ADA Kitab Mərkəzi ispan dilində film gecəsi keçirmişdir
Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzi "Azərbaycan-Latın Amerikası Gəncləri" İctimai Birliyi (ALAG) ilə birlikdə "İspan dilində film gecəsi - mədəniyyətlərarası dialoq" layihəsinə start vermişdir.
ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihə ispan dilində filmin nümayişindən ibarətdir.
Tədbir iştirakçılarına 2010-cu ildə "Ən yaxşı xarici film" nominasiyasında Oskar mükafatı qazanmış "Gözlərindəki sirr" Argentina filmi təqdim edilmişdir. Filmin rejissoru Xuan Xose Kampanella olan filmdə baş rollarda Rikardo Darin, Soledad Villamil və Pablo Rago çəkilmişlər. İspan dilində nümayiş olunan filmin bütün mətni ingilis dilində subtitrlərlə verilmişdir.
Filmin nümayişindən əvvəl ADA Kitab Mərkəzi və ALAG Ictimai Birliyi haqqında qısa təqdimat olmuş, iştirakçılara nümayiş etdiriləcək filmin süjet xətti, janrı, aktyor heyəti barədə qısa məlumat verilmişdir. Layihənin əsas məqsədi gənclərin dil bacarıqlarını və mədəniyyətlərarası dialoqu xarici dil əsasında praktiki şəkildə inkişaf etdirməkdir. Özünəməxsusluğu ilə ədəbi ictimaiyyətin görüş məkanına çevrilmiş ADA Kitab Mərkəzi bu il aprelin 22-dən fəaliyyət göstərir. Mərkəzin yaradıcı, müasir üslublu dizaynı, geniş çeşiddə Azərbaycan, rus və ingilis dillərində kitabları bütün oxucuların diqqətini cəlb edir. Qeyd edək ki, ALAG ictimai birliyi gənclərimizin xarici dilə, xüsusilə ispan və portuqal dillərinə mükəmməl yiyələnmək, Azərbaycan ilə Latın Amerikası gəncləri arasında ünsiyyətin artırılması, ispan dilli ölkələrlə dostluq əlaqələrinin qurulması məqsədilə fəaliyyət göstərir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimat mərasimi keçirilib...
27 Aprel
Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PAU-sı vurulub
27 Aprel
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
27 Aprel
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
27 Aprel
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
27 Aprel
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb
27 Aprel
Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb
27 Aprel
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!