ABŞ İraqda müharibəni rəsmən başa çatdırdı
Amerikalı hərbçilər İraqda təxminən 9 illik missiyasını rəsmən başa çatdırmışlar. Bu barədə "Frans Press" agentliyi xəbər verir. Bağdadın yaxınlığında hərbi bazada keçirilmiş təntənəli mərasimdə Amerika bayrağı endirilmişdir. Mərasimdə Pentaqonun yüksək vəzifəli məmurları, habelə ABŞ-ın müdafiə naziri Leon Panetta, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Martin Dempsi, silahlı qüvvələrin mərkəzi komandanlığının başçısı Ceyms Mettis və Amerikanın İraqdakı səfiri Ceyms Ceffri iştirak etmişlər.
İraq tərəfini Müdafiə Nazirliyinin spikeri Məhəmməd Əsgəri, habelə qərargah rəisi Babakər Zebari təmsil etmişlər. Rəsmi mərasim ərəfəsində yüzlərlə adam Fəllucədə nümayiş keçirmişdir. Aksiya iştirakçıları ABŞ bayraqlarını yandırmış və antiamerika müqavimətinin lehinə şüarlar səsləndirmişlər.
Hazırda İraqda qalmış 4 min amerikalı əsgər yaxın günlərdə vətənə qayıtmalıdır. Xatırladaq ki, İraqda hərbi əməliyyat zamanı amerikalı hərbçilərin sayı 170 min nəfərə çatırdı. Ölkədə 500-dən çox baza mövcud idi. Cari ayın əvvəllərində ABŞ-ın İraqdakı əsas hərbi kompleksi - "Viktori-Beys" İraq tərəfinə təhvil verilmişdi. İraqda hərbi əməliyyat 2003-cü ilin martında başlamış və ötən ilin avqustunda başa çatmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!