04 İyun 2020 02:17
931
DÜNYA
A- A+
ABŞ-da irqçilik yenidən gündəmdədir

ABŞ-da irqçilik yenidən gündəmdədir


İctimaiyyət hökumətdən adekvat tədbirlər görməyi tələb edir


Ötən ayın 25-də ABŞ-ın Minneapolis şəhərində ağdərili polis əməkdaşı Derek Şovenin 46 yaşlı afroamerikalı vətəndaş Corc Floydu boğub öldürməsi istər ölkə daxilində, istərsə də xarici ölkələrdə kəskin reaksiya doğurmuşdur. Birləşmiş Ştatların onlarla şəhərini genişmiqyaslı etiraz aksiyaları bürümüşdür.

Nümayişlər iğtişaşlara və polislə toqquşmalara gətirib çıxarmışdır. Bir çox şəhərlərdə komendant saatı tətbiq edilmiş və ictimai asayişin bərpa olunmasına Milli Qvardiyanın bölmələri cəlb edilmişdir.

Buna baxmayaraq, nümayişçilər hökumətin atdığı addımların yetərsiz olduğunu hesab edərək küçə və meydanlardan çəkilmirlər. Floydun böyüyüb boya-başa çatdığı Hyustonda etiraz aksiyasına on minlərlə adam, o cümlədən şəhər meri və mərhumun qohum-əqrəbası qoşulmuşdur. Nümayişlər Los-Anceles, Filadelfiya və Çikaqoda da davam etmişdir. Nyu York və Vaşinqtonda adamlar komendant saatı başladıqdan sonra da nümayişləri dayandırmamışlar. ABŞ paytaxtında yüzlərlə vətəndaş Ağ evin yanında toplaşaraq "Komendant saatınız cəhənnəm olsun!” və "Biz çıxıb getməyəcəyik” şüarları səsləndirmişlər.

Etirazçılar Minneapolisdə baş vermiş faciəni irqçiliyin növbəti təzahürü kimi qiymətləndirirlər. Bu da əsassız deyil. Belə ki, polis əməkdaşı üç həmkarının köməyi ilə qaradərili vətəndaşı qandallamaqla kifayətlənməmiş, onu yerə yıxıb boğmuşdur. Nümayişçiləri daha çox hiddətləndirən ABŞ Prezidenti Donald Trampın hadisəyə qeyri-adekvat yanaşmasıdır. Belə bir məqam vurğulanır ki, Floydun ölümünə, polis özbaşınalığına və irqçiliyə qarşı kütləvi etirazlar başlayandan bəri Ağ evin sahibi, bir dəfə olsun, ağdərili polislərin Floydun ölümü ilə nəticələnmiş hərəkətlərini və Amerika cəmiyyətində kök salmış irqçiliyi qınamamış, əksinə, odun üstünə yağ tökməkdə davam etmiş, amerikalı antifaşistləri terrorçulara bərabər tutmuşdur. Ekspertlər nəzərə çarpdırırlar ki, antifaşistlərin mənsub olduğu "Antifa” hərəkatı unitar təşkilat deyil, bir növ siyasi qruplardır: onlar müstəqildirlər və öz planlarına uyğun olaraq hərəkət edirlər. "Antifa” ABŞ-da heç kimi öldürməmiş, yalnız pəncərə şüşələrini qırmışdır. Bütün bunlar polis özbaşınalığı ilə müqayisədə solğun görünür. Tramp açıq-aşkar diqqəti əsas problemdən yayındırır və bu, ifrat sağçıların sevimli mövzusudur.

Odur ki, ABŞ Prezidentinin cərəyan edən hadisələrə münasibəti cəmiyyətdə birmənalı qarşılanmır, mütəmadi olaraq tənqid edilir. Bir neçə gün əvvəl Tramp bildirmişdi ki, ölkədə qayda-qanunu bərpa emək üçün ordunu işə salacaq və artıq Silahlı Qüvvələrə "döyüş meydanında üstünlük əldə etmək” əmri vermişdir. Prezidentin bəyanatına sərt reaksiya özünü çox gözlətməmişdir. Bu il keçiriləcək prezident seçkilərində Trampın Demokratlar Partiyasından rəqibi olacaq Co Bayden, eləcə də demokrat müxalifətinin bir çox digər nümayəndələri, hətta sabiq yüksək vəzifəli hərbçilər dövlət başçısına xatırlatmışdılar ki, Amerika döyüş meydanı deyil, onun vətəndaşları da potensial düşmən deyillər.

