamətində düzgün qərarlar vermək, sərmayələri səmərəli şəkildə idarə etməyi öyrənəcəklər.

MGİMO-nun prorektoru Artyom Malgin vurğulayıb ki, hər iki təhsil ocağının nüfuzu icra edəcəyimiz "MBA” proqramını uğurlu etmək üçün məsuliyyətimizi artırır. Bu proqram daim irəliyə baxan və gələcəyini inkişaf edən maliyyə bazarlarında görən fərdlər üçün nəzərdə tutulub. Rusiyanın ən iri bankları, sığorta, maliyyə hüququ və tənzimləyici şirkətlərini təmsil edən müəllimlərimizin bu sahədə deməyə çox sözü var. Ona görə bu tədris proqramına qatılanlar təhsil zamanı, sadəcə, tələbə-müəllim münasibətləri deyil, potensial tərəfdaş münasibətləri quracaqlar.

Müqaviləni ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və MGİMO-nun prorektoru Artyom Malgin imzalayıblar.

İmzalanma mərasimindən sonra MGİMO-nun professoru Vasili Tkaçov tərəfindən açıq dərs keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!