28 Noyabr 2021 00:21
2458
CƏMİYYƏT
A- A+

Acı olsa da, xeyirlidir

 

Soğan bəşəriyyətə beş min ildən artıqdır ki, məlumdur. Bu müddətdə insanlar ondan həm qida kimi, həm də dərman kimi istifadə ediblər. Bütün dünyada ən çox yetişdirilən və istehlak edilən tərəvəzlərdən biri olan soğanın mənşəyi tam məlum deyil. Onun ilk dəfə Asiyada becərildiyi deyilir. 
Tarixçilər soğanın ilk dəfə Asiyanın dağlıq bölgələrində mədəniləşdirildiyini və şumerlərdə bu tərəvəz haqqında məlumatların olduğunu düşünürlər. Soğanın digər ölkələrə Asiyadan yayıldığı güman edilir. Bu məhsul daha sonralar Çin və Hindistanda becərilib. Tunc dövründə soğan Mesopotamiyaya, oradan da Avropaya yayılıb. Hesab edilir ki, romalılar tərəfindən Avropaya çatan soğan Xristofor Kolumbun hesabına dünyada yayılıb. Eramızdan əvvəl 3000-ci illərə aid olan tarixi sənədlərdə soğanın adı başqa bir tərəvəz kimi qeyd edilir. Soğanın adı mixi yazılarında xatırlanıb. Həmin yazıları araşdıran fransız alimi Jan Bottero assuriyalıların soğan ailəsinin bütün növlərinə aludə olduqlarını, soğandan əlavə sarımsaqdan da istifadə etdiklərini bildirib. Fransız alimi bu qənaətə unikal əhəmiyyətə malik üç kiçik gil lövhənin - bizə məlum olan ilk yemək kitablarının sirlərini araşdırdıqdan sonra gəlib. 
Amerikalı qida tarixçisi Laura Kelley də təsdiqləyir ki, genetik analizə əsasən, soğan dünya ölkələrinə Orta Asiyadan yayılıb. Soğan mesopotamiyalılar ondan istifadə etməyə başlamazdan çox əvvəl də insanların mətbəxində olub. Mesopotamiyalılar soğandan istifadə etməyə başlayanda o, artıq yayılmışdı. Soğanın Avropaya Tunc dövründə gətirildiyinə dair təxminlər də var. Qədim insanlar əvvəl soğanı gözəl gül açan bir bitki kimi qəbul ediblər, sonra isə onun yeyilə biləcəyini anlayıblar. Soğan Avropaya X-XI əsrlərdə gəlib, Rusiyada isə bundan 200-300 il sonra peyda olub. 
Arxeoloqlar soğanın təsvirini eramızdan əvvəl 1352-ci ildə ucaldılmış Misir fironu Tutankhamunun məqbərəsinin divarlarında da tapıblar. O, qulların qida rasionunun tərkib hissəsi olub, onları xəstəliklərdən effektli şəkildə qoruyub.
Səlib yürüşləri zamanı soğan nəcib cəngavərlərin pəhrizinə daxil edilib. Deyilənə görə, Saracens əsir döyüşçünü səkkiz soğan qarşılığında dəyişməyə hazır idi. Soğanın istifadəsi böyük orduları müharibələr zamanı xəstəliklərdən qoruyurdu. Soğan suyu ağcaqanad və arı dişləmələrindən yaranan qaşınmanı aradan qaldırırdı. Soğan pis ruhlara, döyüşdəki uğursuzluqlara qarşı talisman kimi də istifadə edilirdi. 
Qədim Yunanıstanda soğana xüsusi münasibət olub. Burada soğandan yalnız dərman kimi istifadə olunurdu. Yunanlar hesab edirdilər ki, nəcib adamdan soğan qoxusu gəlməməlidir.
Assurlar tərəfindən sevilməyə başlanılan soğandan bu gün də bütün dünya mətbəxlərində  istifadə edilir. Müasir dövrdə soğansız yemək reseptlərinin sayı çox azdır. Soğan hazırda dünyanın ən məşhur ədviyyatlarından biridir. Artıq mətbəxlərdə yalnız soğandan deyil, soğan tozundan da istifadə edilir. C vitamini ilə zəngin olan soğan tozundan bir çox yeməklərdə, xüsusilə şorbalarda, souslarda, ət, balıq, toyuq, tərəvəz yeməklərində ətir və dad vermək üçün istifadə olunur. Soğan tozu sağlam sümüklər və sağlam ürək üçün faydalı olan kaliumla zəngindir. Kifayət qədər miqdarda soğan tozu istehlakı qan təzyiqini tənzimləməyə kömək edir. 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video