İş o yerə gəlib çatmışdır ki, ölkədə yaranmış vəziyyətdən çıxış yolunun tapılmasında federal hökumətlə yerli hakimiyyət orqanları arasında fikir ayrılığı özünü göstərir. Məsələn, keçən bazar ertəsi Tramp ştatların qubernatorlarını Milli Qvardiyanın gücündən istifadə edərək iğtişaşları dayandırmağa çağırmışdı. Prezidentin dediyinə görə, kiminsə daş atması tapançadan atəş açmaq kimidir və bu hərəkətə görə cəza vermək lazımdır: "Adamları həbs etməlisiniz, onları izləməlisiniz, 10 il həbsə atmalısınız və beləliklə, bu murdarlığı bir daha görməyəcəksiniz”. Bəzi qubernatorlar Prezidentlə mübahisəyə girmiş və hətta belə bir fikir irəli sürmüşdülər ki, dövlət başçısı vəziyyəti qızışdırmaqla məşğuldur.

Müşahidələr göstərir ki, ABŞ cəmiyyətində irqçilik aktual problem olaraq qalır. Hətta yeni tip koronavirusun pandemiyası şəraitində bu problemin həlli istiqamətində hansısa irəliləyiş nəzərə çarpmır. Hökumətin karantin rejimi tətbiq etməsi ilə əlaqədar adi gündəlik həyatın əksər əlamətləri yoxa çıxmış, amma fundamental problemlər əhəmiyyətini itirmir. Onlardan biri - irqi ayrı-seçkilik son aylar kifayət qədər təzahür etmişdir.

Sosial şəbəkələrdə ağdərililərin qaradərililərə nifrətini əks etdirən çoxsaylı videolar yayılmışdır. Sistematik irqçiliyin başqa bir nəticəsi ABŞ-da qaradərili əhali arasında COVID-19-dan ölüm hallarının ağdərili amerikalılarla müqayisədə daha yüksək olmasıdır. Özü də bir sıra ştatlarda məhdudlaşdırıcı tədbirlərə etiraz aksiyalarını ağdərililər təşkil edirdilər: ağ nümayişçilər yerli inzibati mərkəzləri zəbt edir, polislərin üstünə qışqırır, onları hədələyir, hətta üzlərinə tüpürürdülər, amma hüquq mühafizə orqanları belələrini son dərəcə ehtiyatla tutub saxlayırdılar.

Statistik məlumatlar, araşdırmalar və videosübutlar, o cümlədən Floydun həbsinin videosu göstərir ki, afroamerikalılar polis tərəfindən daha çox hədəfə alınırlar. Bununla belə, bir çox ağdərili amerikalılar ədliyyə sisteminin və polisin yalnız onları qoruduğunu etiraf etmək istəmirlər. Hərçənd irqçilik cəmiyyətdə dərin kök salmışdır, bütün vətəndaşlara bərabər səviyyədə xidmət göstərmək üçün hökumət qurumlarında təcili olaraq islahatlar keçirmək lazımdır.

Görünən odur ki, bu il ölkənin demoqrafik əlamətlərə, dəri rənginə və etnik mənsubiyyətə görə bölünməsi kulminasiya nöqtəsinə çatmışdır. Lakin hökumət əlini əlinin üstünə qoyub baş verən hadisələri seyr etməklə kifayətlənir, hansısa nəticə çıxarmağa tələsmir. Bəzi müşahidəçilər hesab edirlər ki, mövcud status-kvonun qorunub saxlanması iqtidara sərf edir, çünki qarşıdan prezident seçkiləri gəlir və Trampı Floydun ölümündən sonra kütləvi etiraz aksiyalarının parçaladığı Amerika cəmiyyətini birləşdirməkdən çox yenidən dövlət başçısı seçilmək maraqlandırır.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!